Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qohumlar ilə münasibət haqqında
Hər bir insanın boynuna düşən dünyəvi vəzifələrdən biri də qohum-əqraba ilə ünsiyyətdə olmasıdır. Qiyamət günü bütün insanlar öz qohumları ilə üzləşər. Əgər onlar ilə gözəl ünsiyyətdə olmuşsa Allah-təaladan onun bağışlanmasını istərlər, yox əgər onlarla pis davranmışsa Allah-təaladan onun rəhmət dərgahından çıxarılmasını istərlər.
İnsanın qohum-əqraba ilə xoş ünsiyyətdə olması onun həm dünyada, həm də axirətdə səadətə çatdırar (yəni hər iki dünyada onun üçün xeyirli olar). Dünyada yaşadığı müddət ərzində qazancı bərəkətli və ruzisi bol olar, Allahdan bir şey isdədikləri zaman duaları tez müstəcab olar və başqalarından çox yaşayarlar. Axirətdə isə məhşərdəki sorğu-sual onlardan asan götürürlər. Həzrəti Məhəmməd (s)-dan nəql olunmuş hədisdə deyilir: "Camaatın malına xəyanət etməyənlər öz qohum-əqrabası ilə xoş ünsiyyətdə olarlar. Onlar sirat körpüsündən asanlıqla keçərlər və məhşərdəki sorğu-sual onlar üçün bir o qədər çətin olmaz. Xəyanətkar şəxslər isə öz qohum-əqrabası ilə pis davranar və kimsə onların dilindən rəftarlarından razı olmaz . Onların ömrü qısa və mənasız olar. Qiyamət günü sirat körpüsündən keçə bilməyib cəhənnəm alovuna dücar olarlar.”
İnsan qohum-əqraba ilə yanaşı digər insanlarla da (dostlar, qonşular, tanışlar) xoş ünsiyyətdə olmalıdır.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Qohumlar, qonşular, dostlar və s ilə kimliyindən asılı olmayaraq xoş rəftar edin. (yəni istər müsəlman olsun istərsə də qeyri müsəlman ). Verdikləri salam və suallara, gülər üzlə və şirin dillə cavab verin.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Yalandan and içən, başqalarına zülm edən və qohum-əqraba ilə əlaqəni kəsən şəxslər elə bu dünyada ölməzdən əvvəl böyük bədbəxçiliyə düçar olarlar. Onların övladları da özləri kimi əxlaqsız və əksər hallarda sonsuz olarlar. Qohumlar və qonşular ilə gözəl ünsiyyətdə olanların övladları isə dərrakəli və qayğıkeş olarlar.”
Qohumları görmək məqsədi ilə onların evinə hədiyyə ilə gedən (və ya hədiyyəsiz ) şəxslər yüz şəhidin savabını qazanarlar. Onların əməl dəftərinə qırx min xeyirli əməl yazılar və qırx min günahları bağışlanar. Axirətdə Allahın rəhmət dərgahına (cənnətə) daxil olub oranın əbədi sakinlərindən olarlar.
Başqa bir hədisdə deyilir: "Şərəbxorlar,sehirbazlar və qohum-əqraba ilə əlaqəni kəsənlər cənnətdən məhrum olarlar. Onlarla gözəl ünsiyyətdə olan və maddi ehtiyaclarını azacıq da olsun ödəyən əməli saleh insanlar isə cənnətin ən uca təbəqələrində möminlərlə yanaşı sakin olarlar.”
Həzrəti Məhəmməd (s) merac etdiyi gün Allahın ərşındə asılı vəziyyətdə qalan bir neçə nəfərin əziyyət çəkdiyini görür.
Həzrəti Məhəmməd (s) Allahdan soruşur:İlahi onların belə bir vəziyyətə düşmələrinə səbəb nədir? Allahdan nida gəlir: Ya Məhəmməd Onlar qohum-əqraba və qonşular ilə ünsiyyətdə olmayan qapalı insanlar olmuşlar.
Həzrəti Məhəmməd (s) soruşur:İlahi! Onlar Sənin rəhmət dərgahından nə qədər uzaq olacaqlar.
Allahdan nida gəlir: Dünyada xeyirli işləri tərk edən və qohumlar ilə ünsiyyətdə olmayan kəslər Mənim rəhmət dərgahımdan qırx dəfə uzaq olarlar.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Cənnətin iyi min illik məsafədən hiss olunur,amma buna baxmayaraq valdeyinlərinin üzünə ağ olan,qohumlar ilə əlaqəni kəsən, və qocalanda qeyri-qanuni cinsi əlaqədə olanlar onun iyindən belə məhrum olarlar.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:"İxtiyarınızda olan kənizlərə gücləri çatmayan iş buyurmayın. Tapşırdığınız işi icra etdikləri zaman xəcalət çəkərlərsə onları mütləq azad edin.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Uşaqlarınızı, qul və kənizləri tərbiyə etdikləriniz zaman gücdən isdifadə etməməyə çalışın. Çarəsizlik üzündən onları cəzalandırmaq istəsəniz, onlara 5 və ya 6-dan artıq çubuq vurmayın və onları var güclə yox yavaş zərbələrlə cəzalandırın.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Bu dörd xüsusiyyətə məlik olan hər bir insan cənnətin ən uca məqəmlarından birinə nail olar; yetimləri himayə edən,kimsəsizlərə əl tutan, ixtiyarında olan kənizlərlə xoş rəftar edən və valideyinlərinin razılığını qazanan onlara qulluq edən övladlar.
Peyğəmbər (s)-ın səhabəyə etdiyi tövsiyələrdən birində deyilir:İxtiyarınızda olan kəniz və qullarla gülər üzlə və mehribanlıqla davranın,onları bacarmadıqları işlərə vadar etməyin,yediyiniz yeməkdən, geydiyiniz paltarlardan onlara da verin. Onlar müəyyən müddət (əgər müsəlman olarlarsa yeddi il) sizə xidmət etdikdən sonra azadlığa buraxın. İtaət etmədikləri zaman imkan daxilində onları cəzalandırmaqdan çəkinin. İsrafa yol verməyin və Allahın sizə bəxş etdiyi nemətlərdən səmərəli isdifadə edin.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Bu üç şəxsin namazı Allah dərgahında qəbul olmaz. Ərini özündən narazı salan qadının, ağasından qaçan qul və kənizin və camaatın narazı olduqları pişnamazın.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:"Cənnətə hamıdan əvvəl şəhidlər, ailəsi ilə gözəl davranan ailə sahibləri və xüsusi diqqət yetirən qul və kənizlər.”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |