228. Qocalıq
1067. Qocalıq və ağ saçlar
Qur’an:
«Odur sizi əvvəl zəif yaradan, bu zəiflikdən sonra qüvvə verən, sonra da yenidən zəifliyə və qocalığa düçar edən Allah. Allah istədiyini yaradar. O alim və qadirdir.»
Hədis:
3408. Allahın Peyğəmbəri (s):«Qoca, öz həmdəminin məhəbbəti, uzun ömür və çoxlu sərvətin muqabilində həmişə gəncdir.»
3409.İmam Əli (ə):«Ağ saçlar ölümün qasididir.»
3410.İmam Əli (ə):«Ağ saçlar xəbərdarlıq üçün kifayətdir.»
3411.İmam Əli (ə):«Mənim üçün qocalığın vuqarı, gənclik şadlığından daha sevimlidir.»
3412.İmam Əli (ə):«Aqil qocalanda əqli gəncləşər, nadan qocalanda nadanlığı cavanlaşar.»
3413.İmam Baqir (ə):«Bir gün İbrahim (ə) öz üzündə ağ tük görüb deyir:Şükr olsun aləmlərin Rəbbi olan Allaha ki, məni bu yaşa çatdırdı və bir an belə günah etmədim.»
3414.İmam Sadiq (ə):«Ağ saçın möminə tərəf tələsdiyi qədər, heç bir şeyin digərinə tərəf tələsdiyini görmədim. Ağ saç mömin üçün dünyada vuqar və Qiyamət günü işıq saçan nurdur. Allah-taala Öz xəlili İbrahimə(ə) ağ saçlarla vüqar bəxş etdi. Bu vaxt İbrahim(ə) ərz etdi: Ey Rəbbim! Bu nədir? Allah buyurdu:Bu vüqardır. İbrahim (ə) dedi:Ey Rəbbim! Mənim vüqarımı artır. »
1068. Qocalara hörmət
3415.Allahın Peyğəmbəri (s):«Yaşlı müsəlmana ehtiram Allaha ehtiramdır.»
3416.Allahın Peyğəmbəri (s):«Ümmətimin qocasına hörmət etmək, mənə hörmət etməkdir.»
3417.İmam Sadiq (ə):«Ahıllarınıza hörmət edin və sileyi-rəhmi yerinə yetirin.»
3418.İmam Sadiq (ə):«Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan bizdən deyil.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild