105. Hafizə
538. Hafizə
1632. İmam Sadiq (ə) (Mufəzzəlin hədisində): «Heç düşünmüsənmi ki, insanın bütün bu xüsusiyyətlər arasında təkcə hafizə qüvvəsi olmasaydı onun halı və güzəranı necə olardı? Əgər (insan) öz xeyirli və zərərli işlərini, alacaqlarını və verəcəklərini, görəcəklərini və eşidəcəklərini hafizəsində saxlamasaydı, onun işlərində, həyatında və təcrübələrində necə qarışıqlıq yaranardı… Əgər bir yolu dəfələrlə getsəydi, yenə də onu itirərdi. Ömrü boyu dərs oxusaydı, heç bir elmi yadda saxlaya bilməz, bir dinə e‘tiqad etməz, bir təcrübədən bəhrələnməzdi. Olub-keçənlərdən bir ibrət götürməz, ümumiyyətlə birdəfəlik insanlıqdan çıxmağa layiq olardı.»
539. Uşaq yaşlarından əzbərləmək
1633. Allahın Peyğəmbəri (s): «…Uşaqlıqda öyrənənin misalı daşa həkk olunan yazıya, yaşlı vaxtı öyrənənin hekayəti su üzərində yazı yazanın hekayətinə bənzər.»
540. Hafizəni artıran şeylər.
1634. Allahın Peyğəmbəri (s): «Üç şey unutqanlığı aradan götürər və hafizəni artırar: Qur‘an oxumaq, dişləri fırçalamaq və oruc tutmaq.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild