Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu minvalla bir bağa çatdıq. Yolumuz bağdan keçirdi. Bir neçə nəfər hovuz kənarında oturmuşdu. Qarşılarında meyvələr var idi. Məni görüb ehtiram göstərdilər. İstədilər ki, oturub, meyvələrdən yeyəm. Dedilər… Biz dünyadan oruc halda köçmüşük. Bu bizə verilən iftardır. Sən özün iftar verdiyindən bu süfrədə sənin də haqqın var. Mən əyləşib, meyvələrdən yedim. Susuzluğum, ağrılarım ötüşdü. Soruşdular ki, bu yolda başına nələr gəldi? Dedim… Əlhəmdu lillah, çətinliklər ötüşdü, sizi görməklə aradan qalxdı. Amma neçə nəfər arxada qaldı. Onları qaraları saxladı. Mənim də qaram çox əlləşdi, qulaq asmadım. İndi arxada qalıb. Ümid edirəm ki, mənə çatmaz.
Dedilər… Sən düşündüyün kimi deyil. Onlar bizdən əl çəkməzlər. Məkr və yalanları ilə bizə əziyyət verərlər. Amma qarşıda ola bilsin ki, yolkəsənlər tək, bizimlə vuruşsunlar.
Dedim… Bəs biz silahsız, əliyalın onlarla necə vuruşacağıq? Əgər Darül-qürurda, maddi dünyada silah hazırlasaq, sonrakı mənzillərdə bizə çatdırılar.
"Düşmənləri qorxutmaq üçün bacardığınız qədər qüvvə, döyüş atları tədarük edin.”
Dedim… Mən bu ayədən maddi dünya döyüşü üçün silah başa düşmüşəm.
Dedilər… Quran və onun ayələri bütün aləmlər, mənzillər, məqamlara göstərişdir. Onların cəmi, bütün mərtəbələrin məcmuəsidir. Bu kitab axırıncı asimani kitab, onu gətirən isə sonuncu peyğəmbər olduğundan bütün pərdə arxasında olanlar buyurulmuşdur. Necə deyərlər, "bundan o yana kənd yoxdur”.
Hamımız qalxıb, yolumuza davam etdik. Bol bəhrəli ağacların altından, şırıltılı çayların kənarından, ruh-reyhanlı nəsimdə şadlıqdan məmnun gedirdik. Elə bil Allahın cəmalı təcəlla etmişdi.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |