Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İki yol ayrıcına çatdım. Sağ tərəfə gedən abad bir şəhərə aparırdı. Xaraba bir kəndə uzanmış soldakı yolu qoyub, sağdakını seçdim. Orada yola baxan şəxsə dedim… Arxamca gələn qara, bu gün məni çox incidib. Mümkünsə, onu ardımca buraxmayın.
Dedi… O sənin kölgən kimi səndən ayrılmaz. Amma bu axşam səninlə olmayacaq. Onlar sol tərəfdəki xaraba kənddə dayanacaqlar. Ola bilsin ki, sonra az incitsinlər.
Şəhərə daxil oldum. Burada nələr var idi! Ali imarətlər, axar çaylar, gözəl çəmənliklər, meyvəli ağaclar, iti ağıllı xidmətçilər, bəlağətli natiqlər, xoş nəğmələr, pak yeməklər, dadlı şərbətlər! Qorxulu biyabanlarda Cəhalətdən çəkdiyim əziyyətlərdən sonra bura əbədi behişt kimi görünürdü. Əgər Hadiyə məhəbbət cazibəsi olmasaydı, bu şəhərdən çıxmazdım.
Qovağsız bir bucaq, şipşirin bulaq,
Qəlbi tirək vuran munisi-müşfiq
Hər zaman olarsa əgər qismətin
Nə gözəl hədiyyə, nə gözəl tovfiq!
Burada əvvəllər tanıdığım dini elmlər oxuyan tələbələrdən bir neçəsi ilə görüşdüm. Gecəni istirahət edib, sübh tezdən havası narınc gülünün ətrini almış şəhər kənarına çıxdıq. Ötən günün əhvalatlarını bir-birimizə danışırdıq. Bu yolun müsafirləri həmin mənzildə bir-birlərinin halından xəbər tuturdular. Hərəkət zamanı az olur ki, biri o biri ilə rastlaşsın.
"O gün onların hər birinin istənilən qədər işi olacaqdır (başqasının halı yada düşməyəcək).”
Qaraların əlindən qurtulduğumuz üçün şükr edirdik.
"Allah təala Behişt əhlinin bir-birləri ilə söhbətlərinə aid buyurur… onların sözü Allaha həmd və təşəkkür söyləməkdir. Bütün bu əbədi nemətlər dünyada qısa müddət ibadət və bəndəlik müqabilində əta olunmuşdur.”
Qısası, bu şəhərdə bütün hiss üzvlərimiz öz ləzzətli qidasını aldı. Ləzzətli xörəklər, xoş ətirlər, gözəl təsvirlər, şirin nəğmələr, ağzımızın, burnumuzun, gözümüzün, qulağımızın qidası oldu. Xəyalımız nalayiq düşüncələrdən uzaq, qəlbimiz şad, lətif hurilər qoynunda!
"Belə bir gün üçün çalışmaq lazımdır.”
"Tələsin xeyir işlərə” (həyyə əla xəyril əməl) məzmununda hərəkət işarəsi verildi. Torbalarımızı dalımıza alıb, yola düşdük. İki yol ayrıcına çatdıq. Xaraba kəndin yolu da buraya birləşirdi. Düşmənlərimiz qara tüstü tək ətrafımızda göründülər. Oradakı müvəkkildən soruşdum… Mümkündürmü ki, bu qaralar bizimlə olmasınlar?
Dedi… Bunlar sizin heyvani nəfslərinizdirlər. Şəhvət və qəzəb qüvvəsinə malikdirlər. Sizdən ayrılmaları mümkün deyil. Lakin onların rəngləri müxtəlifdir-xalis qara, ağ-qara, xalis ağ. Adları da müxtəlifdir-əmmarə, ləvvamə, mütməinnə. Ağ mütməinnə sizin üçün çox xeyirlidir və onunla ali dərəcələri fəth edərsiniz. Bu Allahın sizə verdiyi nemətdir. Lakin siz öz küfrləriniz ilə ondan məhrum olmusunuz. Nə iş görmüsünüzsə, maddi dünyada görmüsünüz. Əkdiyiniz toxumları orada əkmisiniz. Bu bahar fəslində böyüyüb boy atması sizin ixtiyarınızda deyil.
"Onu bitirən sizsiniz, yoxsa Biz”?!
Nalə çəkən özündən çəkir, başqasından yox!
Mənbə: "Axirət aləminə səyahət" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |