410. Vəfa
1847.Vəfalılıq
Qur‘an
«Əhdə vəfa edin. Çünki əhd barəsində sorğu-sual aparılacaq.»
«…əhd edəndə əhdinə vəfa edənlər…»
6631.Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə imanı olan şəxs gərək və’d verəndə (ona) vəfa etsin.»
6632.İmam Əli (ə): «Vəfalılıq ağalıq qalasıdır.»
6633.İmam Əli (ə): «Vəfadarlıq dindarlığın çoxluğunun və güclü əmanətçiliyin nişanəsidir.»
6634.İmam Əli (ə): «Ən üstün əmanətçillik əhdlərə vəfalı olmaqdır.»
6635.İmam Əli (ə): «Ən üstün doğruçuluq əhdlərə vəfalı olmaqdır.»
6636.İmam Əli (ə): «Əhdinə vəfalı olmayan şəxsin dostluğuna etimad etmə.»
6637.İmam Səccad (ə) («dinin hökmlərinin cövhəri nədir?» sualının cavabında buyupmuşdur): «Haqq danışmaq, ədalətli hökm çıxarmaq və əhdə vəfalı olmaq.»
6638.İmam Sadiq (ə): «Üç şeydə heç kəs bəhanə gətirə bilməz: Əmanəti yaxşı və ya pis əməl sahibi (olmasından asılı olmayaraq yiyəsi) nə qaytarmaq, yaxşı və ya pis əməl sahibi ilə olan əhdə vəfa etmək, yaxşı və ya pis əməl sahibi olan ata-ana ilə gözəl davranmaq.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild