![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Baş yol aydın görünürdü. Yolun iki kənarında yaşıllıq, gül-çiçək, reyhanlar, çaylar vardı. Havanın ətirliliyi, fərəhliliyi vəsfə gəlmirdi. Şəhər ətrafından çıxanadək belə idi. Sanki şəhərin gözəllikləri bizi yola salırdılar.
Sonra yol çətinləşdi, kələ-kötürləşdi, dərənin ortasına endi. Dərə gah sağa, gah da sola burulurdu. Müsafirlərdən qarşıda gedən olmasaydı yolu azardıq. Çünki yol boyu sol tərəfə yollar ayrılırdı. Sol tərəfə burulan dolanbaclardan birində qaralar bizim yolumuza daxil oldular. Qara gözümə dəyəndə onunla görüşün qovğası az imiş kimi ayağım da daşa dəyib yaralandı. Ayağımın ağrısından çətinliklə yeriyirdim. Yoldakı müsafirlər qabağa düşüb uzaqlaşdılar və mən geridə qaldım. Qara yolun sol tərəfi ilə gedirdi. Gəlib, iki yol ayrıcına çatdıq. Burada sol tərəfə bir yol ayrılırdı. Hansı yolla getməli? Qara özünü mənə yetirdi və dedi… Niyə dayanmısan? (Sol tərəfə işarə etdi…) yol budur.
Özü o yolla bir neçə addım atdı və məni çağırdı. Mən qulaq asmayıb, o biri yolla getməyə başladım və oxudum… Qurtuluş və nicat azğınlara zidd olmaqdadır.
Qara nə qədər israr etdisə, onunla getmədim. Artıq bu sahədə təcrübəm vardı. Hər kəs imtahandan çıxmış adamı imtahana çəkərsə peşiman olar. Çox keçmədi ki, dərə qurtardı. Torpaq düzləşdi, çəmənzar oldu. Üçüncü mənzil bağlarının gəzintisi başlandı.
Vəslinin vədəsi yaxın gələcək,
Məhəbbət alovu şölələnəcək.
Verdiyi vədəyə görə Hadi burada məni gözləməli idi. Yerişimi sürətləndirdim. Cəhalət məndən məyus olub, geridə qaldı. Az sonra şəhər darvazasına çatdım. Ruhuma çevrilmiş Hadi ilə burada görüşdük. Salam verdim, görüşüb, qucaqlaşdıq. Vücuduma yeni həyat verildi. Mənim üçün hazırlanmış qəsrə daxil olduq. Burada bütün gözəlliklər toplanmışdı.
İstirahətdən, yeyib-içəndən sonra Hadi soruşdu… Bu üç mənzildə başına nələr gəldi?
Dedim… Əlhəmdu lillah, bütün xətərlər Cəhalət tərəfindən idi. Bunun da səbəbi özümdən idi ki, sənsiz olmuşdum (yetkinliyin ilk üç ilində). Mənimlə olsaydın bu çətinliklər törənməzdi. Xülasə, hər nə oldusa da salamatlıqla ötüşdü. Səni gördüm, dərdim sağaldı, qəmim dağıldı.
Dedi… Bura qədər səninlə olmadığım üçün o, yalan və hiylələrlə səni yoldan çıxarırdı, bundan sonra onun hiylələrini sənə göstərəcəyəm. O daha güclü vasitələrlə səni yoldan çıxarmaq istəyəcək. Bil ki, bundan sonra yoldan kənarda sonu fəlakətli, şiddətli əzablar olacaq. Çünki mənim vücudum vasitəsi ilə sənə hüccət tamamlanır (yəni bundan sonrakı səhvlər bilərəkdən olur).
Daha üzrlü səbəbin qalmır və bu mənzildə özünü müdafiə etmək üçün əsa və qalxandan başqa bir silahın olmayacaq.
Mənbə: "Axirət aləmminə səyahət" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









