394. Qocalıq
1789.Qocalıq.
6380.Allahın Peyğəmbəri (s): «Adəm övladı ilə yanaşı doxsan doqquz ölüm amili sıraya düzülüb. Onlar ona dəyməyəndə (insan) qocalığa çatır.»
6381.İmam Əli (ə): «Uzun ömürün məhsulu xəstəlik və qocalıqdır.»
1790.İnsanın qocalığında cavanlaşan şey.
6382.Allahın Peyğəmbəri (s): «Adəm övladı qocalır, ancaq onda iki şey: tamah və arzu cavanlaşır.»
6383.Allahın Peyğəmbəri (s): «Adəm övladı qocalır, onun vücudunda iki şey isə cavanlaşır: mala, sərvətə tamah və yaşamağa hərislik.»
1791.Qocalığın səbəbləri.
6384.İmam Əli (ə): «Qəm-qüssə qocalığın yarısıdır.
6385.İmam Sadiq (ə): «Dörd şey vaxtsız qocalıq gətirir: qaxac ət yemək, nəm yerdə oturmaq, pilləkanla (və nərdivanla) yuxarı çıxmaq və qoca arvadla yaxınlıq etmək.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild