» » Qonşuların hüququ


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qonşuların hüququ
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 14-05-2014, 20:00 | Baxılıb: 1 547

    Müqəddəs islam dinində tövsiyə olunan şeylərdən biri də qonşuların hüquqlarının qorunmasıdır. İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş rəvayətdə deyilir:
    «Qonşularınızla gözəl rəftar edin. Çünki, bunu sizlərə Allah-taala əmr etmişdir».
    Rəvayətdə istinad olunan ilahi əmr Nisa surəsinin 36-cı ayəsinin məzmununu təşkil edir. Orada deyilir:
    «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz!» 
    Həzrət Peyğəmbər (s) səhabələrə qonşuların hüquqlarına riayət etməyi tövsiyə edər və bunun nə ilə nəticələnəcəyi haqda buyurardı:
    «Cəbrail qonşular barədə mənə o qədər tövsiyə edərdi ki, qonşunun qonşudan irs aparmalı olduğunu güman edərdim».
    Həzrət imam Әli (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir:
    «Qonşularınızın hüququna riayət etdikdə Allahı nəzərə alın (yəni hər zaman Allahı xatırlayın və Onun buyuruqlarına tabe olun). Çünki, bunu sizlərə Peyğəmbəriniz tövsiyə etmişdir. Peyğəmbər (s) bu məsələyə o qədər diqqət yetirərdi ki, belə güman edərdik qonşularımız bizdən irs aparırlar».
    Burada həzrət Peyğəmbərin (s) qonşuların hüququna riayət etməyə dair etdiyi tövsiyələrin bir neçəsini gətirdik.
    «Mömin olmaq istəyirsinizsə qonşularınızla gözəl davranın».
    «İnsan anasına hörmət etdiyi kimi qonşusuna da hörmət etməlidir».
    Həzrət Peyğəmbərdən (s) soruşurlar:
    «Ey Allahın peyğəmbəri! Zəkatdan başqa insanın var-dövlətinə düşəcək digər ödənişlər də varmı?» Həzrət (s) buyurdu:
    «Bəli, qohum-əqrəbaya və qonşulara yaxşılıq etmək, qonşusu ac oludğu bir halda tox qarına yatan şəxs mənə iman gətirməmişdir».
    Bir şəxs Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir:
    «Bir ev almaq istəyirəm, harada alsam daha yaxşı olar? Cəhinə, Məzinə, Səqif, yoxsa Qureyş qəbiləsinin yanındamı alım?» Həzrət Peyğəmbər (s) buyurdu:
    «Әvvəl qonşunu sonra evi və əvvəl yoldaş seç sonra gedəcəyin yeri». etmişdir. Әgər onlar yaxşı olarlarsa həmən yerdə ev alıb sakin ol. Yola çıxmaq istəyərkən də hər şeydən əvvəl özünə yaxşı yol yoldaşı seç və yalnız sonra yola çıx.
    6. Peyğəmbər (s), qonşuların bir-birlərinin üzərində olan hüquqlarını belə izah edir:
    «Qonşularınızın sizin üzərinizdə nə kimi hüquqlara malik olduqlarını bilirsinizmi?»
    Dedilər: «Xeyr».
    Həzrət (s) buyurdu:
    «Әgər onlar sizdən kömək istəyirlərsə yardım etməli, borc istədikdə [imkan daxilində] verməli, bir şeyə ehtiyac duyduqda ehtiyaclarını təmin etməli, uğur qazandığı zaman onu təbrik edib sevincinə şərik olması, xəstələnərsə görüşünə getməli, əzizlərindən birini itirdiyi zaman baş sağlığı verməli, dünyasını dəyişdiyi zaman dəfn mərasimində iştirak etməli, ev tikdiyin zaman icazəsi olmadan onun evinə külək və günəşin düşməsinin qabağını kəsməməli və meyvə aldığın zaman ona da verməlisən. Әgər bunu etməzsinizsə heç olmasa uşaqlarınız əlində meyvə küçəyə çıxmasın. Çünki, yoxsul qonşunuzun uşağının meyvəyə tamahı düşə bilər. Ləziz yeməklər bişirdiyin zaman onlara da bir pay verin və yeməyin iyi ilə onları buna həsrət qoymayın».
    7. İmam Səccad (ə) «Hüquq risaləsi»ndə qonşunun hüquqları haqda buyurur:
    «Qonşun səfərdə olduğu zaman (və ya evdə olmadığı müddət ərzində) onu əvəz etməli, gəldiyi zaman gülər üzlə qarşılamalı və ona öz səmimiyyətinizi bildirməlisiniz. Hər hansı bir çətinliklə qarşılaşdığı və ya haqqı tapdalandığı zaman əlinizdən gələn köməyi ona etməlisiniz. Bir şeyi israr etdiyi zaman boyun qaçırmayın. Pislik gördüyünüz zaman güzəştə getməyi bacarın və onların bu hərəkətlərinə göz yumun. Nəsihətinizi qəbul edəcəyini bildiyiniz zaman onlara nəsihət edin. Çətinliklərlə qarşılaşdıqları zaman onları tək qoymayın, buraxdıqları səhvləri düzəltməyə çalışın. Günah etdikləri zaman onları bağışlamağı və eyblərini örtməyi bacarın. Və nəhayət onlarla gözəl davranıb, səmimiyyətlə rəftar edin».
    Bu məzmunda digər məsum imamlardan da bir çox nəsihətamiz hədis və rəvayətlər nəql olunmuşdur. İmam Həsən (ə) buyurur:
    «Kiçik yaşlarımda görərdim ki, anam həzrət Zəhra (ə) cümə günləri axşam namazından sonra qonşu və tanıdığı bütün şəxslərin adını çəkər və onlar üçün dua edərdi. Bir gün qulaq asdım ki, görüm özü üçün də dua edirmi? Lakin nə qədər diqqət yetirdimsə, öz istək və hacətlərini dilinə də gətirmədi. Səhər açıldıqda anamdan soruşdum: Ana, dünən axşam etdiyin dualara qulaq asırdım, başqalarına xeyir-dua edir, amma özün üçün əsla dua etmədin. Anam buyurdu:
    «Oğlum, əvvəl qonşu sonra evin içi».
    Әhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə qonşularla gözəl rəftar etməklə yanaşı, hüquqlarının qorunması və onlarla səmimi ünsiyyətdə olmaq barəsində də kifayət qədər rəvayət nəql olunmuşdur.
    Həzrət Әli (ə) bu haqda buyurur:
    «Hər kim qonşularına yaxşılıq edərsə başqalarından daha çox qayğı görər».
    Başqa bir yerdə buyurur «Hər kim qonşuları ilə gözəl rəftar etsə, qonşularının sayı bir o qədər çox olar».
    Göründüyü kimi Həzrət Әli (ə) özünün birinci hədisində bunu nəzərdə tutmuşdur ki, əgər insan qonşuları ilə gözəl rəftar etmiş olarsa təbii ki, onlar da qarşılaşdığı çətinliklərdə öz köməklərini ondan əsirgəməyəcəklər.
    İkinci hədisdə isə buna işarə edir ki, əgər insan öz qonşuları ilə səmimi ünsiyyət bərqərar edib onlara qarşı gözəl əxlaq nümayiş etdirərsə, onlar da öz növbələrində onunla mehribanlıqla rəftar etmiş olarlar. Bu isə insanı tənhalıq və qəriblik hissi keçirməyə qoymaz, hamı onun bu gözəl xüsusiyyətini görüb onunla qonşuluq etmək istəyər.
    İmam Sadiq (ə) qonşuların insana qarşı olan təsiri və xeyir-bərəkətləri haqda buyurur:
    «Yaxşı qonşuluq etmək ruzinin artmasına səbəb olur».
    Başqa bir rəvayətdə buyurur:
    «Qonşularla gözəl rəftar etmək ömrü uzadır və yerlərin abadlaşmasına səbəb olur».

    ''Din təlimləri 1-ci cild"

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 15 Mayıs 2014 15:33 | Sayt nəzarətçisi | Şərh yazdı
    baci eline sagliq hemiseki kimi lazimi movzulara toxunursan amma onu bilirem ki baci qonsun pisse koc qutar deyib atalarimiz Insallah her zaman qarsimiza yaxsi insanlar cixar

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 15 Mayıs 2014 14:51 | Administrator | Şərh yazdı
    Allah razı olsun Bacım Gül.Allah təala bizi mehriban,səbr edən qonşulardan qərar versin.Axirətdə isə bu etdiyimiz gözəl qonşuluğun əvəzində bizi 14 məsumla qapı qonşu etsin.Amin İlahi.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 15 Mayıs 2014 10:41 | İstifadəçi | Şərh yazdı
    ALLAh razi olsun cox sagol

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 14 Mayıs 2014 22:18 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 14 Mayıs 2014 20:44 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.