Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hadi dedi… Sənin səfər ehtiyatını az görürəm. Bir neçə cümə burada dayanmalısan. Ola bilsin ki, qürur evindən (dünyadan) dostların bir şey göndərsinlər. Peyğəmbər (s.ə.v.v) buyurmuşdur… "Səfərdə ehtiyat nə qədər çox olarsa, bir o qədər yaxşıdır.” Mən sənin üçün dünya soltanından sənəd, icazə gətirmək üçün getməliyəm. Həftə arası bir xəbər olmasa, cümə axşamı ailənin yanına get, bəlkə, rəhmət, bağışlanmaq tələbinlə səni yada salsınlar.
Hadi getdi və mən gözləməyə başladım. Amma yerim yaxşı idi. Otaq əlvan, gözəl naxışlı xalçalarla döşənmişdi. Cümə axşamı yetişdi, amma bir xəbər olmadı. Hadinin sifarişinə əsasən quş tək mənzilimə getdim. Bir ağacın budağına qondum və bir yerə yığışmış arvadım, övladlarım, yaxın dostlarımın söhbətlərinə qulaq asmağa başladım. Mənim üçün xeyir istəyirdilər. Aş, plov süfrəsi açmışdılar. Rovzəxanları vardı, "Fatihə” oxuyurdular. Amma mən gördüm ki, onların işlərinin mənim halıma faydası yoxdur. Çünki onların əməlləri öz abırlarına, adlarına görə idi. Buna görə də doyurmaq üçün bir dənə də ac adam dəvət etməmişdilər. Çağrılmış adamların da məqsədi mənim üçün rəhmət diləmək, Hüseyn ibni Əliyə (ə) ağlamaq deyil, yalnız yemək və başqa şəxsi məqsədlər idi! Onlara olunan xidmətdə qüsur tapılsaydı ölünü də, dirini də söyərdilər. Əgər ailəm və qohumlarım ağlayırdılarsa, fəqət özləri üçün ağlıyırdılar ki, niyə qəyyumsuz, başsız qalıblar, bundan sonra onların yaşayış xərcini kim ödəyəcək. Dünya fikrinə elə qərq olublar ki, nə mənim ölməyimi, nə də öz axirətlərini yada salırlar. Guya bu kasa təkcə mənim başımda sınıb və onlar üçün olmayacaq. Guya, Allah (nəuzu billah) mənim ölümümlə onlara zülm edib ki, bu işlər meydana çıxıb.
Mən ümidsiz halda qəbiristana, öz mənzilimə qayıtdım.
Mənbə: "Axirət aləminə səyahət" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |