![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qabaqda Hadi, arxasınca mən başdan-başa büllurdan olan otağa girdik. Qızıl taxtlar qoyulmuş, onların üstünə qırmızı məxmərdən döşəklər salınmışdı. Döşəklərin üstündən zərif mütəkkələr düzülmüşdü. Divar və tavandan şəklimiz əks olunurdu. Öz kamal və camalımızı görməkdən zövq alırdıq. Otağın ortasında üstü növbənöv yeməklər, şərbətlərlə dolu miz qoyulmuşdu. Xidmət üçün qızlar və oğlanlar cərgəyə düzülmüşdülər. Biz taxtların üstündə əyləşdik…
"Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzədilmiş taxtlar üstündə oturacaqlar. O taxtlara söykənib, qarşı-qarşıya əyləşəcəklər. Dövrələrində həmişəcavan xidmətçi oğlanlar dolanacaqdır. Əllərində Cənnət bulağından dolu piyalələr, qədəhlər–o şərabdan başları ağrımaz və keflənməzlər–bəyənib seçdikləri meyvələrlə, istədikləri hər cür quş əti ilə onların dövrəsində hərlənəcəklər. İri gözlü qəşəng hurilər də vardır. O hurilər sanki sədəf içində gizlənmiş incidirlər. Onlar (bu nemətlərə) etdikləri yaxşı əməllər müqabilində nail olacaqlar. Onlar Cənnətdə nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. Eşitdikləri söz salam və yenə də salam olacaqdır.”
Yeyib-içdikdən sonra taxtlarda uzanıb, bir az istirahət etdik. Bir saat ötməmiş insanın huşunu başından alan musiqi səsi ucaldı. Birdən naz-qəmzəli Hicaz ləhnində "Həl-əta” surəsinin tilavəti başladı. Bu dilruba səsə ehtiram əlaməti olaraq, başqa səslər kəsildi. Mən özümü yatmış göstərirdim ki, Hadi bir söz deməsin, Qurana qulaq asa bilək. Tilavət sona çatdı. Mən qalxıb, oturdum. Hadi də qalxdı. Ondan şəhərin adını soruşdum. Dedi… Darüs-sürurun kəndlərindən biridir.
Dedim… Fəda olum o məmləkətə ki, onun kəndi belədir. Görən paytaxtı necə olacaq? Bəs o mübarək surəni oxuyan kim idi? Qəlbimi yerindən oynatdı. Bu surəni dünyada olanda çox sevirdim. Xüsusilə, bu ruhani dünyada könüloxşayan səslə bizə yeni həyat verən, xəyalımızı təzələyən həmin qareni (Quran oxuyanı) tanımalı, görməliyəm.
Hadi dedi… Bilmirəm, amma bu məmləkətin böyüyü müsafirlər həddi aşanda buraya gəlir. Biz də imza üçün icazə kağızını ona çatdırmalıyıq. Ola bilsin ki, o səsin sahibi də onunla gəlsin. Bəlkə orada onu gördük.
Dedim… Hadi, ola bilərmi ki, o imza etməsin? Əgər o imtina etsə, necə olacaq?
Dedi… Ağıla görə bu mümkündür. Bu halda aydındır ki, işimiz çətin olacaq. Amma çətin ki, imzalamaya. Hər halda bu sualı öz batininə ver.
"Hər kəs özünü daha yaxşı görür, tanıyır.”
Hadinin sözündən bədənim əsdi. Özümü araşdırdım. Gördüm ki, qorxu və ümid arasında tərəddüddəyəm. La hovlə və la qüvvətə illa billah.
Dedim… Hadi, doğrudur ki, bura Darüs-sürurdur (şadlıq sarayı), amma sən onu qəm evinə döndərdin. Qalx gedək. Mənim iztirabım anbaan artır. Ağıllı adam bir işin xətərindən qorxanda qüvvəsincə tez hərəkət etməlidir.
Mənbə: "Axirət aləminə səyahət" kitabı
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |