161. Qohumluq
801. Sileyi-rəhm (Qohumluq əlaqələrini saxlamaq)
2535. Allahın Peyğəmbəri (s):«Sileyi-rəhmin savabı istənilən digər xeyir əməlin savabından tez çatar.»
2536. Allahın Peyğəmbəri (s):«Sileyi-rəhmi yerinə yetirmək üçün (hətta əgər olubsa) bir illik yolu qət et.»
802. Sileyi-rəhmin səmərələri
2537. Xanım Fatimeyi Zəhra (ə):«Allah-taala sileyi-rəhmi şəxslərin saylarının artması üçün qərar vermişdir.»
2538. İmam Hüseyn (ə):«Kim ölümünün tə‘xirə salınmasını və ruzisinin artmasını istəyirsə sileyi-rəhmi yerinə yetirsin.»
2539. İmam Baqir (ə):«Sileyi-rəhm əməlləri və var-dövləti artırar, bəlanı qaytarar, Qiyamət gününün hesabını asanlaşdırar, ölümü tə‘xirə salar.»
2540. İmam Baqir (ə):«Sileyi-rəhm əxlaqı və xasiyyəti gözəlləşdirər, əli açıq edər, ruhu paklaşdırar, ruzini artırar, əcəli yubadar»
2541. İmam Hadi (ə):«Allah-taala Musa ibn İmranla (ə) danışanda Musa (ə) ərz etdi:«Sileyi-rəhm edənin mükafatı nədir?» Allah buyurdu:«Ey Musa! Onun ölümünü tə‘xirə salaram, can verməyin çətinliklərini onunçün asanlaşdıraram.»
803. Əlaqəni kəsən ilə əlaqə yaratmaq
2542. Allahın Peyğəmbəri (s):«Qohumun səninlə əlaqəni kəssə də, sən onunla əlaqəni qırma.»
2543. İmam Hüseyn (ə) :«Hamıdan çox sileyi-rəhm edən şəxs, əlaqəni kəsən qohumu ilə əlaqəni bərpa edəndir.»
804. Qohumluq əlaqəsini kəsməkdən çəkindirmək
Qur’an:
«Əgər hakimiyyətə yetişsəniz, yer üzündə fəsad törədib qohumluq əlaqələrini kəsərsinizmi? Bunlar Allahın Lənətlədiyi və qulaqlarını kar, gözlərini kor etdiyi kəslərdir.»
Hədis:
2544. Allahın Peyğəmbəri (s):«Allahın rəhməti, aralarında qohumluq əlaqəsini kəsən şəxs olan xalqa nazil olmaz.»
2545. İmam Əli (ə):«İnsanlar sileyi-rəhmi kəsdikdə sərvətlər fəsad törədənlərin əlinə keçər.»
2546. İmam Sadiq (ə):«Ölümü və məhvi tezləşdirən günahlardan biri də sileyi-rəhmi kəsməkdir.»
805. Sileyi-rəhmin ən az həddi
2547. Allahın Peyğəmbəri (s):«Bir salamla olsa da, sileyi-rəhmi yerinə yetirin.»
2548. İmam Sadiq (ə):«Hətta, əgər bir qurtum su içirtməklə olsa da, qohumuna sileyi-rəhm et. Ən yaxşı sileyi-rəhm qohumu incitməməkdir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild