Ata-ananın üzünə ağ olan bir kəs nə dünyada xeyir tapar və nə də axirətdə. Nə yaxşı ömür sürər,nə də izzət sahibi olar.
ALLAH təala buyurub:"Ata-anaya uf demə"."And olsun izzət və cəlalıma! Ata-ananın üzünə ağ olan hər bir şəxs əgər peyğəmbərləri etdiyi ibadətləri etsə belə yenə də ondan qəbul etməyəcəyəm".
Bir çox rəvayətlərdə qeyd olunub ki,"Aq valideyn olan hər bir şəxs Cənnətin iyini hiss etməyəcək".
Yaxşı olar ki,hər bir mömin artıq dərəcədə ata-anasına ehtiram etsin.Onlara xidmət etməkdə səhlənkarlıq göstərməsin.Onlara lazım olan şeyi onlar istəmədən öncə onlara versin. Onların qarşısında qaşqabaq sallamasın, onların səsindən uca səs çıxartmasın, onlardan irəliyə keçməsin, imkan dairəsində onların yanında oturmasın. Hər nə qədər onların müqabilində təvazökarlıq göstərsə, dünya və axirətdə faydası bir o qədər xos olar.
Peyğəmbər buyurub:"Ata-anaya yaxşılıq etmək namaz,oruc,həcc,ümrə və ALLAH yolunda cihad etməkdən daha fəzilətlidir".
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.