Behişt otaqlarından nümunə
"Gözəl məskənlər” ifadəsinin təfsirində Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: Behiştdə lö”lödən qəsr vardır. O qəsrdə qırmızı yaqutdan 40 otaq, hər otaqda yaşıl zümrüddən 70 hücrə, hər hücrədə 70 taxt, hər taxtda rəngarəng 70 xalı, hər xalıda Hurül-eyn olar. Hər hücrədə 70 süfrə, hər süfrədə 70 növ təam olar. Hər hücrəyə 70 xidmətçi qulluq edər. Allah-Taala mö᾽minə bütün təamlardan istifadə edəcək qədər qüvvə verər.
Behişt taxtları,xalıları,qabları
"Kəhf” surəsində: "Onlar orada taxtlara söykənəcək”, "əl-Vaqiə” surəsində: "Onlar qızıl-gümüş, lə”l-cəvahiratla bəzənmiş taxtlar üstündə qərar tutacaqlar”, "Ər-Rəhman” surəsində: "Onlar orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar” buyurulub.
Bir sözlə, Qur᾽anda bir sıra libas, xalı növlərinin adları çəkilib ki, bu həqiqətləri deyib, eşitmək yox, görmək lazımdır. ("İstəbrəq” zərli parça), hərir, (ipək) və s. adlar) "Vaqiə” surəsində qablar barədə buyurulmuşdur: "Cənnət bulağından axan dolu piyalələr, kuzələr və qədəhlərlə (xidmətçilər dolanacaqdır).” Elə də, "Tur” və "Dəhr” surələrində oxşar ayələr vardır.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb