Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qalxıb yola düşdük. Bir əzəmətli qəsrin qarşısına çatdıq. Yolun iki tərəfindən xoş surətli, həmyaş cavanlar qılıncı çiyinlərinə qoyub cərgə ilə durmuşdular. Hadi onların başçısından icazə istədi ki, aralarından keçib, gedək. Sənədə imza qoyulub-qoyulmayacağı sarıdan çox narahat idik. Biz qəsrin qapısına çatanda bir neçə silahlı süvari bayıra çıxırdı. Qəsrdən heybətli "tələsin, tələsin!” sədaları ucalırdı. Süvarilər tələsik getdilər. Səsdən hamının bədəni titrəyirdi. Qəsrdən çölə çıxan şəxsdən soruşduq ki, nə olub?
Dedi… Şəhvət məntəqəsində məhbus olunmalı pis əxlaqlı bir alim səhvən "Vadiyüs-səlama” daxil olub. Əbülfəzl (ə) qəzəblənib, süvari göndərdi ki, onu geri qaytarsınlar.
Biz qorxa-qorxa, iztirabla qəsrə daxil olduq. Gördük ki, Həzrətin çöhrəsi tutulub, qəzəbdən boyun damarları qalxıb, gözləri qan dolu kasaya dönüb.
Buyurdu… Belə bir vücudla azad halda pak əraziyə girdikləri üçün onların əzabı iki qat olmalıdır. Kimsə onlara mane olmayıbmı? Onlarla qardaşımın qətlinə fərman vermiş Kufə qazısı arasında nə fərq vardır?!
Həzrətin heybətindən nəfəslər içəri çəkilmiş, adamlar ruhsuz mücəssəmə kimi dayanmışdılar. Biz də bir guşədə kizlənmiş, güvə kimi əsirdik. Nəhayət, süvarilər qayıtdılar və ərz etdilər ki, həmin alim veyl quyusuna salındı, müvəkkillər cəzalandırıldı.
Yavaş-yavaş Həzrət təskinlik tapdı. Hadi ilə qabağa gəlib, təzim etdik, salam verdik. Hadi icazə vərəqini təqdim etdi. O, Əli (ə)-ın imzasını öpüb, vərəqi qəbul etdi.
Mən sevincdən baş-ayaq vuran halda özümü onun mübarək qədəmlərinə yıxdım. Yeri öpüb, gözümdən şadlıq yaşları axıtdım.
Byurudu… Necə keçindiniz?
Ərz etdim… Əlhəmdu lillah, ümidimiz bütün hallarda sizədir və sizə olacaq. Siz daha dəyərli yol və böyük vəsiləsiniz.
Yenidən qədəmlərinə yıxılıb, öpdüm və qalxdım.
Buyurdu… Bütün bərzəx (ölüm və Qiyamət arası fasilə) aləmlərində sizə şəfaət (bağışlatmaq) göstərişi verilməmişdir. İşin sonuna, Cəhənnəm səfərinə qədər öz ehtiyatınızla getməlisiniz. Bununla belə, bizim batini köməklərimiz sizinlədir. Lakin mənim comərdliyim tələb edir ki, dəfələrlə sizin kimi qardaşımın ziyarətinə susuz gedənləri, ona əza saxlayanları saxlayıb, qoruyaq.
Bu zaman gördüm ki, az yaşlı bir cavan Həzrət Əbülfəzlin yanında əyləşib və günəş tək nur saçır. Bu nurlu çöhrəyə baxmağa taqətimiz çatmırdı. Çöhrəsindən cəlal, əzəmət yağırdı. Həzrət onunla təvazö ilə danışırdı. Hiss olunurdu ki, bu cavan, Həzrətin nəzərində mühüm və dəyərlidir. Hadidən onun haqqında soruşdum. Dedi… Bilmirəm. Amma deyəsən, "Həl-əta”nı oxuyan xoş sədalı cavan odur.
Bizdən qabaqda dayanan adamdan soruşdum. Dedi… Deyəsən, Əli Əsğərdir (Hüseyn (ə)-ın kiçik şəhid oğlu). Bu sözün sübutu onun nurlu boğazındakı üzük kimi görünən qırmızı xətdir. Bu xətt onun boğazına başqa bir zinətdir!
Dedim… İntiqam üçün ricətimiz (yenidən dünyaya qayıtmağımız) çox yaxşı olardı.
Əbülfəzl (ə) gizli söhbətimizdən xəbərdar olub, buyurdu… İnşallah, tezliklə olacaq.
"Sizi sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”
Əmin oldum ki, o cavan Əliyyibni Hüseyndir. Onun cəmal və cəlalına vuruldum. Məni o qədər cəzb etdi ki, gözlərimi ondan çəkə bilmədim. Hansı ki, böyüklərə baxmağın ədəbə zidd olduğunu bilirdim. Nə edim ki, cəlalı qovur, cəmalı çağırır. Bu iki ziddiyyət arasında bədənim elə əsirdi ki, özümü saxlaya bilmirdim. O cavan mənim halımı bilirmiş kimi mənə baxdı. Bir xələt göndərdi. Çiynimə saldılar. O əziz kəsin mərhəmət və diqqətini mənim ona olan eşq-əlaqəmin nəticəsi kimi gördüm. Torpağı öpdüm. Qəlbim iztirabdan təskinlik tapdı ki, ikitərəfli məhəbbətə nail oldum.
Hadi dedi… Gəl ya mənzilimizə gedib istirahət edək, ya da bu bağları seyr edək. İcazən imzalanıb, xələtini də almısan!
Düşündüm ki, bu biçarə əqlin fövqündə dayaynan işlərdən xəbərsizdi. Bilmir ki, mən bu məclis və onun əhlinə o qədər bağlıyam ki, ayrıla bilmirəm.
Dedim… Hadi, mənim bu məclisdə danışmağa dilim yoxdur. Öyrən gör, Həzrət bu xələti mənə nə üçün verdi. Mən özümü nəinki bu əzəmətli məhəbbətə, heç onun baxışına belə layiq bilmirəm!
Hadi mənim tərəfimdən vəkil kimi bu sualı izhar etdi.
Buyurdular… O, minbərdə "ey örtünüb, bürünmüş Peyğəmbər, qalx, (camaatı ilahi əzabdan) qorxut!” ayəsinin nazil olma səbəbini deyəndən sonra ayəni mənə tətbiq etdi. Bir halda ki, atam Kərbəla meydanında tənha qalıb "mənə yardım edən bir köməkçi varmı?” deyə ucadan çağırırdı. Mənsə xeymədə ağlayırdım. Bu oxşatmadan qəlbim şad oldu. Bəlkə, Peyğəmbərin də xoşu gəldi. Buna görə ona xələt verdim. Bu, ona layiq deyil, amma bu aləmə uyğundur. Çünki bu aləmdə gözəl olan o aləm həqiqətinin kiçildilmişi, gül şaxəsinin kölgəsidir. Ona görə də bərzəx–keçid, bağlayıcı adlanır. Həqiqi vətənə, mütləq həqiqətə çatanda həqiqi xələtini alacaqdır. Axirət aləmində səadət əhli üçün görünməmiş, eşidilməmiş, düşünülməmiş nemətlər vardır.
Onlar qəfildən qaxıb atlarına süvar oldular. Atlar qanadlanıb şəhərdən çıxdılar və uca məqamlarına yola düşdülər.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |