» » Axirət aləminə səyahət - Əbu Cəhlin qarpızları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axirət aləminə səyahət - Əbu Cəhlin qarpızları
    +10
    Müəllif: Qonaq | 5-08-2014, 17:00 | Baxılıb: 1 554
     

     

    ƏBU CƏHLİN QARPIZLARI

    Uzun müddətdən sonra, min bir əzabla baş yola çatdıq. Hər addımı bəlalarla dolu on fərsəx yol gəlmişdik. Oturub dincələndən sonra, Cəhalətə qarşı olan dərin nifrətlə dedim… Ey kaş səndən şərqlə qərb arası qədər uzaq olaydım!

    O da məndən kənarda durdu. Qalxıb yola düşdüm. Bir yandan susuzluq, bir yandan da yorğunluq! Cəhalət də uzaqdan-uzağa ardımca gəlirdi. Yoldan dörddə bir fərsəx aralı çəmənlik var idi. Bu yerdə Cəhalətin hiylə caynağına keçə bilərdim. Özünü qaçaraq mənə çatdırdı və dedi… Orada su var, əgər susamısansa, gedək su içək.

    Nə qədər cəhd etdimsə qulaq asmayım, susuzluq və yorğunluqdan təslim oldum. Yəqin ki, su olmasaydı ot bitməzdi. Amma çəmənliyə yaxınlaşanda gördüm ki, burada heç zaman su olmayıb. O qədər daş-kəsək var idi ki, yerimək mümkün deyildi. Burada xeyli ilan qıvrılıb yatmışdı. Əslində yaşıl görünən həmişəyaşıl meşə ağacları imiş. Məyus olub baş yola qayıtdım. Az sonra qarpızla dolu düzənliyə çatdıq. Cəhalət cəld birini kəsib, yeməyə başladı. Məni dəvət edib dedi… Qarpızdan ye, susuzluğun yatsın.

    Dedim… Bu kiminsə malıdır və başqasının malını onun razılığı olmadan yemək olmaz.

    O yeyə-yeyə, qarpızın suyu ağzından saqqalına, sinəsinə tökülə-tökülə başını qaldırıb dedi… Ay müqəddəs, birincisi, çox güman ki, bunlar özbaşına bitib, kimsənin deyil. Lap elə bir kəsin malı olsa da, yolçunun haqqını həqiqi malik, Müqəddəs Şare (Peyğəmbər) qərar verib. Sonrası, sənin halın susuzluqdan həlak olmaq üzrə, iztirardadır.

    "Əlacsız qaldıqda zor işlətmədən, həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsə üçün bir günah yoxdur. Allah bağışlayan və mehribandır.”

    Lap sonrası isə bura vəzifə evi, dünya deyil.

    Yavaş-yavaş ağlım çaşdı. Qarpızın birini götürüb kəsdim. Qarpızdan dişləyib dəhşətə gəldim. Qarpız canavarkökü (akonit) tək acıydı. O qədər acı idi ki, dilim, ağzım yaralandı. Qarpızı atıb dedim… Bu ki, Əbu Cəhl qarpızıdır.

    Dedi… Yox, ola bilsin ki, biri acı olub.

    Başqasını daddım, o da zəhrimar kimi idi. Cəhalət isə əvvəlki tək yeyir, çox şirindir, deyirdi. Yaxınlaşıb onun yediyi qarpızdan bir az ağzıma qoydum. O hamısından acı idi.

    Dedim… Ay evi yıxılmış, bu zəhrimarı necə yeyirsən? Üstəlik deyirsən ki, şirindir!

    Dedi… Doğru deyirsən. Amma mənim adım Cəhalətdir və Əbu Cəhl qarpızı mənim zövqümə görə şirindir, mənə münasibdir.

    Bu vaxt gözlənilmədən bir it üstümüzə cumdu. İtin ardınca əlində çomaq bir şəxs, ağzı söyüşlə dolu bizi vurmağa tələsirdi. Cəhalət bir göz qırpımında özünü baş yola çatdırdı. Amma mən nə qədər qaçsam da, canımı qurtara bilmədim. İt mənə çatdı və mən qorxu içində yerə yıxıldım. İtin sahibi özünü yetirib mənə doyunca çubuq çəkdi. Nə qədər fəryad etdimsə ki, mən qarpız yeməmişəm, faydası olmadı. Dedi… Əlini başqasının malına uzadandan sonra onu yeməklə, kəsib yerə tökmək arasında fərq yoxdur!

    Sözün qısası, min dəfə can verib, çubuq yeyəndən sonra onun əlindən xilas oldum. Özümü yolun ortasına sürüdüm. Ağzımın yaralarından, əzalarımın sınıqlarından, yorğunluqdan, susuzluqdan, eləcə də Hadinin fərağından nalə çəkib ağlayırdım.

    İşini görüb, arzusuna çatmış düşmənim kösöv, məndən aralı oturub, gülümsünür, "sənin Hadinin əlindən nə gələr axı!” deyirdi. Davam etdi… Axı dünyada əzab-əziyyət toxumunu mənimlə əkmisən. Dünya axirət üçün əkinəcək, axirət isə məhsul götürmə günüdür. Yoxsa Quranda oxumamısan ki, "hər kəs zərrəcə pislik etsə, onu görəcək.”?[2]

    Aqillərin dediyini eşit…

    İnan kim nə edir, özünə edir,

    Yaxşı səadətə, pis oda gedir.

     

    Məgər bu dəlillər və Quran ayələrinə qarşı Hadinin əlindən nə gələr? İnşallah, o mənzildə ki Hadi səninlədir, mən də səninləyəm. Özün görəcəksən ki, başına nə bəlalar gələcək və Hadi nəfəsini belə çəkə bilməyəcək. Özü sənə demədi ki, günah etdiyin zaman səndən qaçar, tövbə edəndən sonra yanına qayıdardım?! Peyğəmbər buyurub… "Mömin möminlik halında zina etməz.” Özün de, Hadi ilə yoldaşlığın faydası nədir?

    Bu məlun nə məlumatlı bəla imiş! Hadinin zikrindən də dayandım. Torbamdan bir alma çıxardıb yedim. Əlimin yaraları sağaldı, gücə gəldim. Qalxıb, yola düşdüm.

     

    Mənbə: "Axirət aləminə səyahət" kitabı

     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 13 Ağustos 2014 15:08 | Sayt nəzarətçisi | Şərh yazdı
    baci cox maraqla ardini gozleyirem ellerine sagliq

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 6 Ağustos 2014 09:15 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun bacı,Bərzəx aləmi filmini elə bu kitabın əsasında çəkiblər,kitabda hər nə varsa bircə-bircə orda çəkilib,çox maraqlı kitabdı

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 6 Ağustos 2014 01:42 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZİ OLSUN....MARAQLİDİR...YAZAN ELLERİNİZ DERD GORMESİN İNSALLAH..
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 5 Ağustos 2014 21:05 | İstifadəçi | Şərh yazdı
    MARAQLIDIR.HƏR İŞDƏ HƏQİQƏT VAR.ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 5 Ağustos 2014 20:16 | Redaktor | Şərh yazdı
    Allah Razi olsun bacim cox maraqli hekayeler yazirsiz.Cox sag ol yazan ellerin var olsun.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Tamara | Status: İstifadəçi Offline | 5 Ağustos 2014 20:12 | İstifadəçi | Şərh yazdı
    COX MARAQLI VE IBRETLE DOLU HEKAYE UCUN COX SAQOL ,CENNET NIRI,ALLAH SENE HER IKI DUNYADA YAR OLSUN AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.