Behişt qadınları meylləri ilə izdivac edərlər
Rəvayət olunub ki, dünyada ərdə olmayan və ya əri Behişt əhli olmayan Behişt qadınları Behişt əhlindən istədikləri ilə izdivac edərlər. Əgər mö᾽minə qadın dünyada ayrı vaxtlarda müxtəlif şəxslərdə ərdə olmuşdursa, onların sonuncusu və ya ən əməlisalehi ilə izdivac edər.
Behişt gülləri və ətirləri
"Ər-Rəhman” surəsində buyurulur: "Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət–”Ədn” və "Nəim” gözləyir. O iki cənnətin ağacları qollu-budaqlı, meyvəlidir.” Məclisi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edib ki, əgər Behişt qadınlarından biri gecə ilk səmadan yerə müşərrəf olarsa, onun xoş ətri bütün dünya əhlinin burnuna yetişər. İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Behişt ətri min illik yola çatar. Yenə nəql olunub, Behişt torpağı müşkdür. Çox rəvayətlərdən mə”lum olur ki, Behiştin qapısı, divarı, yeri, bütün olanları ətirlidir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb