Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Mən Hadiyə dedim… Peyğəmbər (s.ə.v.v) buyurub ki, xəstə görəndə astadan şükr edin ki, o eşitməsin və qəlbi ağrımasın, yanmasın.
Hadi dedi… O dünyaya aid hökm idi. "La ilahə illəllah” əhli zahirən möhtərəm idi. Amma burada cəza günüdür.
Ucadan təşəkkür etmək lazımdır ki, ilahi əzaba mübtəla olanların qəm-qüssələri artsın, bütün örtülülər tədricən zahir olsun. Elə bil, qaranlıqdan işığa, korluqdan görməyə, yuxudan oyaqlığa gedirik. Dünya qaranlıq və kədər içindədir.
"Həqiqətən, şübhəsiz, axirət evi əbədi həyatdır.”
Birdən bəlalar artdı, yer şiddətlə silkələndi, hava tutuldu, zülmət çökdü, göydən dolu tək daş yağmağa başladı. Yolun iki tərəfində böyük fırtına qopdu. Fırtınaya düşənlər qorxunc sifətdə, təlaş içində yandırıcı palçıqdan qurtulan kimi göydən ələnən daşlar başlarına dəyir və yenidən mıx tək torpağa sancılırdılar.
Mən bu dəhşətli mənzərənin seyrindən fövqəl-adə heyrətdə yıxıldım. Bədənim əsirdi.
Hadidən soruşdum… Bura haradır, bu bədbəxtlər kimdirlər ki, bu qədər ağır əzaba düçar olublar?
Daşlar göydən elə şiddətlə yağırdı ki, Hadi başım üzərində dayanmış, qorxudan rəngi qaçmış, qüvvəsi sarsılmışdı.
Cavab verdi… Bu həmin şəhvət yeridir. Burada əzab çəkənlər livat (bir-biri ilə cinsi əlaqədə olan kişilər) əhlidir. Tələs, bunların arasından tezliklə çıxaq. Əgər bir kəs bir dəstə adamın hərəkətinə razı olsa, onların arasına daxil olsa və oradan çıxmasa, həmin adamlardan hesab olunacaq.
Dedi… İnsan şəhvətindən bu hala düşmüş yolun ortasındakı palçıq elə yapışqandır ki, ata sürətlə getməyə macal verməz.
Dedi… Çarə yoxdur. Qalxanı başına tut ki, sənə daş dəyməsin. Atına da bir-iki qırmanc çək, bəlkə, ilahi yardımla bu bəladan xilas olduq.
"Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəsiniz?”
Bu bəla ərazisindən çıxıb, qurtulmağa iki fərsəxdən çox qalmamışdı. Mən qüvvəmi toplayıb, ata bir neçə şallaq çəkdim, üzəngiylə arxasına vurdum. At quyruğunu tərpədib, toza döndü, küləkdən iti yerindən uçdu.
Həmişə şahbaz tək başım üstə olan Hadi arxada qaldı.
"Allahınızın sizi bağışlaması üçün, göy və yer qədər geniş behiştə nail olmaq üçün bir-birinizi ötün.”
Başım qatışmışdı. Qəfildən məlun qara, sarı div tək özünü yetirdi. At onun qiyafəsindən hürküb, məni yerə vurdu. Bütün əzalarım əzildi. Atın qabaq ayaqları yoldan çıxıb, bataqlığa düşdü. Çox zəhmətlə ayaqlarını oradan çıxara bildi.
Hadi yetişib, mənim əzilmiş başımı, əl-ayağımı sarıdı və məni atın üstünə bağladı. Atın cilovundan tutub çəkməyə başladı. Bir qədər gedəndən sonra bu bəlalı ərazidən çıxdıq. Dedim… Hadi, sən məndən uzaqlaşan kimi bu qara yaxınlaşıb mənə bir ziyan vurur.
Dedi… O yaxınlaşan zaman mən uzaqlaşıram. Onun yaxınlaşmağı isə sənin özündəndir.
Mənbə: "Axirət aləminə səyahət" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |