» » Axirət aləminə səyahət - Zəhmli Əbul-Hövl


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Axirət aləminə səyahət - Zəhmli Əbul-Hövl
+5
Müəllif: Qonaq | 4-08-2014, 17:00 | Baxılıb: 899
 

 

ZƏHMLİ ƏBÜL-HÖVL

 Qalxdım, torbamı dalıma atıb, yenidən yola düşdüm. Yol tər-təmiz, daşsız-kəsəksiz idi. Hava yaz havası tək, mən də qüvvəli və təravətli! Böyük şövqlə məhbubum gülüzlü, vəfalı Hadinin görüşünə tələsirdim. Günün yarısınadək sürətlə getdim. Hava yavaş-yavaş istiləşdi. Yorğunluq, susuzluq başladı. Yol da daraldı, tikanlı, kol-koslu oldu. Dağın ətəyi ilə yuxarı qalxırdım. Öz tənhalığımdan üşənirdim. Qəfildən arxaya çevrilib, kiminsə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə sevindim ki, əlhəmdulillah, tənha qalmadım.

Gəlib mənə çatanda gördüm ki, qara, uzun boylu, qalın dodaqlı, iri dişləri bayırda, enli burunlu, heybətli və üfunətli bir şəxsdir. Mənə salam verdi, amma "l” hərfini izhar etmədi. Eləcə də "sam əleykə”. "Sam əleykə” düşmənçilik bildirdiyindən mən şəkkə düşdüm. Eybəcər qiyafəsindən də ədavətli olduğu duyulurdu. O da ola bilərdi ki, "l” hərfinin tələffüzündə süstlük edib. Mən ehtiyat üçün "əleykə” deməklə kifayətləndim. Soruşdum… Məqsədiniz hara getməkdir?

Dedi… Səninləyəm.

Hansı ki, mənimlə olmasına razı deyildim. Ondan bərk qorxmuşdum. Soruşdum… Adın nədir?

Dedi… Səninlə bir doğulmuşam, adım cəhalətdir, ləqəbim pozğun, ayamam Əbül-hövl (qorxu, təlatüm atası)! İşim fitnə-fəsad törətməkdir.

Bu dəhşətli adların hər biri məni qorxutdu. Düşündüm ki, əcəb yoldaş tapdım, heyf deyildimi tənhalıq. Soruşdum… İki yol ayrıcına çatsaq, lazım olanını tanıyacaqsanmı?

Dedi… Bilmərəm.

Dedim… Mən susa

mışam, yaxşılıqda su varmı?

Dedi… Bilmərəm.

Dedim… Mənzilə çox qalıb, yoxsa az?

Dedi… Bilmərəm.

Dedim… Var olmaq bilməklə eynidir, nə üçün bilmirsən?

Dedi… Onu bilirəm ki, ömrünün əvvəlindən kölgə tək səninlə gəzmişəm və Allahın tovfiqi, köməyi olmasa, səndən ayrılası deyiləm.

Öz-özümə dedim… Deyəsən bu həmin şeytandır ki, vəsvəsələri, yoldan azdıran pıçıltıları ilə xətalar etmişdim. Xudaya, əcəb düşmənlə rastlaşdım, rəhm et!

Mən qabaqda gedirdim. O isə on addım aralı arxamca gəlirdi. Yol üzüyuxarı idi. Dağın başına çatdım, istirahət üçün oturdum. Cəhalət mənə çatıb dedi… Yorulmusan. İndi hər beş fərsəx (bir fərsəx altı kilometrdir) yolu sənin üçün bir fərsəx edərəm ki, mənzilə tez çatasan.

Dedim… Görünür, bu nadanlığınla yanaşı möcüzən də varmış.

Dedi… Gəl yolun ağlığına bax. Kaman tək qövs şəklindədir. Onun uzunluğu beş fərsəxdir. Bu qövsün vətəri (qövsün uc nöqtələrini birləşdirən parça) kamanın ipi yerindədir. Özün fikirləş ki, kamanın ipi onun özündən nə qədər qısadır. Həndəsəyə görə qövs çevrənin yarsından böyük olduqca vətər qısalır. Biz bu qövs şəklində olan yolun vətəri ilə kəsə getsək, baş yola qədər bir fərsəxdən artıq olmaz. Hansı ki, baş yol özü beş fərsəxdir. Ağıllı adam qısa yolu qoyub, uzunu seçməz.

Dedim… Baş yol gediş-gəlişin çoxluğuna görə baş yol olub. Bəs bu uzun yolu seçən adamlar dəlimi olublar? Aqillər deyiblər ki, yolu yolçular kimi ket.

Dedi… Necə də ağılsızsan! Axmaq şairi aqillərdən sayırsan və özünü ona tabe edirsən. Hansı ki, onun səhv etdiyini özün də görürsən. Sözsüz ki, o yolu seçmiş yolçuların malı, yükü, arvad-uşağı, nəqliyyatı və s. olub. Bu kəsə yolun, vətərin başlanğıcındakı çökəklik onlara mane olub. Amma mən və sən kimi yurdsuzlara bu faydalı yolu tərk etməyə nə mane ola bilər?

Mən axmaq onu xeyirxah bilib, dərə ilə enməyə başladım. Digər tərəfdən yuxarı qalxdıq. Dərə ilə bir az getməmişdik ki, daha dərin bir dərəyə, onun ardınca əvvəlkindən də dərininə düşdük. Hamısı tikanla, daş-kəsəklə, yırtıcılarla, sürünənlərlə dolu. Hava şiddətli isti, dil-dodaq qurumuş, yorğunluqdan ağız açılı, ayaqlar yaralı, ürək qorxudan lərzədə, bir yandan da düşmənin məsxərəsi! Cəhalət istehzayla mənə gülürdü.

 Mənbə: "Axirət aləminə səyahət" kitabı

 


 
 
Bölmə: İslami mövzular
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 11 Ağustos 2014 11:28 | Sayt nəzarətçisi | Şərh yazdı
COX MARAQLIDI YEQIN KI ARDI VAR

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 4 Ağustos 2014 22:35 | İstifadəçi | Şərh yazdı
MARAQLIDIR.ALLAH RAZI OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 4 Ağustos 2014 17:21 | İstifadəçi | Şərh yazdı
BACI ALLAH RAZI OLSUN ELLERIN DERD SER GORMESIN INWALLAH COX LAZIMLIDI..... HER BIR INSAN AXIRETNI DUWUNMELIDI

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.