» » İmam Zamanla (ə.f) görüşənlər «Altmışıncı görüş»


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Zamanla (ə.f) görüşənlər «Altmışıncı görüş»
+20
Müəllif: Huseynci Medine | 4-07-2015, 15:00 | Baxılıb: 1 496
 
 
İmam Zamanla (ə.f) görüşənlər «Altmışıncı görüş»
 
Hacı Nuri "Nəcmus-Saqib”də yazır: Həmədanda tamam əhli şiə olan Bəni Raşid adlı bir tayfa vardır ki, şiə olmalarının səbəbi qəribə bir əhvalatla bağlıdır. Deyilənə görə onlardan biri bir dəfə Məkkəyə həcc ziyrətinə gedir. Ziyarəti başa vurduqdan sonra qayıdarkən belə qərara gəlir ki, atdan düşüb bir qədər piyada getsin. Bir qədər yol getdikdən sonra yorulub yolun kənarında yatır ki, yorğunluğu çıxsın. O istəyirdi ki, arxadan gələn karvan ona çatdıqda, yuxudan oyanıb yoluna onlarla birlikdə davam etsin.
O deyir: Yuxudan məni gün şüalarının hərarəti oyatdı. Ətrafa nəzər saldıqda kimsəni görmədim. Özüm də bu yollara nabələd idim. Amma Allaha təvəkkül edib yoluma davam etdim. Bir qədər getdikdən sonra hər tərəfi yaşıllıq olan bir əraziyə çatdım. Yer o qədər təravətli idi ki, sanki ora təzə yağış yağmışdı. Mən hələ o vatxa qədər belə ab-havası olan bir yer görməmişdim. Ortada gün tək parlayan bir qəsr görünürdü. Öz-özümə dedim: Kaş, biləydim bu qəsr kimindir. Bu maraq məni qəsrə tərəf çəkib apardı. Qəsrin qapısı astanasında ağ paltarlı iki nəfər xidmətçi dayanmışdı. Onlara yaxınlaşıb salam verdim. Onlar da ədəblə mənim salamımı aldılar. Ora daxil olmaq istədikdə, mənə dedilər: Əvvəl burada gözlə icazə alaq. Onlardan biri qəsrə girdi və bir neçə dəqiqədən sonra qayıdıb dedi: Gəl içəri. Mən qəsrə daxil oldum və xidmətçi mənim qabağımda gedir, mənə yol göstərirdi. Nəhayət,  bir otağa gəlib çatdıq. Xidmətçi pərdəni yuxarı qaldırıb dedi: Gir içəri.
Mən içəri daxil oldum. Gördüm ki, otağın ortasında bir cavan divara söykənmiş və başı üzərində də divardan qılınc asılmışdı. O, gecə qaranlıqda ay kimi işıq saçan nura bənzəyirdi. Mən ona salam verdim. O da özünə məxsus mehribanlıqla cavab verib dedi: Bilirsən, mən kiməm? Dedim: Xeyr. Buyurdu: Mən dünyanın sonunda qiyam edəcək və qılıncla dünyada ədaləti bərqərar qılacaq Ali Məhəmmədin canişiniyəm.
Bunu eşitcək, qarşısında yerə yıxıldım və üzümü yerə sürtməyə başladım. Buyurdu: Belə etmə! Başını yuxarı qaldır. Sən filankəssən (adımı çəkdi) və dağ ətəyində Həmədan adlanan şəhərdənsən. Dedim: Düzdür, düzdür! Ey mənim sərvərim! Buyurdu: Şəhərinə qayıtmaq istəyirsənmi? Dedim: Bəli, istəyirəm. İstəyirəm qayıdıb onlara sizinlə görüşümüzü də göz aydınlığı verim! İstəyirəm onlara deyim ki, Allah-təala mənə necə böyük lütf etmişdir! Gördüm, əli ilə xidmətçisinə işarə etdi ki, dediklərimə əməl etsin.
Xidmətçi əlimdən tutub mənə bir kisə pul verdi və mənimlə birlikdə qəsrdən çölə çıxdı. Mən də İmam Zamanla (ə) vidalaşıb oranı tərk etdim. Oradan bir neçə addım aralanmışdıq ki, uzaqdan ağac və minarələri görünən bir şəhər gördük. Xidmətçi mənə dedi: Bu şəhəri tanıyırsanmı? Dedim: Ora Həmədanın yaxınlığında yerləşən Əsədabad şəhərinə oxşayır. Xidmətçi dedi: Bəli, ora Əsədabad şəhəridir. Get, Allah amanında.
Bundan sonra mən daha onu görmədim. Kisənin ağzını açdıqda, gördüm ki, içində qırx əşrəfi qızıl pul var. Beləliklə, Həmədana yola düşdüm və orada qohum-əqrabamı başıma yığıb İmam Zamanla (ə) görüşdüyümü bildirdim. Bundan sonra onlar şiə məzhəbini qəbul etdilər. Nə qədər ki o pullar bizdə idi, naz-ne`mət içində yaşayıb yoxsulluğun nə olduğunu bilmədik.

Kitabın adı: İmam Zamanla görüşənlər
Toplayan: İsmayıl Əhmədov 

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Zehra-Ali | Status: İstifadəçi Offline | 5 Temmuz 2015 01:02 | İstifadəçi | Şərh yazdı
Maraqli ve deyerli melumatdir.twk.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 4 Temmuz 2015 22:33 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah sonsuz razi olsun nece gozel ehvalatdi Allahim bizderede agamin nurlu camalini gormeyi nesib edsibn

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 4 Temmuz 2015 15:45 | İstifadəçi | Şərh yazdı
Cox sag ol medic qizim, cox deyerli melumatdir  Allah seni Imam Zaman (e.f) agamin esgerlerinden qerar versin in se Allah amin.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.