Elm haqqında
1.Uləmaya hörmət qoyun,onlar peyğəmbərin varisləridir.Allaha və Onun Rəsuluna(Muhəmmədə) hörmət onlara hörmət deməkdir.
2. Alimləri eşidin,çünki onlar dünyanın çırağı,axirətin nurudurlar.
3.Elmi beşikdən qəbrədək öyrənin.
4. Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir.
5.Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr.
6. İnsanlar elə bir sədəqə verə bilməzlər ki,öyrənilən,yayılan elmdən üstün ola.
7.Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya,ahıllıqda öyrənilən isə su üstündə yazıya bənzər!
8.Alim öldü aləm öldü.
9. Bir saat elm öyrənmək altmış illik ibadətdən xeyirlidir.
10.Elm öyrənən zaman birisini ölüm haqlayarsa,o şəhid sayılar.
11. Elm hər bir müsəlmana istər kişi olsun.istər qadın - vacibdir.
12. Mən elmin şəhəri,Әli isə onun qapısıdır.
13. Elm Çində də olsa,onun dalınca gedin.
14. Әn xeyirli sədəqə odur ki,bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşına öyrədə.
15. İki şəxs doymaq bilməz: elm təşnəsi və dünya (malı) hərisi.
Kitabın adı : 101 hədis