Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ata və ananın övlad üzərində haqları və
onların valideyinlərinə ehtiram göstərmələrinin vacibliyi haqqında
Bil ki, valideyinlərə ehtiram edib, hörmət göstərmək dinin ən vacib məsələlərindən biridir. Onları özündən razı sala bilsən itaətinin şərafətliyini göstərmiş olarsan. Valideyinlərinin üzünə ağ olan, onların itaətindən çıxan şəxs isə günahkar və Allah-təalanın rəhmətindən uzaq olar. Bu barədə Qurani-kərimdə buyrulur: "Valideyinləriniz kafir olub sizləri də bu yola vadar edərlərsə onların bu əmrinə tabe olmayın. Amma gündəlik həyatınızda onlar ilə gülər üzlə davranın. Nəql olunmuş rəvayətlərdən birində deyilir: "Günlərin bir günü bir şəxs peyğəmbərin (s)-ın yanına gəlib ona nəsihət etməsini istəyir. Peyğəmbər (s) buyurur: "Səni oda atsalar belə, Allaha şərik qoşma. Dildə inkar etsən belə, Allaha şərik qoşma. Dildə inkar etsən belə ,qəlbdən ona bağlı ol! Valideynlərin ilə xoş rəftar et və onların itaətindən çıxma (istər sağ, istərsə də düyadan köçmüş olsunlar). Onlar səni var-dövlətindən və həyat yoldaşından əl çəkməyini istəsələr belə, gərək onlara itaət edəsən və bil ki, bütün bunlar imandan sayılır.Başqa bir hədisdə deyilir: "Bir nəfər şəxs Peyğəmbər (s)-dan soruşur: Ya Rəsulullah! Övlad öz atası ilə necə rəftar etməlidir? Peyğəmbər (s) cavab verir. "Övlad atasını çağırarkən onu adı ilə çağırmamalı, yol gedərkən ondan əvvəl getməməli, atasından əvvəl oturmamalı və onun adına ləkə yaxmamalıdır.” İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Valideyinləriniz istər sağ, istərsə də dünyanı dəyişmiş olsunlar, bu işləri görməyi sizlərə tövsiyə edirəm. Onların qıla bilmədikləri namazları qılın və tuta bilmədikləri orucların qəzasını tutun. Maddi vəziyyətiniz sizə imkan verərsə onların həcc ziyarətini də yerinə yetirin.Bilin ki, bu xeyirli işlərin savabı həm sizin özünüzə həm də valideyinlərinizə çatar. Səhabələrdən biri Peyğəmbər (s)-ın yanına gəlib kimə yaxşılıq etməyi bilmək istəyir. Peyğəmbər (s) buyurur: Anana! O yenə soruşur: Sonra kimə, ya Rəsullah? Peyğəmbər (s) buyurur: Anana. O, bu sualı üç dəfə təkrar edir və hər dəfə Peyğəmbər (s) ona anasına yaxşılıq etməyi məsləhət görür.Dördüncü dəfə soruşduqda Peyğəmbər (s) atana deyərək cavab verir. Başqa bir hədisdə deyilir: "Səhabələrdən biri Peyğəmbər (s)ın yanına gəlib cihada getmək istədiyini bildirir. Peyğəmbər (s) onun belə bir fikirdə olduğunu alqışlayıb buyurur: Əgər bu yolda şəhid olarsansa Allkah-təala səni əbədi cənnət ilə mükafatlandıracaqdır. Sonra onun ailə vəziyyəti ilə maraqlanır. Belə məlum olur ki, onlar (ata və anası) övladlarının cihada getməsinə razı deyillər. Peyğəmbər (s) bundan xəbərdar olub buyurur: And olsun Allaha! Sənin bir gün onların xidmətində olmağın, Allah yolunda cihad etməyindən daha üstündür.
İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bəzi övladlar ata-anaları sağ olduqları zaman onlarla xoş rəftar edər və daim xidmətlərində durarlar. Onlar düyalarını dəyişdikdən sonra ata-analarının borclarını qaytarmaqdan imtina edərlər. Onları az-az yad edər və Allah-təaladan bağışlanmalarını istəməzlər. Bilin ki, belə şəxslər Allah-təalanın dərgahında valideyinlərinin üzünə ağ olan nadan övladlar kimi məhşur olarlar. Elələri də vardır ki, valideyinləri sağ olduqları halda onlarla yaxşı davranmazlar. Vəfat etdikdən sonra isə onların borclarını ödəməyə çalışar və Allah-təaladan valideyinlərinin bağışlanmasını istər. Belə şəxslər Allah-təalanın dərgahında xeyirxah kəslər kimi məhşur olarlar. Nəql olunmuş başqa bir rəvayətdə deyilir.Allah-təalabu üç şeyi hamı üçün vacib etmişdir.Verilən əmanəti sahibinə qaytarmaq, əhdə vəfa etmək və valideyinləri ilə xoş rəftar etmək. Başqa bir hədisdə deyilir: "Övladın (təngə gəldikdə) valideyinə "uf” kəlməsini deməyə belə ixtiyarı yoxdur. Sonra buyrulur: Axirətdə hər bir insanın üzünə behiştin pərdələrindən biri açılar və onun gözəl iyi beş yüz illik məsafədən belə hiss olunar. Bu iyi yalnız xoş əxlaqlı əməli-saleh insanlar duyar. Valideyinlərinin üzünə ağ olan övladlar bu iydən məhrum olarlar. Valideyinlərin çəkdikləri əzab-əziyyətin müqabilində onların üzünə qəzəblə baxan övladların namazı, orucu və digər ibadətləri Allah dərgahında qəbul olunmaz. İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Atam günlərin bir günü atasının qoluna söykənərək yol gedən bir cavan görür. O bundan çox narahat olur və həmən şəxsi ömrünün sonunadək dindirməyir. İmam Sadiq (ə)-ın öz səhabələrinə etdiyi tövsiyələrdən birində deyilir: "Valideyinləriniz ilə yaxşı davranın ki, övladlarınız da sizin ilə yaxşı davransınlar. Başqalarının qadınları ilə qeyrət və namusla davranın ki, başqaları da sizin qadınlarınız ilə qeyrət və namusla davransın. Dünyasını asan ölümlə dəyişmək istəyən kəs qohum-əqrabasına ehsan edib valideynləri ilə yaxşı davransın. Allah-təala bunlara əməl edən şəxsin ömrünü asanlaşdırıb, qəm-qüssəni ondan uzaqlaşdırar.
İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Allah-təala bu dörd xeyirli işi görən şəxsləri cənnətin ən uca təbəqəsində sakin edər. Yetimləri himayə edənləri, valideyinləri ilə xoş davrananları və ixtiyarında olan qulluqçularla yaxşı davrananları. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə buyrulur: bu üç şəxsin dualarının qəbul olunmasında heç bir şübhə ola bilməz. Valideyinlərin əməli-saleh övladları haqqında etdikləri dua və ya pis övlad üçün edilən xoşa gəlməz dua, məzlumun zülümkara etdiyi dua (nifrin, lənət, qarğış), məzlumun, zalımdan intiqam alacaq şəxs üçün etdiyi dua , mömin bəndənin mömin qardaşı üçün etdiyi dua, mömin bəndənin mömin qardaşını özünə möhtac edən şəxsə etdiyi dua (nifrin). (Dua sözünün lüğəvi mənası çağırmaq və səsləməkdir. Çağırılan Allah, çağıran isə insandır. Hər bir kəs Allah-təaladan yaxşı və pis şeylər istəyə bilər və bu istəyə dua deyilir). Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: Övladın bir kərə valideyinlərinin üzünə baxmasının savabı bir dəfə qəbul olmuş həccin savabı ilə bərabər olar. Əshab Peyğəmbər (s)-dan soruşdu: Ya Rəsulullah! Övlad gün ərzində valideyinlərinin üzünə yüz dəfə baxarsa necə? Peyğəmbər (s) buyurdu: Allah-təala böyük və mehribandır (yəni hər bir əməlin savabını həmən əmələ uyğun dərəcədə verir). Başqa bir hədisdə deyilir: "Alimin, valideyinlərin, və mömin qardaşın (dostun) üzünə gülər üzlə baxmaq lazımdır.”
"Valideyinlərin üzünə ağ olmaq, zülm etmək və Allah-təalanın nemətlərinə küfr etmək böyük günahlardan hesab edilir. Və insan bu günahlara görə bütün günahlardan tez cəzalandırılar. İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: İsrayıl camaatı arasında Cürəyh adlı mömin bir şəxs var idi. Cürəyh bütün günü mağarada bir guşəyə çəkilib ibadətlə məşğul olardı. Və kimsə anası onun olduğu mağaranın yaxınlığında gəlib onu səsləməyə başladı. Cürəyh namaz qıldığı üçün anasına cavab vermədi. Anası onu üç dəfə səsləməyinə baxmayaraq heç birində o, anasına cavab vermədi. Ana oğlunun bu ədəbsizliyindən narahat olub ona belə bir qarğış etdi: "Bəni İsrayıl Allahına səndən şikayət edəcəyəm və ondan sənin tezliklə cəzalandırılmağını istəyəcəm.” Bunu deyib evinə qayıtdı. Bu əhvalatdan çox keçmir və günlərin bir günü zinakar bir qadın hamilə olduğu halda Cürəyhin ibadət etdiyi mağaraya gəlib uşağı orada dünyaya gətirir hamı uşağın Curəyhdən olduğunu zənn edir. Bu xəbər tez bir zamanda İsrayıl camaatı arasında yayılmağa başlayır və Curəyhin ünvanına xoşa gəlməz sözlər deyilirdi. O daim öz camaatını düzlüyə və zinadan çəkinməyə çağırardı, indı isə onun özü haqsız olaraq bu işdə ittiham olunurdu. İsrayıl padşahı onu dar ağacından asmağı əmr etdi. Anası bunu eşidib özünə yer tapa bilmir və üz-gözünü yolmağa başlayır. Curəyh anasını bu halda görüb deyir: Sakit ol! Bu sənin mənə etdiyin qarğışın nəticəsidir ki, indi mən onun acısını dadıram. Bəni İsrayıl camaatı Curəyhin bu sözlərini eşidib ondan məsələnin nə yerdə olduğunu soruşdular. Curəyh də başına gələn əhvalatı başdan-ayağa kimi nəql etdi. Bəni İsrayıl camaatı onu dinlədikdən sonra heç bir günahı olmadığını etiraf etdilər. Sonra Curəyh uşağın gətirilməsini xahiş etdi. Uşaq gətirildikdən sonra Curəyh ondan kimin övladı olduğunu soruşdu. Təzə doğulmuş uşaq Allahın izni ilə dil açıb həqiqətdə kimi övladı olduğunu bildirdi. Və bununla da bütün çətinliklər aradan qaldırıldı. Bu əhvalatdan sonra Cürəyh ömrünün sonunadək anasına xidmət edəcəyinə and içdi.
Əllamə Məclisi-Möminlərin zinəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |