» » Məclisdə iştirak etmək və orada olan şəxslərlə həmsöhbət olmağın ədəb və qaydaları haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Məclisdə iştirak etmək və orada olan şəxslərlə həmsöhbət olmağın ədəb və qaydaları haqqında
0
Müəllif: Admin | 6-03-2014, 19:00 | Baxılıb: 3 734


Məclisdə iştirak etmək və orada olan şəxslərlə həmsöhbət olmağın ədəb və qaydaları haqqında


İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Sizə dəyərli məsləhət verən şəxslərin söylədiklərindən ibrət alın. Onlarda gördüyünüz hər bir gözəl xüsusiyyəti özünüzdə adi hala çevirin. Ömrünü heç bir faydası olmayan əyləncələrə sərf edən və sizə heç bir xeyri dəyməyən şəxslərdən uzaq olun.


Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: Həmsöhbət və ünsiyyətdə olduğunuz şəxslərin kim olduqlarına diqqət yetirin. İnsan ölüm ayağında olduğu zaman gözləri önündə gündəlik ünsiyyətdə olduqları şəxslər canlanar. Əgər onlar xoş təbiətli və əməli-saleh kəslər olmuşlarsa, özündə sevinc və şadlıq əlamətləri görmək olar, yox əgər onlar nadan və künahkar şəxslər olunmuşlarsa üzündə qəm və kədər bəlli olar.


İmam Sadiq (ə) buyurur: "Mənim ən yaxşı dostum və sirdaşım o kəsdir ki, məndə gördüyü eybləri mənim özümə desin və mənə pis işlərdən çəkinməyə köməklik etsin. Sizə isə tövsiyəm budur ki, yaxından tanıdığınız şəxslərlə ünsiyyətdə olasınız. Təzə tanış olduğunuz şəxslərlə çox oturub-durmayın və onlarla mümkün qədər az söhbət edin. Bəzən onlar əhəd vəfa etməz və illər boyu dostluq etdiyiniz şəxslərə belə tam etibar etməyin.


Əli (ə) övladlarına etdiyi vəsiyyətlərin birində buyurur: Müəmməlı və şübhə doğuran məclislərdə iştirak etməyin. Orada eşitdiyiniz söhbətlər mənəviyyatlarınıza mənfi təsir göstərə bilər.


Əli (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: "Qeybət, iftira və töhmət olunan məclislərdən uzaq olun. Sizə məhrəm olan şəxslərlə (ana, bacı və s) yol getdiyiniz zaman yolda söhbət etməyin. Çünki, bəzi şeytansifət insanlar sizin haqqınızda xoşa gəlməz sözlər çıxarar ki, bu da sizin şan-şöhrətinizə xələl gətirə bilər.


Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Danlağa layiq olan o kəsdir ki, getdiyi məclisin ona zərər yetirə biləcəyini bildiyi halda yenə də orada iştirak etməyə can atsın.”


İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Yaxşı insanların bir-birləri ilə dostluq etməsi yaxşılar üçün savab, pis insanların yaxşı insanlar ilə dostluq etməsi yaxşılar üçün fəzilət, pis insanların yaxşı insanlar üçün ziynət və yaxşı insanların pis insanlar ilə düşmənçilik etməsi pis insanlar üçün rüsvayçılıq deməkdir.


İmam Zeynəlabidin (ə)-dan nəql olunmuş hədisdə deyilir: Yalançılar, fasiqlər, paxıllar, axmaqlar və qohum-əqraba ilə əlaqəsini kəsənlərə dostluq etməyin.

Yalançılar-onların hər bir sözü yalan və iftira olar.

Fasiqlər-onlar daim sizi günaha sövq edər və başqalarının yanında rüsvay etməyə çalışar.

Paxıllar –onlar sizə ən çətin vəziyyətlərdə belə köməklik etməzlər.

Axmaqlar –onlar sizə xeyir vermək istədikləri zaman əksinə olaraq zərər verərlər.

Qohum-əqrabası ilə əlaqəni kəsənlər-Allah-təala öz kitabında onlara üç yerdə lənət etmişdir.


Loğman həkim oğluna etdiyi nəsihətlərin birində buyurur: Tanımadığın şəxslə çox ünsiyyətdə olma, yoxsa aranızda bir gün ayrılıq hökm sürər. Onlardan çox uzaqda olma ki, bir gün səni xəcalətli edərlər. Qurd ilə qoyunun dostluğu baş tutmadığı kimi xeyirxah insanla nadan və cahil insanların da arasında dostluq baş tutmaz. İnsan bir şəxslə tanış olduqdan sonra onunla günbəgün sıx əlaqə yaratmaq istər. Dostluq etmək istədiyin zaman ondan özünə lazım olan şeyləri öyrən və çatışmamazlıqlarını tezliklə aradan qaldırmağa çalış.


Unutma ki, camaatla pis davranan şəxslər onlardan xoş söz eşitməzlər. Əxlaqı pis olan şəxslərlə ünsiyyətdə olma. Danışdığın hər bir sözə fikir ver, yoxsa kiçicik bir səhv üzündən daim peşmançılıq çəkərsən.


İmam Sadiq (ə) buyurur: "Özlərindən dini qanunlarla ziddiyətli olan qərarlar ixtira edən cahil insanlar ilə ünsiyyətdə olmayın. Camaat sizi onlarla gördükdə haqqınızda xoşa gəlməyən fikirlər irəli sürər və sizi onlardan biri hesab edərlər.”


Peyğəmbər (s) buyurur: "Əməli-saleh dindarlarla ünsiyyətdə olsanız sizin üçün daha xeyirli olar. Cahil və savadsız şəxslərdən uzaq olun. Onlarla ünsiyyətdə olmaq sizi qaranlıq və zülmət bir həyata sürükləyər.


Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "İnsanların ən pisi o kəsdir ki, günah işləri kimi canlandırmış olsun. Onlarla dostluq edən şəxslər də bədbin və nadan olarlar.”


İmam Sadiq (ə) hədər olan şeylər haqqında da söhbət açıldıqda bunlara işarə edərdi: "Məhəbbətin müqabilində edilən vəfasızlıq, yaxşılığın müqabilində minnətdarlıq etməmək, öyrədilən elmə, verilən nəsihətə qulaq asmamaq, gizli saxlanılan sirri başqalarının yanında danışmaq.”


İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Alimlərlə zibillikdə söhbət etmək (onlarda bir şey öyrənmək), cahillər ilə gözəl saraylarda söhbət etməkdən daha xeyirlidir.”


Həvarilərdən biri İsa (ə)-dan soruşur: Kimlərlə ünsiyyətdə olsaq bizim üçün daha xeyirli olar? İsa (ə) onlara belə cavab verir: O kəslərlə ki, sizi gördükdə Allahı yadınıza salıb qiyamət günü haqqında düşünməyə dəyərli tövsiyələr etsinlər. Bir də o kəslərlə ki, onlarla ünsiyyətdə olduğunuz zaman yeni-yeni şeylər öyrənmiş olarsınız.


İmam Məhəmməd Baqir (ə) buyurur: "Etimad etdiyim bir şəxsin yanında bir saat oturub onunla həmsöhbət olmaq mənim üçün bir il ibadət etməkdən daha xeyirlidir.”


Başqa bir hədisdə buyurur: "İman əhli olmayan dövlətlilər ilə ünsiyyətdə olmaqdan çəkinin. İlk baxışda siz onların xeyirxah və səxavətli olduqlarını güman edərsiniz. Bir qədər həmsöhbət olduqdan sonra isə onların insani xüsusiyyətlərdən (mehr-məhəbbət, şücaət, səxavət, ədalət və s) məhrum olduqlarının şahidi olarsınız.”


Peyğəmbər (s) buyurur: "İnsanın qəlbini məhv edən bir neçə şey vardır; Ardıcıl şəkildə günah iş görmək, qadınlar ilə həmsöhbət olmaq, cahil insanlarla mübahisə etmək və ölülər ilə birlikdə oturmaq. Peyğəmbər (s)-dan soruşurlar: Ya Rəsulullah! Ölülər dedikdə siz kimi nəzərdə tutursunuz? Peyğəmbər (s) cavab verir: Ölülər, Allahı unutmuş dövlətlilərdir.”


İmam Zeynəlabidin (ə) övladlarına etdiyi nəsihətlərin birində buyurur: "Dindar və şərafətli insanlar ilə ünsiyyətdə belə şəxslər olmasalar, nadan insanlarla ünsiyyətdə olmaqdansa, təklikdə olmağa çalışın. Yox əgər çarəsizlik üzündən onlarla həmsöhbət olsanız və qeyrət sahibləri ilə oturub-durun. Onların elmi çox olmasa da məclislərində nalayiq sözlər danışmazlar.”


İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Atalarınız dostluq etdiyi əməli-saleh insanlarla siz də dostluq edin. Onlarla yaxşılıq etsəniz sanki atanız yaxşılıq etmiş olarsınız.”


Loğman (ə) oğluna etdiyi tövsiyələrin birində buyurur: Ey oğul! Məclisə getməzdən əvvəl orada iştirak edən şəxslərə diqqət yetir. Əgər onlar Allahı xatırlayırsa sən də onlar ilə birlikdə otur. Onlar alim olarlarsa sənin də elmin artar.


Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: Qədim zamanlarda müdriklər insanlara etdikləri tövsiyələrdə deyirdilər. Mənən (ruhən) pak olmaq üçün Kəbə evinə Həcc və ümrə ziyarətlərinə gedin, dindar və adil hakimlərin evinə gedin və onlara itaət edin. Adil hakimlərə itaət etmək Allaha itaət etmək deməkdir. Onlara müxalif olmaq isə insanı dünya və axirətdə uçuruma sürükləyər, dini və dünyəvi elmlərə yiyələnmək üçün alimlərin evinə gedin, Allaha xatir var-dövlətini yoxsullara əta edən şəxslərin evinə gedin və onları xeyirxah işlərə təşviq edin, camaat çətinlik çəkdiyi zaman onlara dəyərli məsləhətlər verən əməli-saleh insanlara sıx ünsiyyətdə olun, vaxtaşırı mömin qardaşlarınızın evinə gedin və onlarla əlaqəni kəsməyin, düşmənçiliyə son qoymaq üçün ədavətə son qoyun və sizinlə müxalif olan şəxslərin görüşünə gedin.

 



 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: gulsum | Status: İstifadəçi Offline | 7 Mart 2014 01:54 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun,bu cur exlaqi davranis qaydalari haqqda xeberler elave etdiyiniz ucun minnetdaram,bu cur xeberlere ehtiyacim var

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 7 Mart 2014 00:41 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun.Elleriniz heç vaxt derd görmesin.Bilmediyimizi sizin sayenizde öyrenirik

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.