Hurilər və behişt qadınları
Behişt maddi ne᾽mətlərinin ən ucası hurilər olduğundan, Qur᾽ani Məciddə bu barədə çox zikr olunub. "Hur” sözündə həm bədən ağlığı, həm də iri gözlülük cəmlənmişdir. Eləcə də onların gözlərinin ağı ağlığın nəhayətində, gözlərinin qaralığı isə qaralığın nəhayət dərəcəsindədir. Onların belə adlandırılmasının səbəbi bu ola bilər ki, onları görən gözlər heyran olur (ağarır). "Vaqiə” surəsində buyurulur: "O hurilər sanki sədəf içində gizlənmiş incidirlər.”
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur ki, Behiştdə bir nur parlayar və Behişt əhli "bu nə nurdur?” deyə soruşarlar. Deyərlər ki, bu yoldaşının üzünə gülümsünən hurinin dişlərinin nurudur.
Yenə "Vaqiə” surəsində: "Şübhəsiz ki, Biz cənnət qadınlarını başqa cür yaradacağıq. Onları bakirə qızlar, ərlərini sevən həmyaşıdlar edəcəyik. (Onların yaşı 16, Behiştdə kişilərin yaşı 33 deyilmişdir.)
"Ər-Rəhman” surəsinin 56-cı ayəsində buyurulur: "O cənnətlərdə gözlərini yalnız ərlərinə dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cin toxunmamış qadınlar vardır. O qadınlar sanki yaqut və mərcandırlar.”
Hurilər çirkinliklərdən uzaqdırlar
"Bəqərə” surəsində buyurulmuşdur: "İman və saleh əməl sahibləri üçün Behiştdə hər cür qüsurdan pak qadınlar vardır.” Onlar heyz (aybaşı) olmurlar və hər cür murdarlıqdan uzaqdırlar. Onlarda təkəbbür və özünəpərəstiş, bir-birlərinə qısqanclıq yoxdur.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb