» » Zalımlar ilə birlikdə yaşamaq haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Zalımlar ilə birlikdə yaşamaq haqqında
+5
Müəllif: Admin | 2-03-2014, 13:00 | Baxılıb: 4 112


Zalımlar ilə birlikdə yaşamaq haqqında


İmam Musa ibni Cəfər (ə)-ın etdiyi tövsiyələrin birində deyilir: "Sizə hakim olan adil hökümdar ilə müxalif olmayın. Daim onun ətrafına toplanıb verdiyi əmrlərə itaət edin. Allah-təaladan onun hakimiyyətinin uzun müddətli olmasını diləyin. Zalım olduqda isə gündəlik namazlarınızda onun haqq yola hidayət olmasını istəyin. Onun haqq yolda olması sizin haqq yolda olmağınız deməkdir. Özünüz üçün arzu etdiyiniz şeyləri ona da arzu edin, özünüzə rəva bilmədiyiniz şeyləri ona da rəva bilməyin.”


Peyğəmbər (s) buyurur: "Adil hökmdara xeyirli işlərdə köməklik edən şəxs Allahın rəhmətinə qovuşar və bütün təhlükələrdən uzaq olar. Müvəqqəti dünya ləzzətinə uyaraq şəxsiyyətini ayaqlar altına atan və zalım hökümdarı tərif edən kəslər cəhənnəmə onlar ilə birlikdə daxil olarlar.


Başqa bir hədisdə deyilir: "Zülümkara köməklik edən şəxs cəhənnəmdə Fironun vəziri ilə birlikdə əzab çəkər. Əzrayıl onlar ölüm ayağında olduqları zaman yaxınlaşıb lənətləyər və sonra cəhənnəmin dözülməz əzabına düçar olacağını xəbər verər.”


Əli (ə) ölüm ayağında olduğu zaman oğlu iman Həsən (ə)-a etdiyi vəziyyətlərin birində buyurmuşdur: "Xeyirxah insanların gördükləri xeyirli işlər üçün sev və hörmət et. Fasiq insanlar ilə isə zahirən xoş rəftar etsən də qəlbən onlardan uzaq ol. Onların təşkil etdikləri məclislərdə iştirak etmə və hər zaman əməli saleh insanlarla ünsiyyətdə ol.”


İmam Sadiq (ə) buyurur: "Zalım hökümdarın və ya adi zalım bir şəxsin yaşamasını istəyən kəs Allahın əmrindən çıxmış fasiq şəxslərdəndir.”


Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Bu üç şey insanın qəlbinə nifaq toxumu səpər: İnsana mənfi təsir göstərən musiqilərə qulaq asmaq, söyüş söymək və zalım hökümdardan maddi yardım istəmək.”


İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Dininizi haram işlərdən qoruyun, sizinlə müxalif olan şəxslərlə zəmanəyə (şəraitə) uyğun tərzdə davranın. Hər zaman Allah təvəkkül edin və özünüzü zalım hakimlərdən asılı vəziyyətə salmayın. Allaha iman gətirmiş hər bir müsəlman özünü zalım hakimlərin qarşısında alçaltmamalıdır. O, daim öz şəxsiyyətini uca tutmalı, dininin qorunmasında əlindən gələni əsirgəməməlidir.

Zalım höküdarlara itaət edən şəxslər Allahın rəhmətindən uzaq olarlar. Onların ələ gətirdikləri var-dövlət bərəkətsiz, həyatları isə hədəfsiz olar. İxtiyarında olan var-dövləti həcc və üzrə ziyarətləri üçün sərf etsələr belə, heç bir savaba nail ola bilməzlər.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Zalımlara bəraət qazandıran şəxslərin bəziləri bir zaman onların zülmünə düçar olarlar. Onların etdikləri dua Allah-təala dərgahında qəbul olunmaz və əməl dəftərində gördüyü xeyirli işlərin savabı yazılmaz.”


Rəvayətlərdən birində deyilir: "Musa (ə)-ın zamanında Misrə zalım Firon hokümranlıq edirdi. Günlərin bir günü əməli-saleh bir şəxs Fironun yanına gəlib ehtiyaclı olduğunu bildirir. Firon ona istədiyi hər bir şeyi verib razı halda yola salır zaman keçir və əcəl onların hər ikisini eyni gündə yaxalayıb. Fironun ölüm xəbəri bütün ölkəyə yayılır və hər tərəfdə matəm mərasimi qurulur. Fironun yanına gələn şəxs isə kimsənin yadına düşmür və üç gün baxımsız qaldığı üçün üfunət edir. Musa (ə) üç gündən sonra onun evinə gəlir və onun düşdüyü belə bir vəziyyəti görüb əllərini Allah-təalanın dərgahına qaldırıb dua edir, sonra deyir: "Pervərdigara! Zalım hökümdar sənin düşmənlərindən olduğu bir halda dəfn mərasimi əzəmət və təm-təraqla keçdi, amma bütün ömrünü sənə bəndəlik edən bu əməli-saleh insan belə bir acınacaqlı vəziyyətə düşmüşdür. Allah-təala ona belə bir xitab edir: Ey Musa! Mənim bu bəndəm öz isdəyini Məndən yox zalım bir hökümdar istədi. O, da onun hacətini yerinə yetirib özündən razı saldı. Bu səbəbdən də o, zalım hökümdarın dəfn mərasimini belə təm-təraqlı edərək mükafatlandırardım.”


Süleyman Cəfəri deyir: Günlərin bir günü Rza (ə)-dan soruşdum: Zalım hokümdarlar haqqında nə deyə bilərsiniz: Buyurdu: Onların əmrinə boyun əymək, işlərində onlara (maddi və mənəvi) köməklik etmək, istəklərini yerinə yetirmək hətta onlara məhəbbət gözü ilə baxmaq insanda imanın olmamasına dəlalət edər.


İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Zalım hökümdarı düz yola çəkə bilən şəxs bütün insanların gördükləri xeyirli işlərin savabını qazanar.”


Əli ibni Həmzə deyir: Mən Bəni-üməyyə şairlərindən biri ilə dostluq edirdim. Günlərin bir günü mən onunla birlikdə imam Sadiq (ə)-ın yanına gəldik. Bir qədər söhbət etdikdən sonra o dedi: Mən bir müddət Bəni-üməyyə divanında işləmişəm, bu müddət ərzində mən çoxlu var-dövlət əldə edə bildim, amma indi mən o var-dövləti necə xərc edə biləcəyimi bilmirəm və sizdən bu barədə bir məsləhət verməyinizi istəyirəm. İmam Sadiq (ə) onu təmkinlə dinlədikdən sonra buyrurdu: Bil ki, camaat Bəni-üməyyəyə köməklik etməsəydi və onların şəninə şerlər yazmasaydı heç vaxt biz Əhli-beytin həqqini əlindən ala bilməzdi. Dostum, imam Sadiq (ə)-dan bir daha nə edəcəyini soruşdu: İmam Sadiq (ə) üzünü ona tutub buyurdu: Dediyim hər bir şeyi yerinə yetirəcəksənmi? Dostum qətiyyətlə "bəli!”-deyərək cavab verdi. İmam Sadiq (ə) sonra buyurdu: Onların divanında ələ gətirdiyin bütün var-dövləti öz sahiblərinə qaytar. Sahibinin tanımadığın malları isə yoxsullara sədəqə ver! Əgər belə etsən cənnət əhli olacağına zamın olaram. Dostum başını aşağı salıb bir qədər fikirləşdi və sonra öz razılığını bildirdi. Sonra biz Kufəyə qayıtdıq və dostum ixtiyarında olduğu bütün var-dövləti öz sahiblərinə qaytardı . O hətta əynindəki əbanı öz sahibinə qaytarıb Kufənin yoxsullarından birinə çevrildi. Sonra biz ona bir dəst paltar və bir qədər xərclik verdik. Bu əhvalatdan bir neçə ay keçdi və mənə dostumun ağır xəstələndiyini xəbər verdilər. Mən onun yanına getdiyim zaman o artıq ölüm ayağında idi. Gəlişimi hiss edib bir təhər gözlərini açdı və "Həzrəti Sadiq (ə) öz zaminliyinə vəfa etdi” kəlməsini deyib əbədiyyətə qovuşdu və biz də onu dəfn etdik. Bir il sonra mən imam Sadiq (ə)-ın yanına getdim. Mənim görüb dedi: And olsun Allaha! Zamin olmağımıza vəfa etdik və Allah-təala onu əbədi cənnət ilə mükafatlandırdı.


Əbbasi xəlifələrinin katibi (yazı işlərinə baxan) olmuş Məfzəl ibni Şəziddən nəql olunmuş rəvayətdə deyilir: "Katib işlədiyim illərdə imam Sadiq (ə)-ın yanına gedib ondan soruşdum. Bildiyiniz kimi mən xilafətinin katiblərindən biriyəm. Mənin İcra etdiyim bu işin bir günahı varmı? Buyurdu: Qazandığın var-dövlətin bir qismini biz Əhli-beytin tərəftarlarına sədəqə ver, çünki Allah-təala günah işləri xeyirli işlər ilə əvəz edir.”


Başqa bir rəvayətdə deyilir: "Səfan adlı bir şəxs imam Musa (ə)-ın yanına gəlir. İmam Musa (ə) onu görüb deyir: Sənin bütün işlərin yaxşıdır, amma dəvələrini Harun Ərrəşidə verməyin korlayır. Səfvan deyir: And olsun Allaha! Mən dəvələri ona ov, istirahət üçün vermirəm. Dəvələri yalnız ona Həcc ziyarətini yerinə yetirmək üçün verirəm və özüm onunla heç vaxt yola çıxmayıram. Bu işi mən onun nökər qulluqçularına tapşırıram. İmam Musa (ə) ondan soruşur: Onun sənin kirayə haqqını ödəmək üçün sağ qalmasını istəyirsənmi? Səfvan, "bəli!”-deyərək cavab verir. Imam Musa (ə) sonra buyurur: Kim onların sağ qalmalarını istəyərsə özü də onlardan biri olar və onların bütün tərəfdarları hamılıqla cəhənnəm atəşinə sürüklənərlər.”


İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Zalım hökmranlarla ünsiyyətdə olmaq insanda bu üç şeyin yaranmasına səbəb olar:

1. Dünya məhəbbət; (daim var-dövlət fikrində olmaq)

2. Ölümü unutmaq;

3. Allahın verdiyi ruziyə qane olmamaq;

Peyğəmbər (s) buyurur: Ümmətimdən olan bu iki şəxs (əməli-saleh alim və ədalətli hökümran) haqq yolda olarlarsa, onlara tabe olan cəmiyyət də haqq yolda olar, yox əgər onlar dünya malına uyub yollarını azarlarsa, onları da özləri ilə zillət və bədbəxçiliyə sürükləyərlər.


İmam Sadiq (ə) buyurur: "Ədalətli hakim, ata və borc istəyən şəxslə pis rəftar edən axirətdə böyük rüsvayçılığa düçar olar.”

Allah-təala öz bəndələrinə etdiyi xitabların birində buyurur: İbadət olunası Allah yalnız Mənəm və Məndən başqa Allah yoxdur. Bütün məxluqatı yaratdığım kimi, sizə hakim olan hökümranları da Mən xəlq etdim və onların canı yalnız Mənim əlimdədir. Mənə itaət edən və bəxş etdiyim ruzilərə qane olan camaata ədalətli hakim təyin edərəm, itaətdən çıxan nankor və nadan camaata isə özləri kimi nadan və zalım hakim təyin edərəm. Hökümdarlarınızın zalım və ədalətsiz olduqları zaman onları söyüb və təhqir etmək əvəzinə Mənə pənah gətirin və Məndən kömək istəyin.”


Başqa bir hədisdə deyilir: "Allah-təala cənnəti xəlq etdikdən sonra mələklərə dedi: And olsun öz izzəti cəlalıma şərabxorları, xəbərçiləri (rüşvətxorları), qohum-əqraba ilə rabitəni kəsənləri və cəbriləri (hər şeyi Allah tərəfindən bilib özlərini heç bir ixtiyar sahibi olmadıqlarını güman edənləri), xəlq etdiyim bu cənnətdən məhrum edəcəyəm və dünyada gördükləri çirkin işlər üçün cəhənnəm odu ilə cəzalandıracağam.”


Əli (ə) buyurur: "Camaatın bütün istəklərini rədd edən hokümdarın qiyamət günü Allahın rəhmətindən uzaqlaşdırılıb heç bir istəyi qəbul olnmaz. Hökümdar camaatdan hədiyyə qəbul edərsə sanki onlara aid olan qənimətdən oğurluq etmişdir. Rüşvət alan hökümdarlar isə Allahın nəzərində dindən çıxmış hesab olunarlar.”


Məhəmməd ibni İsmayıl ibni Nuh, imam Rza (ə)-dan belə bir rəvayət nəql edir: Allahın yer üzündə təyin etdiyi hökümdarların elələri də vardır ki, öz dinini onların vasitəsi ilə camaata çatdırır. Onlar müxtəlif ölkə və şəhərlərdə rəhbərlik edər və dinin əsaslarını onlara təlim edər. (Bir növ onlara peyğəmbərlik edər). Belə adil hökümdarların vasitəsi ilə ölkədə əmin-amanlıq, bolluq yaranar, elimin inkişafına diqqət yetirərlərvə möminlər belə bir şəraitdə qəlblərində heç bir qorxu-hürkü olmadan şəri hökümlərə layiqincə əməl edərlər. Ulduzlar yerə işıq saçdıqları kimi onlar da axirətdə möminlərin üzərinə ışıq saçarlar. Allah-təala belələrini əbədi cənnət üçün xəlq etmişdir. Əgər onlar kimi olmaq istəsəniz biz Əhli-beytin tərəfdarlarının yolunu davam etdirin.


İmam Sadiq (ə) buyurur: Bu üç şəxsin duasının Allah dərgahında qəbul olunmasına heç bir şübhə yoxdur; Ata-ananın övladı üçün etdiyi dua, məzlumun, onun intiqam almaq istəyən şəxs üçün etdiyi dua, qəlblərində Əhli-beyt sevgisi olan möminlərin bir-birləri üçün etdiyi dualar;


Başqa bir hədisdə deyilir: "Allah-təala ona pənah gətirən şəxslərə zülm edən zalımları böyük əzaba düçar edər və məzlumların zülümünə etinasızlıq edən şəxslərin duasını da qəbul etməz. Allah-təala zülümkarların zülümünü cavabsız qoymaz. Zülümkarlar etdikləri zülümü unutmadan başqaqları tərəfindən, ya özləri və ya onların övladları həmən zülmə məruz qalar.”

"Mələklərə zülm edən zalımlar qiyamət günü beş yüz il ayaq üstə saxlanarlar. Beş yüz ildən sonra məhşərdə qırx gün danlanıb hamının qarşısında rüsvay olarlar. Sonra sürüklənib cəhənnəmin əbədi atəşinə atılarlar.”

Peyğəmbər (s) buyurur: "Ən böyük cihad gün ərzində zülm etmək haqqında fikirləşməməkdir.”

 

 



 
 
Bölmə: İslami mövzular
Şərhlər: 6
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: nastya | Status: İstifadəçi Offline | 4 Mart 2014 17:45 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 4 Mart 2014 16:52 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: gulsum | Status: İstifadəçi Offline | 3 Mart 2014 00:17 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun,Allah bizi zalim olmaqdan ve zalimdan qorusun,amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Rehime | Status: İstifadəçi Offline | 2 Mart 2014 23:29 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun Amin.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 2 Mart 2014 21:49 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun qardaw 
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 2 Mart 2014 15:14 | Administrator | Şərh yazdı
ALLAH RAZI OLSUN.BILMEDIKLERIMI OYRENDIM.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.