171. Əkinçilik
841. Əkinçiliyin və meşəçiliyin müstəhəb olması
2689. Allahın Peyğəmbəri (s):«Hər müsəlman bir ağac, ya bir əkin əksə və bir insan, quş, ya da heyvan onun məhsulundan yesə, həmin şəxs üçün sədəqə savabı sayılar.»
2690. İmam Baqir (ə): -Atam buyurardı:«İşlərin ən yaxşısı əkinçilikdir. Əkdiyindən yaxşı əməl sahibi də, pis əməl sahibi də yeyər. Yaxşı əməl sahibi yeyib Allahdan sənin bağışlanmağını dilər. Pis əməl sahibi isə yeyər, ancaq yediyi nemət ona Lənət və qarğış edər. Həmçinin, otlayan heyvanlar və quşlar da ondan bəhrələnərlər.»
2691. İmam Baqir (ə):«Əmirəl-möminin (ə) buyurardı:«Kim su və torpaq olduğu halda möhtac olarsa Allah-taala onu öz rəhmətindən uzaqlaşdırar.»
2692. İmam Sadiq (ə):«Əkinçilik xalqın xəzinələridir. Allahın yaratdığı pak toxumu əkirlər, Qiyamət günü onların məqamı hamıdan üstün, yaxınlığı və dərəcələri hamıdan çoxdur. Onlar «mübarək» adı ilə çağırılırlar.»
2693. İmam Sadiq (ə) («möminlər gərək Allaha təvəkkül etsinlər» ayəsi barədə): «Möminlər dedikdə məqsəd əkinçilərdir.»
2694. İmam Sadiq (ə):«İşlərin arasında heç bir iş əkinçilik qədər Allah yanında sevimli deyil və Allah-taala dərzi olan İdrisdən (ə) başqa elə bir peyğəmbər göndərməmişdir ki, əkinçiliklə məşğul olmasın.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild