404. Dəstəmaz
1820.Dəstəmaz
Qur‘an:
«Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəkləriniz də daxil olmaqla yuyun, başınıza məsh edin, ayaqlarınızı topuqlarınıza qədər məsh edin…. Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz.»
Hədis:
6522.Allahın Peyğəmbəri (s): «Dəstəmaz imanın yarısıdır.»
6523.Allahın Peyğəmbəri (s): «Kim çox soyuq havada kamil dəstəmaz alsa, iki pay savab qazanır. Kim çox isti havada kamil dəstəmaz alsa, bir pay savab qazanır.»
6524.Allahın Peyğəmbəri (s): «Müsəlman şəxs dəstəmaz alan zaman onun günahları qulaq, göz, əl və ayaqlarından xaric olarlar. Beləliklə, oturanda (artıq) bağışlanmış halda oturar.»
6525.Allahın Peyğəmbəri (s): «Bəndə dəstəmaz alanda günahları bu ağacın yarpaqları kimi tökülər.»
6526.İmam Əli (ə): «Kim təharət (dəstəmaz) alıb məscidə getsə, ondan dəstəmazı pozan bir iş baş verməyincə namaz halında olar (həmin müddət ərzində namaz qılan adam kimi sayılar).»
6527.İmam Baqir (ə): «Namaz yalnız təharətlə düzgündür.»
1821.Dəstəmazın fəlsəfəsi
6528.İmam Baqir (ə): «Dəstəmaz Allahın bəndələrindən kimin Ona tabe olub kimin itaətsizlik etməsini bilmək üçün (təyin etdiyi) həddlərindən biridir.»
6529.İmam Rza (ə) dəstəmazın fəlsəfəsi barəsində buyurmuşdur: «(Dəstəmazın fəlsəfəsi) Bəndənin Allahla münacat edəndə Onun qarışısında dayanarkən pak olması, Onun əmrinə tabe olması, çirkinlik və murdarlıqdan təmiz olmasıdır. Bundan əlavə dəstəmaz yorğunluğun aradan qalxması, mürgünün qaçması və qəlbin Allahın hüzurunda dayanmaq üçün təmizlənməsinə səbəb olur.»
1822.Dəstəmazın nəticəsi
6530.Allahın Peyğəmbəri (s): «Allah-taala qiyamət günü mənim ümmətimi məhşərə dəstəmazlarının nəticəsi olaraq gözəl üz və ağ əl-ayaqla gətirəcəkdir.»
1823.Həmişə dəstəmazlı olmağın fəziləti
6531.Allahın Peyğəmbəri (s): «Çox dəstəmaz al ki, Allah ömrünü artırsın. Əgər gecə-gündüz təharətli ola bilirsənsə, et bunu! Çünki əgər dəstəmazlı ölsən şəhid (hesab) olacaqsan.»
6532.Allahın Peyğəmbəri (s): «Dəstəmazlı yatan şəxs gecə oyaq qalıb (gündüz) oruc tutmuş şəxs kimidir.»
1824.Dəstəmazı təzələmək
6533.Allahın Peyğəmbəri (s): «Kim dəstəmazlı olub (yenidən) dəstəmaz alsa, onun üçün on savab yazılar.»
6534.İmam Sadiq (ə): «Kim dəstəmazı pozan bir iş görmədən yenidən dəstəmaz alsa, Allah istiğfar etmədən onun tövbəsini təzələyər.»
6535.İmam Sadiq (ə): «Dəstəmaz üstündən dəstəmaz, nur üstündən nurdur.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild