Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hadi gəldi və bildirdi ki, hərəkət etməliyik. Qalxıb, ata mindim. Əsanı əlimə alıb, qalxanı çiynimə saldım. Hadi icazə sənədini mənə verdi və hərəkətə başladıq. Şəhərin hüdudlarından çıxan kimi palçıq və bataqlığa düşdük. Yolun hər iki tərəfi heyvanlarla, meymunlarla doluydu. Amma hamısı insan idi-nə bədənlərində tük vardı, nə quyruqları vardı. Boyları hündür idi. Çöhrələri meymun çöhrəsiydi. Fərclərindən (cinsiyyət üzvlərindən) çirk və qan qaynayıb tökülürdü.
Hadidən soruşdum… Bura haradır və iyrənclikləri insan qəlbini bulandıran, nəfəsi kəsən bu heyvanlar nədir?
Dedi… Bura şəhvət diyarı, gördüklərin isə zinakarlardır. Yoldan çıxma, ilişərsən.
Məni dəhşət bürüdü. Atın cilovundan bərk-bərk yapışdım ki, yoldan çıxmasın. Yol düz və hamar olsa da, o qədər palçıqlı idi ki, arabir at dizinədək batırdı. Fikirləşdim ki, nə yaxşı, bu mənzildə mənə at verilib. Allah ailəmə rəhmət etsin ki, onu mənim üçün göndərdilər. And olsun Allaha, doğru buyurublar ki, hər kəs evlənsə, dininin yarısını hifz edib.
"Onlar (arvadlarınız) sizin, siz də onların libasısınız.”
Gördüm ki, bu heyvanlardan bəzisi dardan asılıb. Onların cinsiyyət üzvləri dəmir mıxlarla dar ağacına çalınıb.
Bəzilərini bundan əlavə, sim şallaqlarla vururlar. Onlar it kimi səs çıxarırdılar və onlara deyilirdi…
"Allah buyurar… Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!”
"Kaş günahkarları Allahın hüzurunda başlarını aşağı dikib "Pərvərdigara, gördük, eşitdik. İndi bizi dünyaya qaytar ki, yaxşı işlər görək. Biz tam yəqinliklə inandıq”-deyəndə görəydin.”
Elə bu zaman qaraların gəlib çatdıqlarını gördüm. Bəziləri hücum çəkdilər ki, yoldan çıxaq. Bəzi süvariləri qorxudur, bəzilərini məcbur edib deyirdilər ki, yolun kənarı qurudur, yoldan kənara çıxın. Mən görürdüm ki, süvari qaralar yolun kənarı ilə gedir, yol quru olduğundan atlarının ayaq izləri də görünmürdü. Palçığın çoxluğundan adam istəyirdi yolun kənarına keçə. Amma Hadinin sözlərinə qulaq asır və atların cilovunu möhkəm tuturduq ki, yoldan çıxmayaq. Qaraların əli ilə yoldan çıxmış bəzi müsafirlər boğazadək bataqlığa qərq olurdular. Çölə çıxmaq olduqca çətin idi və əzab-əziyyətlə çıxa bilənlərin bədəni qara palçığa bələnmiş olurdu.
Bircə dəqiqədən sonra palçıq onların bədənlərinin ətini hərarətdən suya döndərir, yerə tökürdü. Aydın olurdu ki, bu təkcə palçıq deyil, qır və qətran kimidir. Mən qorxudan atın cilovunu tutmağa ehtiyat edirdim və deyirdim… "Əlhəmdu lillah”. Müsafirlərin də ucadan "Əlhəmdu lillah” deyib, Allaha təşəkkür etdiklərini eşidirdim.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |