Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məclisdə iştirak etməyin və məclis əhli ilə rəftar etməyin sair ədəb və qaydaları haqqında
Peyğəmbər (s) vaxtaşırı müsəlmanları başına yığıb onlara əxlaq məsələləri haqqında dəyərli məsləhətlər verərdi.Bu yığıncaqların birində o qonşuları ilə necə rəftar etməyə və onlarla necə ünsiyyətdə olmaq haqqında söhbət açdı: Qonşuluq etdiyiniz kəslərlə gülərüz və mehribanlıqla davranın. Onlar sizdən bir şey istədikdə və ya soruşduqda müsbət cavab verərək qane etməyə çalışın.
Məfzəl adlı bir şəxs xatirələrinin birində deyir. Günlərin bir günü Mədinəyə gəldikdə mömin bir şəxslə yol-yoldaşı oldum.Yol boyu söhbət etdik, Mədinəyə çatdıqda biz bir-birimizdən ayrılmalı olduq. Mən Mədinəyə daxil olduqdan sonra imam Baqir (ə)-ın görüşünə getdim. Bir qədər söhbət etdikdən sonra məndən Mədinəyə kimlə gəldiyimi xəbər aldı . Mən də Mədinəyə mömin bir şəxslə gəldiyimi və şəhərin girəcəyində ondan ayrıldığımı bildirdim. Sonra imam Baqir (ə) buyurdu: Unutma ki, Allah-təala qiyamət günü insanlardan bir-birləri ilə bir saatda olsun ünsiyyətdə olduqları şəxslərin haqlarını ödəyib, ödəmədikləri haqqında sorğu-sual edər. Ünsiyyətdə olduğun kəslərə gözəl davran və onları özündən razı salmağa çalış.”
Peyğəmbər (s) buyurur: "Ən böyük eyib odur ki, insan özündə eyib və nöqsan gördüyü bir halda onu başqalarına irad tutsun. Onlar öz yoldaşlarına nəsihət vermək əvəzinə başqalarının yanında pərt etməyə çalışarlar. Həqiqi müsəlman ilk növbədə özündə olan çatışmamazlıqları aradan qaldırmalı və sonra bu işi başqalarına tövsiyə etməlidir.
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Möminlərə əzab-əziyyət edən cahil və nadanlar ilə onların özləri kimi davranan kəslər dünyada heç bir şeyə nail ola bilməzlər və tezliklə onlardan biri olarlar.”
"Yəhudi və iki üzlü insanlarla (zahirdə) gülər üzlə davranın, möminlər ilə qarşılaşdıqda isə qəlbinizdəki məhəbbəti onlara bilidirin və onların razılığına səbəb olan işlər görün.”
Peyğəmbər (s) buyurur: "Müsəlman qardaşlarınız ilə daha da mehriban olmaq üçün onlarla görüşdüyünüz zaman gülərüz və şirin dillə söhbət edin, onlarla bir məclisdə olduğunuz zaman oturmaq üçün yer ayırın və onları süvdikləri adla çağırın.”
Peyğəmbər (s) məclisdə hamı ilə eyni tərzdə rəftar edər və kimsəni başqasından üstün tutmazdı. Məclisdə oturduğu zaman ayaqlarını onların qarşısına uzatmazdı.
Peyğəmbər (s)-dan dostluq haqqında nəql olunmuş başqa bir hədisdə deyilir: "Dostluq etmək istədiyiniz şəxsin ilk növbədə adını, atasının adını, qəbiləsinin (ailə və nəslinin) adını və qohum-əqrabasının adını soruşun. Bunlar dostluğun ən mühüm şərtlərindəndir. Bu haqda lazimi məlumat əldə etməyən şəxslər səmimi dostluq əlaqəsi qura bilməzlər.”
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Mömin qardaşlarınız sizə bir yaxşılıq etdiyi zaman öz minnətdarlığınızı bildirin.
(Əmatəllahu ənkə ma təkrihu)
(Allah səni sevmədiyin şeylərdən uzaq etsin).
Peyğəmbər (s) müsəlmanlara bir-birlərini inandırmaq istərkən "canıma and olsun” "canına and olsun” kimi andlardan istifadə etməyi qadağan edərdi.
Başqa bir hədisdə deyilir: "İnsanların ən pisi o kəsdir ki, camaat ona qorxu üzündən hörmət edib məhəbbət göstərsinlər.İmam Sadiq (ə) qeyri-qanuni yolla dünyaya gəlmiş insanların xüsusiyyətlərini belə izah edərdi: Onlar Əhli-beytin qatı düşmələrindən olarlar və dinə əlaqələri olduqca az olar. Daim zülm etməyə və zülümkarları himayə etməyə can atarlar. Tarix boyu baş vermiş kütləvi qırğınların və cəmiyyətdə yaranan fitnə-fəsadın arxasında onlar durmuşlar.” İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bu şey dünya və axirətin ən xeyirli işlərindən sayılır.
1. Sizə zülm edən şəxsi bağışlamağınız;
2. İcazəniz olmadan sizin şəxsi əmlakınızda isdifadə edən şəxslərə narazılığınızı bildirməmək;
3. Sizinlə pis rəftar edən şəxsin xoşa gəlməz hərəkətlərinə səbr etmək.
Allah-təala qəzəbini boğan şəxsi, dünya və axirətdə izzət və şərəf sahiblərindən qərar verər və cənnətin ən uca yerlərindən birində sakin edər.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |