» » Qohum və qonşularla, ailə və yetimlərlə olan münasibət haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qohum və qonşularla, ailə və yetimlərlə olan münasibət haqqında
    +5
    Müəllif: Admin | 7-04-2014, 20:00 | Baxılıb: 1 614


    Qohum və qonşularla, ailə və yetimlərlə olan münasibət haqqında, onlarla necə davranmağın göstərişləri.


    Cəbrail, Peyğəmbər (s) ilə hər dəfə görüşərkən onu həyatla bağlı məsələlərlə tanış edərdi. Bu görüşlərin birində ona qonşularla yaxşı davranmağın vacibliyini bəyan etdi. "Ey Məhəmməd! Camaatına bildir ki, qonşuları ilə mehribanlıqla rəftar etsinlər. Bilsinlər ki, qonşunun malından, torpağından icazəsiz istifadə edən kəslər qiyamət günü məhşərə boyunlarında icazəsiz istifadə etdikləri şeylərlə yüklənmiş daxil olarlar. Onlar gördükləri bu işə görə hamının qarşısında rüsvay olarlar. Tutduqları işdən peşman olub tövbə edənlər isə Allahın razılığını qazanarlar. Bir də bilin ki, qonşusuna nə yol ilə olursa olsun əziyyət edən şəxsin ibadəti qəbul olunmaz, Cənnət onlara haram olunar və cəhənnəm onlar üçün əbədi məskən olar.”

    Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Bu üç şeydən həzər edin və bilin ki, insanın bədbəxçiliyinə səbəb olan ən böyük bəlalardandır; Padşahlara (hökümranlara) yaxşılıq etsə belə minnətdarlıq etməzlər, pislik etdikdə isə onun əvəzini çıxmaq istərlər, O qonşulardan ki, zahirdə səninlə gülər üzlə rəftar edərlər, qəlblərində isə sizin pisliyinizi və bədbəxçiliyinizi arzulayarlar. Onlara yaxşılıq etdikdə biruzə verməzlər, pislik gördükdə isə onu hər tərəfə yayıb sizi rüsvay etmək istərlər.O qadınlar ki, daim sizin naratçılığınıza səbəb olan işlər görməyə çalışarlar və isdədiklərinə nail olduqda gördükləri işdən həzz alarlar.”

    Peyğəmbər (s)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: "Öz qonşularınızdan daim hal-əhval tutun, onların məişət çətinlikləri ilə maraqlanın və imkan daxilində onlara maddi yardımlar edin. Gecəni tox yatan və qonşunun ac olmasından xəbəri olmayan şəxs iman gətirməmişdir.

    Peyğəmbər (s)-dan soruşurlar: "İnsan öz malından zəkatdan başqa sədəqə verə bilərmi? Buyurur: Bəli! Qohum və qonşularınız sizlərə pislik etsələr belə onlara sədəqə verin və onların maddi vəziyyətlərini yaxşılışdırmağa çalışın.”

    İmam Sadiq (ə)-dan soruşurlar: "Qonşu kimlərə deyilir? Buyurur: Sizdən qırx ev fasiləsi olan evləri belə özünüzə qonşu hesab edin. Onlara yaxşılıq edin. Əgər bunun müqabilində sizə pislik etsələr mümkün qədər güzəşt edin və səbr etməyi hər şeydən üstün tutun. Bu da bir nəticə verməzsə onlara göstərdiyiniz yardımı bir müddət kəsin və onlara pislik etməkdən çəkinin.”

    Qonşularınız sizdən odun, çörək və sair zəruri şeylər istədikləri zaman imkan daxilində onları əli boş qaytarmayın. Ruzinin bol olmasını istəyirsinizsə Allahın sizə bəxş etdiyi nemətlərdən onlara da sədəqə verin.

    Rəvayətlərin birində deyilir: "Əli (ə)-ın yaxın adamlarından biri olan Səsəyə ibni Suhan xəstələnir. Əli (ə) onu görmək məqsədi ilə evinə gəlir. Söhbət əsnasında ona –Suhana belə bir tövsiyə edir: Bir an da olsun qəbiləndən uzaq düşmə, onların sevinci sənin sevincin, onların kədəri sənin kədərin olsun. Onlara əl tut və qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün əlindən gələni əsirgəmə. Belə edərsənsə Allahın razılığını qazanan şəxslər isə əməli saleh möminlər və təqvalı insanlardır.

    Peyğəmbər (s)-ın zamanında baş vermiş döyüşlərdən birində Məkkə müşriklərindən bir neçə nəfəri müsəlmanlara əsir düşür. Edam hökmünü vermək üçün Peyğəmbər (s)-ın yanına gəlirlər. Onlardan birini qabağa çəkib edam etmək istədikdə Peyğəmbər (s)-a belə bir vəhy nazil olur, Ey Məhəmməd! Edam etmək istədiyiniz bu şəxs öz qəbiləsinə qarşı çox xeyirxah və mehriban olmuşdur. O, öz qəbiləsindən olan fəqir-füqaraya əl tutar və var-dövlətinin bir qismini kimsəsizlərə ehsan edərdi. Vəhy nazil olduqdan sonra Peyğəmbər (s) həmən şəxsin azad edilməsini əmr etdi. Sonra onu yanına çağırıb deyir: Bu əmr Allah tərəfindən nazil oldu və mən səni azad edirəm. Əsir təəccüblənərək soruşur: Sənin Allahın, Ona iman gətirənlərə bunlarımı əmr edir. Peyğəmbər (s) buyurur: Bəli! Sonra əsir şəhadət verərək İslamı qəbul edir və bundan belə bu gözəl adəti yerinə yetirəcəyinə söz verir.

    Peyğəmbər (s) yetimlərə qayğı haqqında belə tövsiyə etmişdir; "Yetimləri himayəniz altına alın, onları sevindirməyə və eytiyaclarını ödəməyə çalışın. Yetimlərə qayğı göstərən və onları özündən razı salan şəxslər cənnətdə mənimlə qonşu olarlar. Onların var-dövlətini ələ keçirib haqlarını tapdalayan şəxslər isə Allahın rəhmətindən məhrum olub cəhənnəmi özlərinə vacib edərlər. Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah-təala yetimə nəvaziş edib əlini onun başına çəkən şəxsə əlinin altında olan tükün miqdarında savab yazan və bu savablar axirətdə onun üçün nura çevrilər.

    Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Yetimlər ağladığı zaman Allahın ərşi lərzəyə gələr və Allah öz mələklərindən soruşar: Valideyinlərini itirmiş bəndəmi kim ağlatdı? Mələklər cavab verər: Pərvərdigara! Sən özün daha yaxşı bilərsən. Sonra Allah-təaladan belə bir nida gələr. And olsun öz izzət və cəlalıma onun könlünü alan bəndəmə cənnəti vacib edərəm.

    Allah-təala Qurani-kərimdə buyurur: "Yetimin malına xəyanət edənlər dünya və axirətdə iki böyük əzaba düçar olarlar. Axirətdə cəhənnəmə sürüklənər, dünyada isə övladları həmən xəyanətlə üzləşərlər.

    Imam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Qiyamət günü yetim malı yeyən kəslər qəbirlərdən çıxarıldıqları zaman ağızlarından alov püskürər. Onlar yetimlərin var-dövlətinə xəyanət edər, amma bu günün əzabından qorxmazlar.”

    Yetim uşaqlar öz var-dövlətlərindən istifadə edə bilmədikdə bu iş onların babalarının və ya onların təyin etdikləri etibarlı şəxslərə həvalə olunur. Əgər onları himayə edən bir kəs tapılmazsa bu iş qazinin və ya onun təyin etdiyi şəxslərin öhdəsinə düşür. Bunlardan savayı yetimin malından kimsə istifadə edə bilməz. Əməli-saleh mömin bir şəxs Allaha xatir yetimlərə xidmət məqsədi ilə onların malından yalnız bir məqsədlə isdifadə edə bilər. O da bundan ibarətdir ki, yetimlərə olunan xidmət yalnız onların xeyrinə olmalıdır.Yetimləri himayə edən şəxs borca düşdüyü zaman onların malından istifadə edə bilməz. Əgər onları himayə edən şəxs uşağın babası və digər yaxın qohumu olarsa (zəruri hallarda) borcunu ödəmək məqsədi ilə onların malından isdifadə edə bilər.


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 8 Nisan 2014 17:22 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAŞ

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Mahnur | Status: İstifadəçi Offline | 8 Nisan 2014 15:57 | İstifadəçi | Şərh yazdı
    Gecəni tox yatan və qonşunun ac olmasından xəbəri olmayan şəxs iman gətirməmişdir.
    Allah razı olsun inşallah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nur Gul | Status: İstifadəçi Offline | 8 Nisan 2014 01:19 | İstifadəçi | Şərh yazdı
    Allahumme selli ela Muhammedin ve ali Muhammed... Bu canim canina feda ey Allahin Resulu...

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 8 Nisan 2014 01:07 | İstifadəçi | Şərh yazdı
    And olsun öz izzət və cəlalıma onun könlünü alan bəndəmə cənnəti vacib edərəm.                                      İnsAllah uzu ag cixariq...Allah razı olsun....Amin...

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.