213. Ağac
998. Meşəçilik
3214. Allahın Peyğəmbəri (s):«Əgər Qiyamət günü gəlib çatsa və sizlərdən birinizin əlində bir şitil olsa, qalxıb onu əkməyi bacararsa bu işi yerinə yetirsin.»
3215. Allahın Peyğəmbəri (s):«Bir müsəlman toxum səpsə, ya bir şitil basdırsa, o toxumun və şitilin məhsulundan bir quş, insan, yaxud otlayan heyvan yeyərsə, həmin müsəlmana sədəqənin savabı yazılar.»
3216. Allahın Peyğəmbəri (s) :«Meyvə ağacı əkən elə bir kəs olmayıb ki, Allah-taala o ağacın verdiyi meyvələr qədər ona savab yazmasın.»
3217. Allahın Peyğəmbəri (s):«Kim bir ağac əkib, meyvə verənədək onu qorusa, qulluq etməkdə səbrli olarsa, ondan yeyilən hər meyvənin müqabilində Allah yanında onunçün bir sədəqə yazılar.»
999. Ağac kəsmək
3218. İmam Sadiq (ə) :«Meyvə ağaclarını kəsməyin ki, Allah-taala başınızın üstünə əzab endirər.»
3219. İmam Sadiq (ə) (ağacları kəsmək barədə verilən sualın cavabında): «Eybi yoxdur.» Əmmar ibn Musa deyir ki, «Sidr ağacı necə?» deyə ərz etdim. Buyurdu:«Eybi yoxdur. Çöl-biyabanda sidr ağacını kəsmək məkruhdur. Çünki səhrada bu ağac az tapılandır. Amma burada məkruh deyil.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild