» » Axirət aləminə səyahət - Ziyarətlərimin mükafatı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axirət aləminə səyahət - Ziyarətlərimin mükafatı
    +5
    Müəllif: Qonaq | 3-08-2014, 17:00 | Baxılıb: 1 021

      

    ZİYARƏTLƏRİMİN MÜKAFATI

     Ailədən gördüyüm vəfasızlığa görə az qaldım onlara qarğış edəm, amma... öz-özümə dedim ki, bir dərd onlara bəsdir, dərd dərd üstündən olmasın. Qəbrin çatından daxil oldum. Gördüm Hadi gəlib, alma dolu səbəti hücrənin ortasına qoyub. Soruşdum ki, bu haradandır?

    Hadi dedi… Bir kəs buradan keçirdi, gəlib "Fatihə” oxudu. Allah rəhmət etsin, vaxtında gətirdi.

    Gördüm Hadi özü hücrəni bəzəməklə məşğuldur, mis, qızıl və gümüş oturacaqlar düzəldir və tavandan günəş tək şəfəq saçan qəndil asır.

    Dedim… Axı biz yol üstəyik, bu hücrəni nə üçün bu sayaq bəzəyirsən?

    Dedi… Eşitmişəm ki, qəbirlərin ziyarətinə getdiyin İmam övladları və onların ataları, gecə namazında adını çəkdiyin, qəbirləri üstə "Fatihə” oxuduğun alimlər sənin axirətə gəlişindən xəbərdar olublar. Sənin haqqını ödəmək üçün görüşünə gələcəklər.

    Dedim… Nə gözəl tovfiq və səadət! Ailə, qohumlarımdan üz vermiş qəm-qüssə unuduldu. Bundan min dəfələrlə xoş xəbər qazandım. Mən və bu qabiliyyət?! Mən və bu səadət?!

    Dedim… Hadi, hücrə kiçikdir.

    Dedi… Düzdür, kiçikdir, amma onların gəlişi ilə genişlənəcək.

    Birdən onlar daxil oldular. Necə nurlu surətlər, nə cəlal və əzəmət! Hər kəs öz mərtəbəsində əyləşdi. Hamıdan irəli Əbülfəzl (ə) və Əli Əkbər (ə). Hər ikisi böyük bir taxtda oturdular. Lakin onlar döyüş paltarında idilər. Mən bir zərrə zəhmətsiz, inadsız, düşmənsiz aləmdə belə bir paltara təəccüb etdim.

    Mən, Hadi və onlarla gələnlər ayaq üstə durub onların camal və cəlalında məhv olmuşduq. Nəzərimi cəlal sahiblərinə dikmişdim.

    Əbülfəzl (ə.s) Hadidən soruşdu ki, atamdan keçid sənədi almısanmı? Ərz etdi, bəli. Bu ayəni buyurdu… "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz yalnız (Allahın əta etdiyi) qüdrət və qüvvətlə çıxa bilərsiniz."

    Sonra lütf edib mənə buyrdu… Vilayət sultanı atam, həmin sənəd isə sənin nicatındır. Müjdə olsun sənə, doğru yolu tutmaqda!

    Mən şövq və təşəkkürdən torpağı öpdüm, ayağa qalxdım, belə bir görüşdən duyduğum sevincdən göz yaşlarım axdı. Yanımda durmuş Həbib ibni Məzahir pıçıltıyla dedi… Qarşıdakı yolun çətinliklərindən keçəcəyindən məyus olma. Çünki bu əzəmət sahibləri və onların məsum ataları səni unutmamışlar. Onların gəlişi atalarının işarəsi ilə olub. Onların şiələr və dostlara yardımı yalnız işin sonunda olacaq. İndiki görüş isə yalnız sənin arxayınlığın, şadlığın üçün idi. Zeynəb (ə.s) da sənə salam göndərdi. Buyurub ki, sənin qardaşımın ziyarətinə piyada getməyini, bu ziyarətin çətinliklərini, aclığını, susuzluğunu, yol boyu axıtdığın göz yaşlarını unutmarıq.

    Dedim… Mənim və Allahın salamı, rəhməti və bərəkəti sənə və o Həzrətə olsun!

    Soruşdum ki, burada ki döyüş yoxdur, bəs nə üçün ağalar döyüş paltarındadırlar?

    Gördüm Həbibin rəngi dəyişdi, gözləri yaşla doldu və dedi… Kərbəlada bu iki nəfərin əzm və iradəsi elə bir həddə idi ki, təklikdə qoşun dəryasını tar-mar edib Cəhənnəmə vasil edə bilərdilər. İlahi təqdir, yazı səbəbindən mümkün olmadı ki, öz polad iradələrini göstərsinlər. O vaxt sinələrini qübar tutdu, sıxıldılar, indiyədək də belədirlər. Ona görə ricət dövrünü gözləyirlər ki, ürəklərinin qübarını dağıtsınlar. Döyüş paltarı kimi görünən həmin dərddir, amma sən onu hiss etmisən.

    Birdən durub getdilər. Hadi ilə tək qaldıq. Hücrə əvvəlki tək kiçildi, daraldı. Hadiyə dedim ki, mən bir də ailə və övladlarımın yanına getmərəm. Çünki onların xeyirxahlığından əlimi üzmüşəm. Mənim adıma bir iş görsələr də, əməllərinin canı öz dünyaları üçündür. Mənə qəm artırmaqdan başqa bir nəticəsi yoxdur. Olanlarıma qənaət edər, çatdığım xətərlərdə bu əzəmətli şəxslərin mərhəmətini gözləyərəm, intizarı asan qəbul edərəm.

    Hadi dedi… İndi sənin bir şeyə ehtiyacın qalmayıb. Yetkinliyin ilk üç ilinin məlumatlarına aid olan ilk üç mənzilin qorxusu yoxdur. Yetkinliyin başlanğıcı olan on beş yaşdan (zəif əql, güclü şəhvət, həvəslər səbəbindən vacib əmrlərə müxalifətdə, haramların tərkində) ağıl qüvvələrinin inkişaf və möhkəmlənmə zamanı olan on yeddi yaşadək cəza əhəmiyyətsizdir.

    Həzrət Haqq əqli icad edər.

    ən buyurdu… "Ey əql, sənə görə cəzalandırıram, sənə görə mükafat verirəm.”

    Mükafat və cəza üçün ölçü əql oldu. Bu səbəbdən axirət dünyasının ilk üç mənzilində yetkinliyin başlanğıcındakı səhlənkarlıqlara görə elə bir xətər yoxdur. Əgər olsa da, tezliklə bitər. Demək, mənə elə bir ehtiyacın yoxdur. Mən əvvəlcədən dördüncü mənzilə gedib, orada səni gözləyəcəyəm. Sabah yükünü dalına alıb, üzü qibləyə olan əsas yolla hərəkət edərsən ki, mənə çatasan.

    Dedim… Ey Hadi, sən özün bilirsən ki, sənin ayrılığın mənim üçün çətindir. Bu yol düz, geniş, xətərsiz olsa da, təklik və yoldan xəbərsizlik dərmansız bir dərddir.

    Dedi… Bu üç mənzildə tək qalmağının çarəsi yoxdur. Axı dünyada da mən həmin üç ildə səninlə olmamışam, sonra səndə doğulmuşam, vücuda yetmişəm. Çünki mənim təbiətim illiyyindəndir ki, sənin inkişaf, hidayətinə sərf olunub. Bu qüsur da özündəndir.

    "Məni yox, özünüzü danlayın.”

    Sonra uçub getdi və mən tək qaldım. Onun sözlərini fikirləşdim və gördüm ki, bütün dedikləri həqiqətdir. Yetkinliyin ilk üç ilində işlənən heyvani bir ağıldır. İnsani ağıl isə təklikdə bir şüa kimidir. Hikmət sahiblərinin təbirincə, demək olar ki, təkcə əql, ağlı qəbul etmək istedadı, əqlin toxumudur. Əlbəttə, Hadisiz olmuşam. Dediyim sözlərə, verdiyim vədələrə etinasız olmuşam, bivəfa olmuşam. Təkəbbür, eqoistlik məndə hakim olub. Xüsusilə, tələbəlikdə, elmin ilk mərhələsində bu barədə deyilib… Elm üç mərhələdir, əvvəli təkəbbür. Belə ki, nə Hadi olub, nə Əbül-vəfa, nə Əbu-turab. Tək olmuşam, tək də getməliyəm.

    "Sən Allahın qanunlarında əsla dəyişiklik tapa bilməzsən!”

    Birini anladın, o biri də belədir. "Nə üçün”, "niyə” isə anlamazlıq dəlilidir.


    Mənbə: "Axirət aləminə səyahət" kitabı


     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 10 Ağustos 2014 16:16 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 3 Ağustos 2014 17:03 | İstifadəçi | Şərh yazdı
    ALLAH SİZDEN RAZİ QALSİN GOZEL BACİM.....BU KİTABİ MEN BİTİRMİSEM..ALLAH BİZLERİ QEBR EZABİNDAN QORUSUN....
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.