194. Su içirtmək
944. Su içirtmək
3041. Allahın Peyğəmbəri (s):«Kişinin öz arvadına su içirtməyinin savabı var.»
3042. Allahın Peyğəmbəri (s):«Günahların çoxalanda, dalbadal təşnələrə su ver.»
3043. İmam Səccad (ə):«Kim susamış möminə su versə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»
3044. İmam Baqir (ə):«Kim təşnəyə bir ağız su içirtsə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»
3045. İmam Baqir (ə):«Qiyamət günü hər şeydən əvvəl hesabatı aparılan şey təşnəyə su verməyin sədəqəsinin savabı olacaqdır.»
3046. İmam Sadiq (ə):«Ən yaxşı sədəqə yanan ciyəri sərinlətməkdir. Kim bir heyvanın, ya ondan qeyrisinin yanğılı ciyərini sərinlədərsə, Allah-taala Onun kölgəsindən başqa bir kölgənin olmayacağı gün onun üzərinə kölgə salar.»
945. Su verənə layiq olan cəhət
3047. Allahın Peyğəmbəri (s):«Camaata su verənin özü hamıdan axırda su içməlidir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild