Peyğəmbərdən (s) olan hədislər
Baxmayaraq ki, behiştin ətri beş yüz illik məsafədən hiss olunur, ancaq üç dəstə insan onu hiss etməz; minnət qoyan simic, şərab içən və aqq-valideyn (yəni, valideynlərin hüququnu tapdalayıb onlara zülm edən).
Yerlər və göylər, məlaikələr, gecə və gündüz üç dəstə insan üçün Allahdan bağışlanmaq istəyərlər; alimlər, tələbələr və səxavətli insanlar.
Üç nəfərin duası rədd olunmaz; səxavətli insanın, xəstənin və tövbəkarın.
Atəş üç nəfərin bədənini yandırmaz; ərinə itaət edən qadının, ərinin çətinlikdə və yoxsul olan vaxtında səbr edən qadının və valideynlərinə yaxşılıq edən kəsin.
Üç dəstə insan şeytanın şərindən amandadır; gecə-gündüz Allahı yad edənlər, gecə yarısı bağışlanma diləyənlər və Allah qorxusundan ağlayanlar.
Qiyamət günü üç dəstə insandan əzab götürülər; Allahın təqdirinə razı olanlardan, müsəlmanların xeyrini güdənlərdən və xeyir dəllallarından.