266 Tələskənlik
1214.Tələskənlik.
Quran:
«Adəm tələsməkdən yaradılmışdır. Tezliklə öz nişanələrimizi sizə göstərəcəyik. Onda (əzabı) məndən tələsik istəməyin.»
«Adəm xeyri də çağırar (bunun kimi də), pisi (hadisələri) də. İnsan tələskəndir.»
Hədis:
4000. Allahın Peyğəmbəri(s): «Əslində camaatı tələskənlik məhvə sürükləmişdir. Camaat sakit və tələskənlikdən uzaq olsaydı, heç kəs məhv olmazdı.»
4001.Allahın Peyğəmbəri(s): «Sakitlik Allahdan (sifətlərindən), tələskənlik isə şeytandandır (sifətlərdəndir).»
4002. İmam Əli (ə): «Tələskənlik büdrəməyə səbəb olar.»
4003. İmam Əli (ə): «Tələskənlikdə büdrəyişlər çox olar.»
4004. İmam Sadiq (ə): «Sakitlik və lənglikdə (xəta və büdrəməkdən) sağlamlıq, tələskənlikdə peşmançılıq var.»
1215. Yaxşı işlərə tələsmək.
4005. Allahın Peyğəmbəri (s): «Allah tələsik görülən xeyir işi sevər.»
4006. Allahın Peyğəmbəri (s): «Lənglik hər işdə bəyənilib, ancaq yaxşı iş görməyə yaranan fürsətlərdən başqa.»
4007. İmam Sadiq (ə): «Atam buyurardı: Yaxşı iş görmək niyyətində olanda tələs. Çünki, nə olacağını bilmirsən.»
Kitabın adı: Mizanul – Hikmət (xülasəsi) 2-ci cild