Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sədəqə
    +5
    Müəllif: Elya | 29-08-2014, 19:00 | Baxılıb: 4 056

     

    233 Sədəqə

    1095. Sədəqənin fəziləti

    Qur‘an:

    «Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir.»

    Hədis:

    3516. Allahın Peyğəmbəri (s): «Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.»

    3517. Allahın Peyğəmbəri(s): «Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir.»

    3518. Allahın Peyğəmbəri(s) : «Sədəqə Allahın qəzəbini yatırar.»

    3519. İmam Əli(ə): «Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir.»

    1096. Allah sədəqələri qəbul edəndir

    Qur‘an:

    «Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri  qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir.» 

    Hədis:

    3520. İmam Sadiq(ə) : «Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri mə‘mur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.»

    1097. Sədəqə və bəlanın qarşısını almaq

    3521. Allahın Peyğəmbəri(s): «Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir.

    3522. Allahın Peyğəmbəri (s): «Sədəqə şərrin yetmiş qapısını bağlayar.»

    3523. Allahın Peyğəmbəri (s): «Sədəqə pis və dəhşətli ölümün qarşısını alar.»

    3524. Allahın Peyğəmbəri (s): «Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar.»

    3525. İmam Əli(ə) : «Sədəqə faydalı dərmandır.»

    1098. Sədəqə ruzinin açarıdır

    3526. Allahın Peyğəmbəri (s) : «Çox sədəqə verin ki, ruziniz artsın.»

    3527. İmam Əli(ə) : «Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.»

    3528. İmam Əli(ə): «Kasıb vaxtınızda sədəqə (malı) ilə Allahla sövdələşin (ticarət edin).»

    3529. İmam Sadiq (ə): «Bəzi vaxtlar mən kasıblayıram və sədəqə vasitəsilə Allahla sövdələşirəm.»

    3530. İmam Sadiq (ə): «Sədəqə vermək borcu ödəyər və bərəkət gətirər.»

    1099. Hər bir yaxşı iş sədəqədir

    3531. Allahın Peyğəmbəri(s) : «Müsəlman hər gün sədəqə verməlidir.» Ərz etdilər: «Buna kimin qüdrəti çatar?» Həzrət buyurdu: «Ziyan vuran şeyləri yoldan götürüb kənara qoymaq sədəqədir. Bir kimsəyə yol göstərmək, xəstəyə baş çəkmək yaxşılığa də‘vət etmək və pislikdən çəkindirmək sədəqədir. Salamın cavabını vermək də sədəqədir.»

    3532. Allahın Peyğəmbəri (s): «Hər bir yaxşı iş sədəqədir.»

    3533. Allahın Peyğəmbəri (s): «Dilini saxla. Çünki bu iş özünə verdiyin sədəqədir.»

    3534. Allahın Peyğəmbəri (s): «Pislikdən çəkinmək sədəqədir.»

    3535. İmam Sadiq (ə): «Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birilə əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq.»

    3536. İmam Sadiq (ə): «Kara, təngə gəlmədən bir sözü başa salmaq

    gözəl sədəqədir.»

    3537. Allahın Peyğəmbəri(s): «Ən üstün sədəqə sağlam olduğun, həyata ümid bəslədiyin və yoxsulluğa düçar olmağından qorxduğun vaxt verdiyin, canın bədənindən çıxmasını (ölüm yatağına düşməyini) və «bu qədər mal filankəsin olsun, o qədər mal da bəhmənin olsun.» deməyi gözləmədiyin sədəqədir. Çünki o vaxt həmin mal filankəsin və bəhmənin malı olacaq.»

    3538. Allahın Peyğəmbəri(s): «Ən üstün insan qüdrəti çatdığı qədər sədəqə verəndir.»

    3539. Allahın Peyğəmbəri(s) : «Ən üstün sədəqə gizlində yoxsula verilən və kasıb vaxtı verilən sədəqədir.»

    3540. Allahın Peyğəmbəri(s): «Ən üstün sədəqə elə bir dilin sədəqəsidir ki, onunla qanların tökülməsinin, xoşagəlməz hadisənin qarşısını alasan və müsəlman qardaşına xeyir gətirəsən.»

    3541. Allahın Peyğəmbəri(s): «Ən yaxşı sədəqə müsəlman şəxsin bir elm öyrənməsi və sonra onu müsəlman qardaşına öyrətməsidir.»

    3542. Allahın Peyğəmbəri(s) (ən yaxşı sədəqə barədə olan sualın cavabında): «Kin bəsləyən qohumuna verdiyin sədəqədir.»

    3543. Allahın Peyğəmbəri(s): «Ən yaxşı sədəqə Allah yolunda qurulan çadırın kölgəsidir.»

    3544. Allahın Peyğəmbəri (s): «Ən üstün sədəqə Ramazan ayında veriləndir.»

    3545. İmam Sadiq (ə): «Ən yaxşı sədəqə yanğılı ciyəri su ilə sərinlət­mək­dir.»

    3546. İmam Kazim (ə): «Sənin imkansızlara köməyin ən üstün sədəqə­lər­dəndir.»

    1101.Gizli sədəqənin fəziləti və nəticələri

    Qur‘an:

    «Sədəqəni aşkar şəkildə versəniz, yaxşı iş görmüsünüz. Əgər gizlində və yoxsullara versəniz, sizin üçün daha yaxşıdır və günahlarınızı yuyar. Allah etdiklərinizdən agahdır.» 

    Hədis:3547. İmam Əli(ə): «Pak və Uca Allaha pənah gətirənlərin istifadə etdiyi ən yaxşı vasitə Allaha, onun Rəsuluna iman, günahları pak edən gizli sədəqə, eləcə də pis ölümün qarşısını alan aşkar sədəqədir.»

    3548. İmam Baqir (ə) (İmam Səccad (ə) barədə): «O Həzrət (ə) gecə yarısı torbanı çiyninə atıb evdən çıxar və bir-bir evləri gəzib qapıları döyərdi. Kim qapını açsaydı, bir şey verərdi. O Həzrət (ə) yoxsula bir şey verəndə üzünü gizlədərdi ki, onu tanımasın.»

    3549. İmam Sadiq (ə): «İnsanlar səni tərifləsinlər deyə, onların gözü qabağında sədəqə vermə. Belə olan surətdə, öz mükafatını hər an almış olarsan. Əslində sağ əlinlə verdiyin sədəqədən sol əlinin xəbəri olmamalıdır. Çünki Onun xatirinə sədəqə verdiyin sənin mükafatını aşkar surətdə verəcəkdir.»

    3550. İmam Sadiq (ə): «Allaha and olsun, gizli sədəqə aşkar sədəqədən yaxşıdır. Allaha and olsun, gizli ibadət aşkar ibadətdən yaxşıdır.»

    3551. İmam Sadiq (ə): «Gecənin sədəqəsi Allahın qəzəbini yatırar, böyük günahı yuyar və sorğu-sualı asanlaşdırar. Gündüzün sədəqəsi mal və sərvəti artırar, ömrü uzadar.»

    1102. Sədəqənin ölçüsü

    Qur‘an:

    «Əlini boynuna bağlama (yəni əldən bərk olma) və tamamilə açıq saxlama ki, danlaq altında qalıb peşman olarsan.» 

    Hədis:

    3552. Allahın Peyğəmbəri (s): «Sədəqə verməkdə həddini aşan, sədəqə verməyən şəxs kimidir.»

    3553. İmam Kazim (ə): «Özündən heç nəyi qardaşlarına bağışlama ki, onun sənə olan ziyanı, onlara olan xeyrindən çoxdur.»

    1103. Sədəqə kimə verilər?

    Qur‘an:

    «Bu sədəqələr Allah yolunda çətinliyə düşənlər, iş və qazanc məqsədilə səfərə çıxa bilməyənlər üçündür. Tanımayan, onları çox həyalı olduq­ların­dan varlı hesab edər. Sən onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla heç bir şey istəməzlər.»

    Hədis:

    3554. Allahın Peyğəmbəri (s): «Miskin, küçələri dolanan dilənçi və iki parça çörəklə iki xurma dənəsini əlinə alıb gedən şəxs deyil. Əslində, miskin həyasına və nəfsinin izzətinə görə kömək əlini insanlara açmayan yoxsuldur. Heç kəs onun yoxsul olduğunu başa düşməz ki, ona sədəqə versin.»

    3555. İmam Sadiq (ə) («Evin qapısını döyən dilənçilərə sədəqə vermək olarmı, ya bu işdən çəkinmək və sədəqəni möhtac olan qohumlara vermək lazımdır?» sualının cavabında): «Xeyr, dilənçilərə vermək lazım deyil. Ehtiyacı olan qohumlara göndərsinlər ki, bu işin savabı daha çoxdur.»

    3556. İmam Sadiq (ə) («dilənçi və məhrum üçün..»ayəsi barədə): «Məhrum alverdə, ticarətdə əli gətirməyən bəxtsiz və ruzisiz bir şəxsdir.»

    1104. Sədəqə verməyin qaydası

    Qur‘an:

    «Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malından sədəqə verən və qiyamət gününə iman gətirməyən şəxs kimi, öz sədəqələrinizi minnət qoymaqla və əziyyət verməklə batil etməyin. Onun əhvalatı, üstündə bir qədər torpaq olan daşa bənzər ki, leysan yağışı onun üzərinə yağanda torpağı yuyub aparar və yerində saf daş qalar.»

    Hədis:

    3557. Allahın Peyğəmbəri (s): «Verdiyiniz sədəqədə gözünüz qalmasın. Çünki belə olarsa sədəqənin savabı aradan gedər.»

    3558 İmam Əli (ə): «Bəhanə gətirmək və minnət qoymaqla ehsanı xoşagəlməz etməyin.»

     

     

    Mənbə: Mizanul-hikmət (xülasəsi) 2-ci cild

     

     

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 25 Haziran 2016 22:22 | Administrator | Şərh yazdı
    Allah razı olsun. Biliiyin kamil olsun bacım. Əllərin dərd görməsin. Sədəqə vermək yaxşıdı. Allah İnşAllah qəbulda edər. Amma buda var ki, sədəqə verib yaxud bir yaxşılıq edib dərhal kiməsə bildirmək, heçdə doğru deyil. Nə yazıq ki, elə hallarla çox rastlaşırıq. Bu o demək çıxır ki, sən Allah üçün etmirsən. Müqəddəs bir kəlama istinad edərək: sağ əlin verdiyini sol əl bilməməlidi. Allah cümləmizin niyyətini pak və xalis etsin.-Amin.

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 30 Ağustos 2014 17:49 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 30 Ağustos 2014 14:25 | İstifadəçi | Şərh yazdı
    Allahin Salami olsun size...Allah bizi Cehennem ateshinden qorusun In shaa Allah!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 23:01 | İstifadəçi | Şərh yazdı
    ALLAH  RAZI OLSUN BACIM.DƏYƏRLİ  MƏLUMATLAR  ÜÇÜN SAĞ OLUN.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 22:40 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı.Allah cəmi ibadətləri qəbul etsin.inşƏllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 19:59 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim gozel hedisler ucun cox sagol
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 29 Ağustos 2014 19:55 | İstifadəçi | Şərh yazdı
    Her daim Allahin nezerinde olasiz bacim.
    Allah razi olsun insAllah,
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.