Behiştdə işıq
"Dəhr” surəsindən buyurulub: "Behişt əhli Behiştdə günəş və onun istisini, həmçinin soyuq görməzlər.” Onlar mülayim, normal havadadırlar. Onların gün və günəş işığına ehtiyacları yoxdur. İman, saleh əməl nuru onlara bəs edər.
Nəql olunub ki, hurilərin nuru günəş nurundan artıqdır. Eləcə də, Behiştdə olan hər şeyin hətta libasın, xalının, qabların da nuru olar.
Behişt nəğmələri və avazları
Dünyada olan ne᾽mətlər və ləzzətlər, əsl Behiştdə olan ne᾽mət və ləzzətlərin bir qətrəsi, nümunəsi olduğu kimi, xoş sədaların da kamili, həqiqisi Behiştdədir. Əgər bu həqiqi səda dünya əhlinin qulağına dəyərsə, taqət gətirməyib, həlak olarlar. Hələ Davud peyğəmbərin avazı dünyada olduğu halda, kimsənin bu avazı dinləməyə taqəti olmazdı. Bir-biri ilə düşmən olan heyvanlar, məsələn, qurd və ahu bu sədaya toplanar, bir-birlərinə toxunmazdılar. Eləcə də, Davud peyğəmbər oxuyarkən bə᾽zi adamların yıxılıb, həlak olduğu mə᾽lumdur.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb