Xüsusi huri kimin üçündür?
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur: "Allah-Taala bir huri xəlq etdi ki, onun sağ üzündə "Muhəmmədun-rəsulullah”, Sol üzündə "Əliyyun vəliyyullah”, alnında "Həsən”, çənəsində "Hüseyn”, iki dodağında "Bismillahir-rəhmanir-rəhim” yazılmışdı.
İbni Məs”ud soruşdu: "Bu kəramət kimin üçündür? Həzrət buyurdu: "Hörmət və itaətlə "Bismillahir-rəhmanir-rəhim” deyənlər üçün.”
Behişt qadınları daha gözəldirlər
Onu da deyək ki, dünyadan imanla gedib, Behişt əhli olmuş qadınlar hurilərdən daha gözəldirlər. Şərif ayədəki "Behişt bağlarında gözəl qadınlar” ifadəsi Behişt sakini olmuş dünya qadınları kimi təfsir olunmuşdur.
Məclisi, İmam Sadiq (əleyhissalam)-dan rəvayət edir ki, mö᾽min şiə qadın Behiştə daxil olar və mö᾽minlə izdivac edər.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb