Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əməli-saleh insanlarla məşvərət etməyin ədəb və qaydaları haqqında
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Ey möminlər, xeyrini güdənlərlə,dövlətlilərlə heç vaxt məşvərət etməyin. Hər hansı bir çətinliklə qarşılaşdığınız zaman, Allahdan qorxan və sizin xeyrinizi istəyən əməli-saleh möminlər ilə məşvərət edin. Hər zaman qadınlardan qorunun. Onlarla məşvərət etdiyiniz zaman əksinə əməl edin, yoxsa çox keçmədən böyük çətinliklərlə üzləşərsiniz. Xoşlamadığım insanlardan biri də o kəslərdir ki, ehtiyacı olan müsəlmanlara imkanı ola-ola köməklik göstərməsin və bildiklərini onlardan gizlətsin.
İmam Sadiq (ə) Əmmar Səbatiyə etdiyi tövsiyələrin birində buyurur:Allah nemətlərini ələ gətirib alicənab bir insan olmaq istəyirsənsə kölələr və xəsislərlə məşvərət etmə.
Peyğəmbər (s) bir neçə şəxslərlə məşvərət etməyi məsləhət görməzdi:
1)Qorxaqlar-onlar dünyada hər bir şeydən qorxarlar və məşvərət etdiyin zaman mümkün olan bir işi çox çətin bilər və onun icrasından çəkinərlər.
2)Paxıllar-onlar insanın istıyinə çatmağa qoymazlar və və maneə yaratmaq üçün əllərindən gələnləri edərlər.
3)Dünyaya həris olanlar-onlar insanı qoldan azdırar və günah işləri onun üçün halal və xeyir bilərlər. Dünyapərəst insanlardan heç vaxt xeyirli və məntiqə əsaslanan bir söz eşitmək olmaz.
İmam Rza (ə) qarşılaşdığı məsələlərdə hətta kölələr ilə belə məşvərət edərdi və buyurardı.Ola bilsin Allah-təala xeyirinizi onların vasitəsi ilə bizə bildirsin və qarşılaşdığımız məsələlərdə bizə köməklik etsin.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:Məşvərət etməyin bir neçə yaxşı xüsusiyyətləri vardır. Hər kim bunları dərk etməzsə etdiyi məşvərətin xeyrindən çox zərərini görər.
1.Məşvərət olunan şəxs aqil olmalıdır (yaxşını pisdən ayıra bilən və məsələ ilə yaxından tanış olan);
2.Dindar olmalı;
3.Ya qardaş və ya dost olmalıdır;
4.Məşvərət edən kəs sizin xeyrinizi istəməlidir.
Məşvərət insanın həyatında pol oynayan ən mühüm məsələlərdən biridir. Allah-təala Qurani-kərimdə bu haqda buyurur:
(Və şavir hum fil-əmri fə iza əzəmtə fətəvəkkəl əlallah)
Öz işlərinizdə sizə yaxın olan şəxslər ilə məşvərət edin və o işi qətiyyətlə yerinə yetirmək istədiyi zaman Allaha təvəkkül edin. (yəni işlərinizi ona tapşırın.)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |