İmam Cavad (ə)-dan üç hədis
İmam Cavad (ə)-dan üç hədis
İmam Cavad (ə) ( Ölüm barədə suala cavabından) :"Hər gecə sizin sorağınıza gələn, ancaq müddəti uzun olan yuxudur. İnsan yalnız qiyamət günü bu yuxudan oyanar. Yuxusunda müxtəlif növ saysız-hesabsız şadlıqlar, saysız qorxu-şəhvət görənin, yuxuda şad olan və ya qorxuya düşənin halı necə olacaq? Budur ölüm. Belə isə, özünüzü ona hazırlayın."
İmam Cavad (ə) buyurur :"Yaxşılıq edənlər yaxşılıq etməyə, ona ehtiyacı olanlardan daha möhtacdırlar. Çünki onun mükafatı, fəxri və yaxşı adı onlara qalar. Kim yaxşılıq edirsə ilk növbədə özünə edir. Buna görə də özünə etdiyi yaxşılığa görə başqalarından təşəkkür istəməməlidir."
İmam Cavad (ə) buyurur :"Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir, iffətində canı şəhvətdir. Üçüncüsü qüdrətdir, onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsani qüvvələri tənzimləməkdədir."
Kitabın adı: Məsumlardan 3333 hədis
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.