» » Möminlərə edilən köməyin savabı haqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Möminlərə edilən köməyin savabı haqında
    +5
    Müəllif: Admin | 26-02-2014, 20:09 | Baxılıb: 1 796


    Möminlərin istəklərini həyata keçirmək və onlara edilən köməyin savabı haqında



    Peyğəmbər (s) buyurur: Mömini sevindirən şəxs məni sevindirmişdir və məni sevindirən şəxs Allahı sevindirmişdir .

    İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir . "Mömin bir şəxsi sevindirib onunla gülər üzlə davranmaq Allahın rizayətinə səbəb olar. Onların əməl dəftərinə minlərlə savab yazılar və axirətdə möminlərlə yanaşı bu əməl dəftərləri onların sağ əllərinə verilər.

    Rəvayətlərdən birində deyilir. "Həzrəti Musa (ə)-ın etdiyi munacatların birində Allah dərgahından ona belə bir nida gəldi: "Ya Musa !Axirətdə bəndələrimdən bəzilərini cənnətin ən uca təbəqələrində sakin edərəm. Onlar mənə hamıdan yaxın - saleh kəslərdir. Musa (ə) soruşur: Pərvərdigara onlar bu məqama hansı xeyirli işlərinə görə nail olarlar? Nida gəlir: Onlar mənim mömin bəndələrimin könlünü alan və onlara çətinliklərində köməklik edən xeyirxah insanlardır.

    İmam Musa (ə)-dan nə əql bir olunmuş bir rəvayətdə deyilir: "Mömin bir insan zülümkar padşahın hökümranlıq etdiyi bir ölkədə yaşayırdı. O bu ölkədən qaçıb yaxınlıqdakı əhalisi müsılman olmayan başqa bir şəhərdə bir ev kirayə edib Allaha iman gətirməyən kafir ilə yaşamalı olur. Bir neçə il keçdikdə sonra ev sahibi (kafir) vəfat edir və ölüm ayağında ona belə bir vəhy olunur. And olsun izzət və cəlalıma, əgər cənnətdə yerin olsaydı səni dərhal ora daxil edərdim. Amma mənə iman gətirməyən kafirlər oradan məhrum olduqları üçün ora daxil ola bilməyəcəksən. Sonra cəhənnəm oduna onu ara-bir qorxudub yandırılmamağı və gecə-gündüz ona ruzi aparılmasını əmr edir. Hədisin məzmunu bundan ibarətdir ki, şəxs kafir olmasına baxmayaraq onun mömin bəndəsinə yaxşılıq etməklə Allah-təalanın razılığını qazanır və özünü cəhənnəm odunun əzabından qoruya bilir.

    Başqa bir rəvayətdə deyilir: "Qiyamət günü möminlər qəbirlərindən qalxdıqları zaman onlarla birlikdə qəbirdən insan surətində başqa bir varlıqda xaric olar və onu yaxşı xəbərlərlə sevindirər, cənnətə daxil olacağını da ona məhz o xəbər verər. Mömin daim onu müşahidə edən və ona xoş xəbərlər verən bu insanın kim olduğunu soruşar və o da möminə belə cavab verər: Mən həmən sevinc və şadlıqlaram ki, mənimlə dünyada möminlərin qəlblərini fərəhləndirərdin. Allah-təala məni dünyada həmən şadlıqlarından yaratdı ki, sənin həmdəmin olum və sənə müjdələr verim.

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah-təala Kəbə evini yeddi dəfə təvaf edən şəxsin əməl dəftərinə altı min xeyirli savab yazar və altı min günahını bağışlayıb məqamını altı min dəfə ucaldar. Möminləri sevindirən şəxsin savabı isə bundan on dəfə çox olar. Onlar Allahın razılığını qazanmış əməli-saleh insanlardır.

    Cənnətin ən uca təbəqələri məhz onlar üçün yaradılmışdı. Möminləri sevindirən şəxsin xeyirli əməlindən onun qohumları da bəhrələnər, belə ki, məhşərdə sorğu-sual olunarkən o Allah-təaladan qohumlarının bağışlanmasını istər. Aləmlərin Rəbbi onun istəyini nəzərə alaraq onun (Allaha şərik qoşmayan bütpərəst qohumlarından başqa) qohumlarını cəhənnəm əzabından hifz edər. Allah-təala mömin bir bəndəsinin hacətini yerinə yetirmək məqsədi ilə yola səfərə çıxan şəxsin ardınca iki mələk göndərər. Onlardan biri onun sağ, digəri isə sol tərəfində olar, mələklər Allah-təaladan onun bağışlanmasını və etdiyi dualarının qəbul olması üçün dua edərlər. İmam Musa (ə) buyurur: Bir möminin hacətini yerinə yetirən şəxs, sanki biz Əhli-beyt ilə dostluq əlaqəsi qurmuş olur. Bizimlə dostluq etmək də Allah ilə dostluq etmək deməkdir. Yox əgər imkanı ola-ola onu əli boş geri qaytararsa və köməklik etməkdən çəkinərsə qəbr evində iki qara ilan qiyamət gününə qədər sancar və bir an ona rahatlıq verməzlər. Allah-təala qiyamət günü ya bağışlayar, ya da cəhənnəmin dözülməz və əbədi əzabına düçar edər.

    Rəvayətlərdən birində deyilir: Möminlərə köməklik edənlərə şübhəsiz ki, Allah da köməklik edər, möminlərin kədərlərini və qəm-qüssəsini dağıdan və onları yemək-içməklə təmin edən şəxslər axirətdə şadlıq içində olar və cənnətin tükənməz nemətlərindən bəhrələnər.

    Möminlərin eybini örtən şəxsin ,Allah-təala da eyibini örtər.

    İmam Hüseyn (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Mömini zülümkarın zülümündən qurtaran fədakar insanlar sirat körpüsündən asan keçərlər və Allahın razılığını qazanmış əməli-saleh insanlarla birlikdə cənnətin ən uca təbəqələrindən birində məskun olarlar. Onları geyim ilə təmin edən səxavətli insanlar isə behşit əhlinin geydikləri ipək paltarlardan geyərlər. Onlar dünyanın bütün qəm-qüssəsindən uzaq olar və cənnətdə şad və xürrəm həyat sürərlər.

    İmam Kazım (ə)-dan nəql olunmuş hədisdə deyilir: Axirətdə Allah-təala böyük bir kölgə yaradar, bu kölgəyə peyğəmbərlər, onların sadiq tərafdarları və onları azadlığa buraxan əməli-saleh insanlar toplaşar.

    İmam Hüseyn (ə) möminlərə etdiyi tövsiyələrin birində buyurur: "Sizlərdən hər biriniz mömin qardaşınıza köməklik etməli və dəyərli məsləhətlər verməlisiniz. Qürur, böyük təkəbbürlük, həsəd kimi şeytani xislətləri özünüzdən uzaq edin. Özünüzdən yaşca böyük gördükdə deyin: "O məndən daha böyükdür və təbii ki, Allaha məndən daha tez iman gətirmiş və gördüyü xeyirli işlər daha çoxdur. Deməli o məndən daha yaxşıdır. Özünüzdən yaşca kiçiyini gördükdə deyin: "Mən ondan böyük olduğum üçün təbii ki, gördüyüm günah işlər daha çoxdur, deməli o məndən daha yaxşıdır. "Özünüz ilə həmyaşıd gördükdə deyin: "Özümün günahkar olduğuma yəqinim var, amma onun günahkar olmasına şəkk edirəm. Belə olduğu bir halda yəqindən əl çəkib şəkkimə uymalıyam?!”Camaatın sizə hörmət və ehtiram etdiyini gördüyünüz zaman öz-özünüzdə deyin: "Onlar bu işi öz alicənablıqlarından irəli gəldiyi üçün və xeyirli əməl xatirinə görürlər və mənlik burada heç bir iş yoxdur. Belə etməklə qürur və təkəbbürlüyü özünüzdən uzaqlaşdırmış olarsınız. Onların sizdən uzaqlaşıb ehtiram etmədiklərini gördükdə öz-özünüzə deyin: "Bütün bunlar mənim gördüyüm günah işlərin acı nəticəsidir. Əgər vaxtında bu günahlardan çəkinsəydim, indi onlar mənimlə belə soyuq rəftar etməzdilər.

    Belə edərsinizsə düşmənləriniz az, dostlarınız isə çox olar və yaşamaq sizin üçün asan olar. Sonra sözlərinə davam etdi. Mömin qardaşlarınızın xeyirli işlərinə sevinin, xoşa gəlməz işlər gördükdə isə onları bu işdən çəkindirməyə çalışın və onların eyiblərini başqalarının yanında aşkar etməyin. Bilin ki, insanların ən xeyirlisi o şəxsdir ki, camaata daha çox xeyri dəysin, bir şeyə ehtiyacı olduğu zaman özü-özünü təmin etməyə çalışsın və onlardan heç bir şey istəməsin. Ehtiyacı ola-ola başqalarından bir şey istəməyən kəs insanların ən hörmətlisidir. Çünki, insanlar var-dövlət əldə etmək üçün olmazın əzab-əziyyətlərlə qarşılaşırlar və onlara bu var-dövləti ələ gətirməkdə maneçilik törətməyən şəxslər onların ən çox hörmət etdikləri kəslərdir. İnsanlara qazanc əldə etməkdə maneçilik törətməyən, əksinə olaraq öz malından onlara sədəqə verən və ehsan edən şəxslərə isə camaat tərəfindən daha çox ehtiram olunar.

    İsa peyğəmbər (ə) öz həvarilərinə bu tövsiyələri edərdi. "Özünüzə arzuladığınız şeyləri başqalarına da arzulayın, özünüzə rəva bilmədiyiniz şeyləri başqalarına da rəva bilməyin.

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "İmkanı ola-ola mömin qardaşının ehtiyacını ödəməyən kəslər qiyamət günü məhşərə daxil olduqları zaman Allah-təala onlardan soruşar: "Sənə var-dövlət və bol-bol ruzi verdiyim bir halda, sənə ehtiyacı olan bəndəmi nə üçün əli boş geri qaytardın?! İndi ki, o xeyirli işin savabını istəmirsən, bil ki, səni bağışlasam da, bağışlamasam da istəklərinin heç birisini öz rəhmət dərgahıma yönəltməyəcəm.

    Başqa bir hədisdə deyilir: "İmkanı olduğu bir halda mömin qardaşının ehtiyaclarını ödəməyən kəslər məhşərə üzü qara və gözləri göy rəngdə çıxarılar. Onu hamının qarşısında rüsvay etdikdən sonra deyərlər. Bu həmən xain şəxsdir ki, ona bol-bol ruzi verdiyimiz halda bəndələrimizə əl tutmağı özünə ar bilmiş və Allaha və onun Peyğəmbərinə xəyanət etmişdir. Sonra onu cəhənnəmə sürükləməyə əmr edərlər.

    İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir. "Mömin qardaşının evlənmə xərcini öz öhdəsinə götürən və onun sirrini gizli saxlayan kəslər Allahın ərşi altında cənnət nemətlərindən bəhrələnərlər.

     

     



     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 4 Mart 2014 22:55 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: melek ehli sia | Status: İstifadəçi Offline | 27 Şubat 2014 09:40 | İstifadəçi | Şərh yazdı
    Bismillah, Assalamun aleykum ve rehmetullahi ve bereketuh, Masallah olsun, paylasim ucun sonsuz tskler, Allah ebedi razi olsun insallah, yazan elleriniz hic arimasin hic bir zaman dert gormesiin insallah.. Allahumme selli ela muhememdin ve ali muhemmed

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 27 Şubat 2014 00:20 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 27 Şubat 2014 00:18 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.