340. Kitab və yazı
1560. Kitab və yazı
Qur‘an:
"Nun. And olsun, qələmə və yazılanlara.»
Hədis:
5412. İmam Əli (ə): «Kitablar alimlərin bostanlarıdır.»
5413. İmam Əli (ə): «Kitab necə də gözəl natiqdir.»
5414. İmam Əli (ə): «Kitablarla özünü sakitləşdirən heç bir sakitliyi əldən verməz.»
1561. Yazıçılıq və yazıçının şəxsiyyəti.
5415. İmam Əli (ə): «Elçin sənin tərcümanın, məktubun isə ən uca səslə danışan sözçündür.»
5416. İmam Əli (ə): «İnsanın yazısı (məktubu) onun ağlının göstəricisi və fəzilətinin dəlilidir.»
5417. İmam Əli (ə): «Alimlərin ağılları, onların qələmlərinin uclarındadır.»
1562. Bilikləri yazıya köçürməyə həvəsləndirmək.
5418. Allahın Peyğəmbəri (s): «Elmi, yazmaqla bəndə salın.»
5419. Allahın Peyğəmbəri (s): «Bilikləri, alimlər ölməmiş yazıya köçürün. Çünki alimlər öləndə (onların) bilikləri də gedir.»
5420. İmam Sadiq (ə): «Yazın, çünki yazmayıınca əzbərləmirsiniz.»
5421. İmam Sadiq (ə): «Ürək yazmaqla sakitləşər.»
1563. Yazmağın savabı.
5422. Allahın Peyğəmbəri (s): «Mömin özündən bircə vərəq belə elm yazılmış yazı qoyub gedərsə, qiyamət günündə həmin vərəq onunla od arasında pərdəyə çevrilər. Allah-taala onda yazılmış hər hərfin müqabilində dünyadan yeddi dəfə böyük olan bir şəhər verər.»
5423. Allahın Peyğəmbəri (s): «Kim mənim bir hədisimi və elmimi yazsa, həmin hədis və elm qalıncaya qədər onunçün əcr yazılar.»
1564. Yazı qaydaları.
5424. Allahın Peyğəmbəri (s): «Bismillahir rəhmanir rəhim hər yazının başlanğıcıdır.»
5425. İmam Sadiq (ə): «Bismillahir rəhmanir rəhimi ötürmə! Hətta bir şerdən (yazmaqdan) əvvəl olmuş olsa belə.»
1565. Məktub yazmaq.
5426. Allahın Peyğəmbəri (s): «Məktuba cavab vermək, salama cavab vermək qədər (vəzifə və) haqdır.»
5427. İmam Sadiq (ə): «Qardaşlar arasında ünsiyyət, birlikdə olanda get-gəl, səfərlərdə olanda isə məktub yazmaqladır.»
5428. İmam Sadiq (ə): «Məktuba cavab vermək, salama cavab vermək qədər vacibdir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild