Davud və behiştdə oxuyan hurilər
"Nəhcül-bəlağə”-də peyğəmbərlərin halının bəyanında Əmirəl-mö᾽minin (əleyhissalam) buyurur: "Davud (əleyhissalam) Behiştdə Behişt əhli üçün oxuyar.” (Əlbəttə, oxunan Behişt nəğmələri olacaq və Behişt əhlinin dinləmək taqəti olacaq). Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, ən gözəl Behişt nəğməsi hurilərin öz Behişt yoldaşlarına oxuduqları nəğmələrdir. Əlbəttə, ins və cinnin eşitmədiyi bu səda musiqi alətləri ilə yox, Allahın təsbihi, həmdi, təqdisi ilədir. Behişt quşlarının da gözəl nəğmələrindən danışılıb.
Dünyada qinadan (haram sədalardan ) uzaqlıq əvəzinə
İmam Sadiq (əleyhissalam)-dan soruşdular ki, Behiştdə qina və nəğmə varmı? Buyurdu: Behiştdə bir ağac vardır, Allahın buyuruğu ilə Behişt küləkləri əsdikdə, həmin ağacdan elə bir avaz qalxar ki, xəlq olmuşlar heç zaman belə gözəl nəğmə eşitməmişlər. Bu, dünyada Allah qorxusundan qinaya qulaq asmamağın əvəzidir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb