380. Nemət
1727.Allahın saysız-hesabsız nemətləri.
Qur‘an:
«Allah sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.»
Hədis:
6168.Allahın Peyğəmbəri (s): «Kim Allahın yemək, içmək və geyimdən başqa nemətlərini görməsə, şübhəsiz, əməli qısa və əzabı yaxın olar.»
6169.İmam Əli (ə): «Şükr olsun o Allaha ki, natiqlər Onu mədh etməyin öhdəsindən gəlməz, sayanlar nemətlərini saya bilməzlər.»
6170.İmam Əli (ə) (Kumeylə tövsiyəsində): «Sən həmişə Allahın nemətindən və sənə bəxş etdiyi sağlamlıqdan bəhrələnirsən. Buna görə də heç bir halda Onu mədh, tərif, zikr, sitayiş və şükr etməkdən və anmaqdan əl çəkmə.»
1728.Nemətləri unutmaq.
6171.Allahın Peyğəmbəri (s): «İki nemət var ki, insanların çoxu onun vasitəsi ilə sınanır (və ya onların vasitəsi ilə yollarını azır və fəsada düşürlər): asudəlik və sağlamlıq.»
6172.Allahın Peyğəmbəri (s): «İki nemət var ki, onlar görməməzliyə vurulur: əmin-amanlıq və sağlamlıq.»
6173.İmam Əli (ə): «Nemət içində olan şəxs çətinliyin qədrini bilmir.»
6174.İmam Həsən (ə): «Nemətlər nə qədər ki, var idi, bilinməzdilər (qədirləri bilinmir), elə ki getdilər, (qədirləri) yerləri görünər.»
1729.Nemətlərlə gözəl qonşuluq.
6175. İmam Əli (ə): «Nemətlər sizdən ayrılmamış onlar üçün yaxş
yoldaş olun. Çünki nemətlər gedirlər və yoldaşının onunla rəftarı barədə şəhadət verirlər.»
6176.İmam Əli (ə): «Nemətləri hürküdüb qaçırtmaqdan çəkinin. Çünki hər qaçan geri dönmür.»
6177.İmam Hadi (ə): «Nemətlərə yaxşı qonşu olun və onlara görə şükr və minnətdarlıq etməklə öz nemətlərinizi artırın. Bilin ki, nəfs ona veriləni rahatlıqla qəbul edir və ondan əsirgənilən şeyə ciddi müqavimət göstərir.»
1730.Nemətin davamlılığına səbəb olan amillər.
Qur‘an:
«Əgər o məmləkətlərin əhalisi iman gətirib pərhizkar olsaydılar sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə məhv etdik.
«Bu (əzab) ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da onlara əta etdiyi neməti dəyişdirən deyildir. Allah eşidən və biləndir.»
Hədis:
6178.Allahın Peyğəmbəri (s): «Allahın (bəzi) bəndələri var ki, nemətləri onlara məxsus edib. Bu bəndələr nemətləri camaata bağışlayıb payladıqları vaxta qədər, onları (nemətləri) həmin bəndələrin əlində saxlayır. Əsirgəyib verməyəndə isə Allah nemətləri onlardan başqalarına keçirir.»
6179.İmam Əli (ə): «Kimin Allahın nemətlərindən payı çox olsa, camaatın ona ehtiyacı da çox olar. Buna görə də kim Allahın razılığı xatirinə nemətlərlə əlaqədar öz vəzifəsinə əməl etsə, onları davamlılığa çevirib. Bu barədə öz vəzifəsinə əməl etməyən şəxs isə həmin nemətləri məhvə və puçluğa düçar edib.»
6180.İmam Əli (ə): «Sizin boynunuzda olan ən kiçik vəzifə, Allahın nemətlərindən Ona qarşı itaətsizlik yolunda istifadə etməməyinizdir.»
6181.İmam Sadiq (ə): «Nemətlər yalnız üç işdən sonra uzunmüddətli olar: nemətlərdə Allahın layiqli yerini tanımaq, onların şükrünü etmək və onlara görə zəhmət çəkmək.»
6182.İmam Sadiq (ə): «Allahın neməti kimə çox olsa, camaatın onun boynuna düşən zəhmət və xərc yükü də ağırlaşar. Buna görə də camaatın zəhmət və xərc yükünü boynunuza götürməklə neməti(nizi) davamlı edin və onu puç etməyin. Çünki birinin puç olmuş nemətinin, yenidən bir daha ona qayıtması çox nadir hallarda baş verir.»
6183.İmam Kazim (ə): «Kim qənaətcil və qane olsa, nemət onun üçün qalar. Kim israf edib dağıtsa, nemət ondan uzaqlaşar.»
6184.İmam Rza (ə): «Ədalətli və yaxşı işlər görmək nemətin davamlılığından xəbər verir.»
1731.Nemətlərin bir-birinin ardınca gəlməsi və Allahın möhlət verməsi.
Qur‘an:
«Küfr edənlər, onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar. Bizim onlara verdiyimiz möhlət, ancaq günahlarını daha da artırmaları üçündür. Onlar üçün alçaldıcı bir əzab vardır.»
Hədis:
6185.İmam Əli (ə): «Ey Adəm övladı! Nə vaxt görsən ki, günah edirsən və bununla belə eyb, nöqsan sifətlərdən pak və uzaq olan Allah bir-birinin ardınca sənə nemətlərini verir, Ondan qorx!»
6186.İmam Əli (ə): «Camaat! Allah sizi çətinlik və əzabdan qorxan gördüyü kimi, gərək nemətdən də qorxan görsün. Çünki nemət qapısı kimin üzünə açılsa və o, bunu Allahın möhləti hesab etməsə, özünü qorxulu hadisədən amanda sanmışdır. Kim yoxsulluğa düçar olsa və onu (ilahi) sınaq hesab etməsə, onu gözləyən mükafatı əldən çıxarmışdır.»
6187.İmam Əli (ə): «Nə çox nemət verilmiş şəxs ki, tədricən Allahın qəzəbinə yaxınlaşır və nə çox bəlaya düçar olmuş şəxs ki, həmin bəla ilə ona yaxşılıq edilmişdir.»
6188.İmam Hüseyn (ə): «Eyb, nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəndəsinə möhlət verməsi və (bəlanı) tərdicən yaxınlaşdırması, ona çoxlu nemət verməsi və şükr etməyi ondan almasıdır.»
1732.Allahın nemətlərindən söhbət açmaq.
Qur‘an:
«(İnsanlara) Rəbbinin nemətlərindən söhbət aç.»
Hədis:
6189.Allahın Peyğəmbəri (s): «Allah bəndəsində Öz nemətinin nişanəsini görməyi sevir.»
6190.Əbul Əhvəs (atasından nəql edir):–«Üst-başım pis vəziyyətdə Peyğəmbərin yanına getdim. Peyğəmbər (s) buyurdu: Var-dövlətin var? Dedi: Bəli, Allah mənə hər şey verib. Buyurdu: Əgər sərvətin varsa, (onun nişanələri) sənin vücudunda görünməlidir.»
6191.İmam Əli (ə): «Allah gözəldir və gözəlliyi sevir. Həmçinin sevir ki, Öz bəndəsində nemətin nişanəsini görsün.
6192.İmam Sadiq (ə): «Allah Öz bəndəsinə bir nemət verəndə, həmin nemət bəndənin vücudunda gözə görünsə, o, Allahın nemətindən söhbət açan dost adlandırılar. Əgər Allah bir bəndəyə nemət verən zaman, həmin nemət onun vücudunda görünməsə, o, Allahın nemətini təkzib edən düşmən adlandırılar.»
6193.İmam Sadiq (ə): «Mən, insanın Allah tərəfindən nemətə malik olub onu izhar etməməsini xoşlamıram.»
1733.Nemətin kamilliyi.
6194.Allahın Peyğəmbəri (s): «Kim üç şeydən bəhrələnmiş halda günlərini arxada qoysa, dünyanın neməti ona tam və kamil verilib: gecə-gündüzünü sağlam halda və əmin-amanlıqla keçirən və gününün yeməyi olan kəs. Əgər dördüncü nemətə də malik olsa, dünya və axirət nemətinə tam və kamil şəkildə sahib olub. O, (yəni dördüncü nemət) iman nemətidir.»
6195.İmam Əli (ə): «Nemət təvazökarlıqla kamilləşir.»
6196.İmam Əli (ə): «Allaha itaətdə səbr etməklə və Ona qarşı itaətsizlikdən, günahdan uzaqlaşmaqla Onun sizə olan nemətlərini kamilləşdirin.»
6197.İmam Sadiq (ə): «Dünyanın neməti əmin-amanlıq və sağlamlıqdır. Axirətdə kamil nemət, Cənnətə daxil olmaqdır. Cənnətə getməyən bəndəyə, nemət əsla kamilləşməyib.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild