Dünya və axirət haqqında
38.Müsəlman müsəlmanın qardaşıdır,nə zülm edər ona,nə də yalqız qoyar onu.Qardaşının ehtiyacını ödəyən kimsənin ehtiyacını da Allah ödəyər.Kim bir müsəlmanın dərdini yüngülləşdirərsə,Allah-təala o adamın qiyamət günündə sıxıntılarını yüngülləşdirər.Kim bir müsəlmanın eybini örtsə,qiyamət günü Allah-təala da onun eybini örtər.
39.Sədəqə,onu verənin qəbir odunu söndürər,mö'min adam qiyamət günündə öz sədəqəsinin kölgəsinə sığınar.
40.Qiyamət günü Allah-təala iki şəxsə rəhm etməz:qohumluğu pozana və pis qonşuya.
41.Bu dünyada insanlara əzab verən kimsələr qiyamət günü ən şiddətli əzaba düçar olar.
42.Bu dünyada iki üzü olanın axirət günü alovdan iki dili olar.
43.Bu dünyada evi olmayanın evi,malı olmayanın malıdır.Dünya malını ağlı olmayan toplar.
44.Heç vaxt ölməyəcəyini zənn edən adam kimi iş gör və sabah öləcəyindən qorxan adamın əməlindən özünü gözlə.
Kitabın adı: 101 hədis