Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həvva
Allah Adəmi (ə) yalqız yaratdı. Sonra onun üçün Həvvanı xəlq etdi. Adəm (ə) yoldaşını görərək sevindi. Həvva da bu görüşə şad oldu. Bütün eyib və nöqsanlardan uzaq olan Allah bizim ata və anamız olan Adəm (ə) və Həvvaya cənnətdə yer verdi.
Cənnət çox gözəl yerdir, fövqəl`adə gözəlliyə malikdir. Çoxlu çaylar, həmişəyaşıl ağaclar, həmişə bahar... Cənnətdə istilik və soyuqluq yoxdur. Gəzəl ətirlər... İnsan onların qoxusu ilə sinəsini dolduranda şadlıq və xoşbəxtlik hiss edir.
Allah-təala Adəmə (ə) buyurdu:
-Sən və yoldaşın cənnətdə sakin olun və istədiyiniz ne`mətlərdən meyl edin. Cənnətin harasında istəsəniz sakin olun və nə istəsəniz yeyin.
Orada xoşbəxt olacaqsan. Cənnətdə yorğunluq, aclıq və çılpaqlıq yoxdur. Amma, olmaya bu ağaca yaxınlaşasan! Olmaya Şeytanın sözünə qulaq asasan. Çünki, o səni aldadar. Həqiqətən Şeytan sənin və yoldaşının düşmənidir. Ey Adəm! Şeytan sənə həsəd aparır və əslində səni azğınlığa düçar etmək istəyir.
Adəm (ə) və həyat yoldaşı Həvva cənnətdə yola düşüb, gözəl ağacların kölgəsində oturdular, onların meyvələrindən yedilər. Adəm (ə) və Həvva çox şad və məmnun idilər. Həqiqətən Allah onların hər ikisini Öz qüdrət əli ilə yaratmış və hər növ ruzi və xörəyi onlara ehsan etmişdi.
Mələklər də onları sevirdilər. Çünki, onları Allah yaratmış və Allah onları sevmişdi.
Adəm (ə) və Həvva cənnətdə yola düşüb, o tərəf bu tərəfə gedir, onun ağaclarından meyvə dərir, çaylarının kənarında otururdular. Yaqut və əqiqdən ürəkaçan və gözəl sahillər, şəffaf və dadlı sular... Onlar öz ayaqlarını yuyurdular. Ətirli və ləzzətli baldan arxlar, süddən çaylar, quşlar, güllər... Adəm (ə) və Həvva hədsiz dərəcədə sevinirdilər. Cənnətdə onlar üçün hər şey hazırlanmışdı. Ağaclar, meyvələr... Onlar bütün meyvələrdən yedilər. Müxtəlif cür, müxtəlif rəngli, müxtəlif ətirli meyvələr... Hamısı gözəl və dadlı idi.
Lakin Adəm (ə) və Həvva cənnətin ortasında yerləşən bir ağacı görürdülər... Ə`la görünüşlü və açıq meyvəli bir ağac... Onlar ona yalnız tamaşa edirdilər. Çünki, Allah-təala bu ağaca yaxınlaşmağı və meyvələrini yeməyi onlara qadağan etmişdi.
Kitabın adı: Peyğəmbərlərin həyatı
Müəllif: Seyyid Kamal
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |