1175. Təharət (dəstəmaz, qüsl, təyəmmüm)
3826. Allahın Peyğəmbəri (s): «Təharət imanın bir hissəsidir (ya yarısıdır).»
3827. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndədən soruşulan birinci şey təharətdir.»
3828. Allahın Peyğəmbəri (s): «Təharətsiz heç bir namaz qəbul olunmaz.»
1176. Pak edənlər
Qur‘an:
«Öz rəhmətindən (yağışdan) qabaq müjdə verən küləkləri göndərən Odur. Səmadan pak edən suyu yerə endirdik.»
Hədis:
1. Su:
3829. İmam Əli(ə): «Allah-taala suyu pak və pakedici yaratdı. Heç bir şey onun rəngini, ya dadını, ya da iyini dəyişməyincə onu nəcis etməz.»
2.Günəş:
3830. İmam Baqir (ə): «Üzərinə günəşin şüası düşən hər bir şey pakdır.»
3.Torpaq:
3831. İmam Sadiq(ə): «Allah-taala torpağı da su kimi pakedici qərar vermişdir.»
4.Od:
3832. İmam Kazim(ə) («əgər gəci (qurumuş və basdırılmış) nəcis və ölünün sümüyü ilə birgə bişirsələr, sonra onunla məscidə (döşəməsinə) mala çəksələr həmin döşəmədə səcdə etmək olarmı»? sualının cavabında): «Bəli, su və od onu pak etmişdir.»
1177. Mənəvi paklıq
Qur‘an:
«Allah siz əhli-beytdən(ə) çırkabı aparıb sizi pak-pakizə etmək istəyir.»
«Onların mallarından sədəqə götür ki, bunun vasitəsilə onları pak edərsən. Onlar üçün dua et ki, sənin duan onların sakitliyinə səbəb olar. Allah eşidən və biləndir.»
Hədis:
3833. İmam Əli(ə): «Allah-taala imanı, şirkdən təmizlənmək üçün vacib etdi.»
3834. İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin xəstəliyinin dərmanı və canlarınızın çirkabını pak edəndir.»
3835. İmam Əli(ə): «Bir halda pak olmayandan qaçmırsınız, onda özünüzü eyblər və günahların çirkabından pak edin.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild