Behişt nəğməsi
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Allah-Taala bu hovuzun ətrafında min ağac xəlq edib, hər ağacda 360 budaq və yarpaq vardır. Hər bir yarpaqdan başqasından eşidilməmiş nəğmə ucalır. Şad və xoş avaz Kövsər başındadır. Eşitmək istəyirsinizsə, şərti budur ki, belə xoş və ruhani sədalar eşitmək üçün dünyanın boş səda və musiqilərinə yaxınlaşmayın.
Həzrət Məhəmməd ( Səlləllahu əleyhi və alihi və səlləm) və onun pak ailəsinin əzəmətinin zühuru
Qiyamətdə Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak ailəsinin əzəmət və cəlalının zühur mərtəbəsi də vardır.
Həmd bayrağı, uzunluğu min illik yol olan, nurdan bir bayraqdır ki, şərqlə qərb arasında üç hissədən (parçadan) ibarətdir. Bir hissəyə "Bismillahir-rəhmanir-rəhim”, ikinciyə "Əlhəmdülillahi Rəbbil-aləmin”, üçüncüyə isə "La ilahə illəllah, Mühəmmədun rəsulullah” nəql edilmişdir. Bütün peyğəmbərlər, salehlər, mö᾽minlər ələmdarı (bayraqdarı) Əmirəl-mö᾽minin Əliyyibni Əbitalib (əleyhissalam) olan bu bayrağın altındadırlar.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb