Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şükr
    +5
    Müəllif: Elya | 17-04-2016, 17:00 | Baxılıb: 1 685
     
    222. Şükr

    1038. Allaha şükr etməyə həvəsləndirmək

    Qur’an:

    «Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və naşükür olmayın.»

    Hədis:

     3325. İmam Əli (ə): «Şükr var dövlətin zinəti və səbr, çətinliyin zinətidir.»
     3326. İmam Əli (ə): «Allah qarşısında sizə ən vacib olan əməl Onun nemətlərinə şükr etmək və Onun razılığına səbəb olan şeyləri hazırlamaqdır.»
    3327. İmam Sadiq (ə): «Hər çəkdiyin nəfəs üçün bir şükr, bəlkə min şükr və mindən də çox şükr etmək sənə vacibdir.»

    1039. Şükr edən

    Qur’an:

    «Allaha ibadət et və şükr edənlərdən ol»

    Hədis:
     
    3328. İmam Sadiq (ə):«Misbahus Şəriə» kitabında o Həzrətə aid olunub- «Əgər Allah üçün, Onun muxlis bəndələrinin Allahı ibadət etmələrindən ötrü, bütün hallarda şükr etməkdən yaxşı bir ibadət olsaydı, o kəlməni bütün məxluqatına aid edərdi. Amma ondan yaxşı ibadət olmadığına görə, ibadətlərin arasında ona xüsusi yer verdi və onun sahiblərini məxsusən qeyd edərək buyurdu: «Bəndələrimin az bir hissəsi şükr edərlər.»
    3329. İmam Hadi (ə): «Şükr edən, öz şükrünün bərəkətindən, onun şükrünə səbəb olan nemətdən daha çox səadət qazanar. Çünki nemətlər dünya malıdır, amma şükr, nemətləri özü ilə axirətə aparar.»
    3330. İmam Əskəri (ə): «Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.»

    1040. Nemətin artmasında şükr etməyin rolu

    Qur’an:
     
    «Rəbbiniz belə bəyan etdi: «Əgər şükr etsəniz sizin nemətinizi artıraram və əgər naşükürlük etsəniz, həqiqətən, Mənim əzabım şiddətli olacaqdır.»

    Hədis:
     
    3331. Allahın Peyğəmbəri (s): «Allah bəndənin üzünə şükrün elə bir qapısını açmadı ki, bu zaman nemətin artım qapısından da biri onun üzünə açılmamış olsun.»
    3332. İmam Əli (ə): «Allah-taala bəndəyə bir nemət verəndə və bəndə öz qəlbində o nemətin şükrünü edəndə, şükrünü dilinə gətirməmişdən qabaq, şəmin nemətin onun üçün artması vacib olur.»

    1041. Şükr neməti üçün şükr etməyin vacibliyi
     
    3333. İmam Səccad (ə): -duada- «Mənim Sənə şükr etməyim (nemətinin özü) şükrə möhtac olduğu halda Sənin şükrünü necə yerinə yetirə bilərəm? Hər dəfə «şükr Sənə» deyəndə, elə şükr etmək nemətinin özünə görə bir daha «şükr Sənə» demək mənə vacib olur.»
    3334.İmam Sadiq(ə):«Allah-taala Musaya(ə) vəhy etdi:«Ey Musa! Mənə, layiq olduğum kimi şükr et.» Musa(ə) ərz etdi:«Ey Rəbbim. Sənə söylədiyim hər bir şükrün özü, Sənin mənə bəxş etdiyin bir nemət olduğu halda necə Sənə layiq olduğun kimi şükr edim?» Buyurdu: «Ey Musa! O şükrün uğurunu Mənim sənə bəxş etdiyimi dərk etdiyin zaman, şükrümün haqqını yerinə yetirmiş olarsan.»

    1042. Şükrün həqiqəti
     
    3335. İmam Əli (ə): «Hər bir nemətin şükrü Allahın haram etdiklərindən çəkinməkdir.»
    3336. İmam Əli (ə): «Düşməninə üstün gəldiyin zaman, ona güzəşt etməyini öz qələbənin şükrü bil.»
    3337. İmam Baqir (ə): «Allahın az ruzisini özün çox bil ki, bununla onun şükrünü etmiş olarsan.»
    3338. İmam Sadiq (ə): «Nemətin şükrü haramlardan uzaqlaşmaq və şükrün bütövlüyü insanın «həmd olsun, aləmlərin Rəbbi olan Allaha» deməsidir.»
    3339. İmam Sadiq (ə): «Allah-taala bir şəxsə nemət bəxş edən zaman, həmin şəxs qəlbində o neməti Allah tərəfindən verildiyi kimi tanıyarsa, onun şükrünü yerinə yetirmiş olar.»
    3340. İmam Sadiq (ə):«Peyğəmbərin (s) qarşısına xoşagələn bir iş çıxan zaman buyurardı:«Allahın bu nemətinə şükür.» Eləcə də, qəm-qüssə gətirən bir hadisə ilə rastlaşanda buyurardı: «Hər bir halda şükr olsun Allaha.»
    3341. İmam Sadiq (ə)- «Misbahuş Şəriyə» kitabında o Həzrətə istinad olunduğu kimi- «Şükrün ən azı insanın nemətin bilavasitə Allah tərəfindən olduğunu bilməsi və nemət üçün Ondan başqa bir səbəb görməməsidir. Həmçinin, Allahın bəxş etdiyinə razı olması və Onun nemətilə günaha tərəf getməməsi, ya da Allahın nemətindən, Onun heç bir əmrinə və qadağanına zidd olan yolda istifadə etməməsidir.»

    1043. Ən çox şükr edən insan
     
    3342. İmam Əli (ə): «Ən çox şükr edən insan hamıdan çox qane və nemətlərə görə ən naşükür insan, hamıdan tamahkar olandır.»
    3343. İmam Səccad (ə): «Allaha ən şükrlü olanınız, insanlara ən çox təşəkkür edəninizdir.»

    1044. Yaxşı əməl sahibinə təşəkkür etməyə həvəsləndirmək
     
    3344. İmam Həsən (ə): «Alçaqlıq, nemətə naşükür olmaqdır.»
    3345. İmam Səccad(ə): «Sənə yaxşılıq edənin haqqı, ona təşəkkür etməyin, yaxşılığını dilə gətirməyin, onu yaxşılıqla yad etməyin və Allahla özün aranda onun üçün ixlasla dua etməyindir. Əgər belə etsən, gizlində və aşkarda ona təşəkkür etmiş olarsan. Özü də, bir gün onun yaxşılığının əvəzini çıxmağa imkanın olarsa, bunu et.»

    1045. İnsanlara təşəkkür etməyən Allaha minnətdar olmaz
     
    3346. İmam Səccad (ə) : «Allah-taala Qiyamət günü Öz bəndələrindən birinə buyurar: «Filankəsə təşəkkür etdinmi?» O, deyər: «Xeyr, ey Rəbbim! Mən Sənə təşəkkür etdim.» Allah-taala buyurar:«Ona təşəkkür etmədiyin üçün, Mənə də təşəkkür etməmisən.»
    3347. İmam Sadiq (ə): «Yaxşılığın yolunu kəsənlərə Allah Lənət eləsin. Yəni, bir şəxsə yaxşılıq edilərsə, o da bunun müqabilində naşükürlük edər və nəticədə yaxşı əməl sahibini başqalarına yaxşılıq etməkdən çəkindirər.»
    3348. İmam Rza (ə): «Kim insanların yaxşılığının müqabilində təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.»


    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.