Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bir dayanacağa çatdıq. Hər birimiz qızıl, gümüş, bürünc kərpiclərdən tikilmiş ali qəsrlərin hücrələrində yerləşdik. Mənzillərdə hər şey öz qaydasında idi–onların təmizliyi, naxışları, genişliyi göz oxşayır, ağılı heyran edirdi. Xoş surətli, xoş libaslı, xidmət üçün ətrafda dövrə vuran xidmətçilər var idi.
"Onların dövrəsində həmişəcəvan oğlanlar olacaqdır. Onları gördükdə səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət və böyük bir mülk görərsən.”
Onların bizə xidmət etməsindən xəcalət çəkdim. Gözüm böyük bir güzgüyə sataşdı. Özümü onlardan çox-çox gözəl, cavan, dəyərli gördüm. Vüqar, yüksəklik hissi məni bürüdü, öz cəlalıma vuruldum.
Axşam düşdü. Ağacların budaqlarının başından asılmış min lampalı çıraqlar yandı. İşıq yarpaqlar arasında elə bərq vururdu ki, həddi-hüdudu yox idi. Bağlar, cah-cəlallı qəsrlər gündüzə nisbətən daha işıqlı idi. Təəccüb içində özümə dedim… Xudaya, bu qədər işığı yandıran necə mənbədir? Eşitdim kimsə ayə tilavət edir…
"Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər. Taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki bir parlaq ulduzdur. O çıraq nə şərqə, nə də qərbə meyl edən mübarək bir zeytun ağacından yandırılır. Onun yağına od toxunmasa belə, az qalır ki, öz-özünə alışsın. O, nur üstündən nurdur.”
Başa düşdüm ki, bu nur Mühmməd ailəsi şəcərəsindəndir. Müsafirlərin dayanacağı olan bu şəhər məhəbbət şəhəri adlanırdı. Əhli-beyt (Peyğəmbər ailəsi) aşiqləri burada dayanardılar. Bu şəhərin sakinləri, müsafirlər cah-cəlallı qəsrlərdə bəşarət və sevinclə Haqqın zikr və həmdinə, Vəliyyi-mütləqə salam verməyə məşğul idilər. Onların səsi cazibəli və dilruba idi. Biz də əmniyyət və kamal halında sevinc duyurduq. Şəhər qapısının yuxarısında aydın xətlə yazılmışdı…
"Əli (ə) ilə dostluq elə bir savabdır ki, bu savab olarsa, heç bir günah zərər yetirməz.”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |